* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Uyğun gəlmək, yaxşı tutmaq, yaxşı göstərmək. Bu paltar sənə yaraşmır. – Sənə al don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani. [Mehribanın] yeni paltarı vücuduna çox yaxşı yaraşırdı. S.Hüseyn. Qaratelin üz-gözündən rişxənd yağırdı və bu ifadə qızın munis, dolğun çöhrəsinə qətiyyən yaraşmırdı. Ə.Əbülhəsən. □ …nə yaraşır – intonasiyadan asılı olaraq gah müsbət, gah mənfi mənada işlənir. Bu yaşda ona belə paltar nə yaraşır. – Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşır yəhərə. “Koroğlu”. 2. Layiq olmaq, münasib olmaq. Belə hərəkətlər insana yaraşmaz. – Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. [Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. M.F.Axundzadə. [Fəridə:] Bu ki rüsvayçılıqdır, … heç doktora yaraşarmı? Ə.Məmmədxanlı. // Uyğun olmaq, uyğun gəlmək, münasib olmaq, uymaq. Mənim yoldaşım Sadığın adını qoyublar Lağlağı, … bu ləqəb o kişiyə heç yaraşmır. C.Məmmədquluzadə. Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verdi. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / yaraşmaq2 1. YARAŞMAQ ..Qara yaylıq yaraşır; Yardan ayrı düşənə (“Azərbaycan folkloru antologiyası”); TUTMAQ (məc.) Gör nə qədər gözəl tutur; Gümüş tana siyah zülfü (Miskin Əli). 2. YARAŞMAQ, LAYİQ OLMAQ, UYMAQ, BİR-BİRİNƏ MÜNASİB OLMAQ, UYĞUN GƏLMƏK
Azərbaycan dilinin sinonimlər lüğəti / yaraşmaq2 глаг. 1. идти, подходить, подойти: 1) быть к лицу к ому, чему. Hərbi forma yaraşır kimə военная форма подходит кому, təbəssüm yaraşır kimə улыбка подходит кому, hər geyim sənə yaraşır всякая одежда тебе идёт 2) соответствовать. Bu ad sənə yaraşır это имя тебе подходит, bu sözlər sənə yaraşmır такие разговоры тебе не подходят, bu ad ona yaraşmır это имя ему не подходит 2. подобать (соответствовать чьему-либо положению, достоинству). Geridə qalmaq sizə yaraşmır отставать вам не подобает, bu hərəkət sizə yaraşmır такой поступок вам не подобает, adına (rütbəsinə) yaraşan подобающий званию ◊ … nə yaraşır! kimə nə 1. очень уж идёт (подходит) кому что 2. не к лицу, не подходит кому что
Azərbaycanca-rusca lüğət / yaraşmaq1 f. to suit (d.), to become* (d.), to go well* (with); Bu şapka sizə yaraşır This cap suits you; Bu paltar ona yaraşır This dress becomes her; Şikayət etmək sizə yaraşmır It doesn’t become you to complain
Azərbaycanca-ingiliscə lüğət / yaraşmaq1 гл. 1. туькӀуьн, кьун, кутугун; хъсан кьун, иердаказ къалурун; qara papaq sənə yaraşmır чӀулав бармак ваз туькӀуьзвач; 2. лайих хьун.
Azərbaycanca-ləzgicə lüğəti / yaraşmaq