yanaşmaq sözü azərbaycan dilində

yanaşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yanaşmaq • 99.5597%
  • Yanaşmaq • 0.2201%
  • YANAŞMAQ • 0.1101%
  • yanaŞmaq • 0.1101%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yanaşmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yaxınına, yanına gəlmək; yaxınlaşmaq, yanbayan olmaq. O, mənə yanaşıb qolumdan tutdu. Birisi ona yanaşıb nə isə dedi. – Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi. Tamam mənə yanaşıb dedi: – Gələcəksən, burada şad görüşəcəyik. S.S.Axundov. O, Nazlıya yanaşdı, əlini onun çiyninə qoyaraq: – Nazlı! – dedi. H.Nəzərli. 2. Yan almaq, kip yaxınlaşmaq, yaxınlaşıb dirənmək. Gəmi körpüyə yanaşdı. 3. Bir məsələyə və s.-yə bu və ya digər münasibət göstərmək. İşə ciddi yanaşmaq lazımdır. Müəllifin dediklərinə tənqidi yanaşmalı. – Onlar məsələyə təşkilatın mənfəəti nöqteyi-nəzərindən yanaşdılar, sən isə belə yanaşmadın. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / yanaşmaq

yanaşmaq sözünün etimologiyası

  • 1 Əsli yanlaşmaq olub, “yan almaq, yanı ilə getmək” deməkdir. Təhrif nə­ticəsində söz yanaş formasına düşüb. İkinci yozum da mümkündür: qan is­min­dən qan-a-maq feili əmələ gəldiyi kimi, yan sözündən də yan-a-maq kəlməsi düzələ bilər. -ş şəkilçisi qayıdış növü bildirir (müqayisə et: büz-üş-mək, sür-üş-mək...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yanaşmaq

yanaşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 YANAŞMAQ (bir şeyin, bir kəsin yanma gəlmək) Alo kişi irəliyə yeriyib danışanlara yanaşdı və hündürdən söyləndi... (S.Rəhimov); YAXINLAŞMAQ Onlar kəndə yaxınlaşmış, yorğun atları yavaş-yavaş sürürdülər (M.Hüseyn); YAN ALMAQ Bu zaman qatar sürətini azaldıb fit verə-verə stansiyaya yan aldı (A.Şaiq); YANLAMAQ ...Müəllim tez Meracı yanlayaraq qabağa göndərdi (Ə.Vəliyev); YAXLAŞMAQ Ana! Əl çəkəsi deyilik səndən! Deyərək, öz oğlu yaxlaşdı ona (S.Vurğun); YOVUQLAŞMAQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / yanaşmaq

yanaşmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 YANAŞMAQ – UZAQLAŞMAQ Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi (M.S.Ordubadi); ...Kazım dik atılır və qaçmaq bu qanlı dəstədən birdəfəlik ayrılıb uzaqlaşmaq... arzusu ilə çırpınırdı (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / yanaşmaq

yanaşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. подходить, подступить, приближаться, подойти вплотную; 2. подплыть, причаливать к берегу;

    Azərbaycanca-rusca lüğət / yanaşmaq
  • 2 глаг. подходить, подойти: 1) приближаться, приблизиться вплотную к кому-л., к чему-л. Lövhəyə yanaşmaq подойти к доске, masaya yanaşmaq подойти к столу; sağdan yanaşmaq подходить справа 2) подплывать, подплыть, причаливать, причалить. Sahilə yanaşmaq подойти к берегу 3) относиться, отнестись к кому-, чему-л.; повести себя каким-л. образом по отношению к кому-, к чему-л. Vicdanla yanaşmaq подходить по совести к кому-, к чему-л., məsələyə real yanaşmaq реально подойти к вопросу, tərəddüdlə yanaşmaq подойти нерешительно, ləyaqətlə yanaşmaq подходить с достоинством, obyektiv yanaşmaq подходить объективно, prinsipial yanaşmaq подходить принципиально, səhlənkar yanaşmaq подходить халатно, yanaşmaq qabiliyyati умение подойти к кому-л., к чему-л.; qayğı ilə yanaşmaq подходить заботливо, nəzakətlə yanaşmaq подходить вежливо, soyuqqanlılıqla yanaşmaq подходить хладнокровно, ciddi yanaşmaq подходить серьёзно, laqeyd yanaşmaq подходить безответственно, məsuliyyətlə yanaşmaq подходить с ответственностью, diqqətlə yanaşmaq подходить внимательно

    Azərbaycanca-rusca lüğət / yanaşmaq

yanaşmaq sözünün inglis dilinə tərcüməsi

yanaşmaq sözünün fransız dilinə tərcüməsi

yanaşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. мукьув (къвалав, патав) атун; мукьув агатун (фин), мукьва хьун, къвал-къвала хьун; ata qabaqdan yanaş, itə daldan. Ata. sözü балкӀандив виликай агат, кицӀив – кьулухъай; 2. агатун, мукьва хьун, игис хьун; 3. эгечӀун (са месэладив, кардив); işə soyuq yanaşmaq кардив къайиз эгечӀун.

    Azərbaycanca-ləzgicə lüğəti / yanaşmaq

yanaşmaq sözünün türk dilinə tərcüməsi

"yanaşmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yanaşmaq nədir? #yanaşmaq sözünün mənası #yanaşmaq nə deməkdir? #yanaşmaq sözünün izahı #yanaşmaq sözünün yazılışı #yanaşmaq necə yazılır? #yanaşmaq sözünün düzgün yazılışı #yanaşmaq leksik mənası #yanaşmaq sözünün sinonimi #yanaşmaq sözünün yaxın mənalı sözlər #yanaşmaq sözünün əks mənası #yanaşmaq sözünün etimologiyası #yanaşmaq sözünün orfoqrafiyası #yanaşmaq rusca #yanaşmaq inglisça #yanaşmaq fransızca #yanaşmaq sözünün istifadəsi #sözlük