* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Zəhmətlə, yaradıcı əməklə vücuda gətirmək. Əsər yaratmaq. Sənaye ocaqları yaratmaq. Alimlər yeni elektron maşınları yaratmışlar. Öz səadətini insan özü yaradır. – Yaşamaq şirindir deyir hər zaman; Yaşamaq eşqilə yaradır insan! S.Vurğun. [Kərimxan Xavərə:] …Biz sənin üçün də, oğlumuz üçün də xoşbəxt həyat, gözəl, işıqlı həyat yaradacağıq. M.İbrahimov. // Ümumiyyətlə, vücuda gətirmək, meydana gətirmək, əmələ gətirmək. Külək Keşlənin alçaq damları qabağında qum təpələri yaradırdı. M.S.Ordubadi. // Doğurmaq, oyandırmaq. [Səlimlə] son günlərin bərabər gəzişmələri, əski bir məzar daşının üzərində aparılan müsahibə Mehribanda yeni bir hiss yaratdı. S.Hüseyn. // din. Xəlq etmək, yoxdan var etmək. 2. Təsis etmək, təşkil etmək; düzəltmək, qurmaq. Ordu yaratmaq. Təsərrüfat yaratmaq. – “Molla Nəsrəddin” birinci olaraq bizdə satirik xarakter daşıyan jurnalistika məktəbi yaratmışdır. M.İbrahimov. // Hazırlamaq, təmin etmək. İşləmək üçün şərait yaratmaq. Əfkari-ümumiyyə yaratmaq. Zəminə yaratmaq. 3. Əsər yazmaq, yaradıcılıqla məşğul olmaq. Yarat, sən köçəndə ellər söyləsin; Dünyadan nə gözəl bir insan gedir. M.Rahim. Qaranlıq daxmada gecə sübhədək; O, işıq naminə yazdı, yaratdı. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / yaratmaq2 1. YARATMAQ (müxtəlif mənalarda) ..ədəbiyyatın və incəsənətin inkişafı üçün də böyük imkanlar yaratmışdı (M.Arif); XƏLQ ETMƏK [Usta Zeynal:] Ümüdüvi bir Allaha bağla ki, yeri-göyü yox yerdən xəlq edibdi (C.Məmmədquluzadə). 2. YARATMAQ, TƏSİS ETMƏK, TƏŞKİL ETMƏK 3. YARATMAQ, YAZMAQ (əsər və s. yaradıcılıqla məşğul olmaq)
Azərbaycan dilinin sinonimlər lüğəti / yaratmaq2 глаг. nəyi 1. создавать, создать: 1) делать, сделать, изготовлять, изготовить. Yeni maşınlar yaratmaq создавать новые машины, yeni təyyarələr yaratmaq создавать новые самолёты 2) давать, дать существование чему-л. Partiya yaratmaq создать партию, dərnək yaratmaq создать кружок, elmi məktəb yaratmaq создать научную школу, təşkilat yaratmaq создать организацию 3) создать творческим путём. Sənət əsərləri yaratmaq создать произведения искусства, obraz yaratmaq создать образ 4) учреждать, учредить, основывать, основать, организовывать, организовать. Komitə yaratmaq создать комитет, iqtisadi təhsil şəbəkəsi yaratmaq создать сеть экономического образования 2. строить, построить, возводить, возвести. Yeni şəhərlər yaratmaq строить новые города, binalar yaratmaq (ucaltmaq) возводить здания 3. устанавливать, установить. Əlaqə yaratmaq установить связь, qayda yaratmaq установить порядок, rejim yaratmaq установить режим 4. творить, сотворить. Möcüzələr yaratmaq творить чудеса; şərait yaratmaq создать условия; dönüş yaratmaq добиться перелома; imkan yaratmaq создать возможность; zəmin yaratmaq создать почву, создать предпосылки; əhvali-ruhiyyə yaratmaq создать настроение; təzad yaratmaq создать противоречие, həyəcan yaratmaq вызвать волнение, тревогу; inam yaratmaq kimdə вселить уверенность в кого, yaratmaq əzmi решимость создавать, yaratamq eşqi жажда творить
Azərbaycanca-rusca lüğət / yaratmaq1 f. 1. to create (d.); (təlim, nəzəriyyə və s.) to found (d.), to originate (d.); (təşkilat və s.) to set* up (d.), to establish (d.); iş üçün şərait ~ to create conditions for work; təsəvvür ~ to create the impression; komissiya ~ to set* up a committee; 2. to work (d.), to do* (d.), to make* (d.); möcüzələr ~ to work wonders; bir kəsdə inam ~ to give* hope to smb.; to raise hopes in smb.’s breast
Azərbaycanca-ingiliscə lüğət / yaratmaq1 f. créer vt ; fonder vt ; former vt ; təsəvvür ~ produire un effet
Azərbaycanca-fransızca lüğət / yaratmaq1 гл. 1. яратмишун; арадал гъун; 2. пер. дин. халкь авун; 3. туькӀуьрун, тешкил авун; расун; эцигун; təsərrüfat yaratmaq майишат туькӀуьрун; // гьазурун, таъмин авун; 4. эсер кхьин, тесниф авун.
Azərbaycanca-ləzgicə lüğəti / yaratmaq