qarışmaq sözü azərbaycan dilində

qarışmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qarışmaq • 97.9622%
  • Qarışmaq • 1.4556%
  • QARIŞMAQ • 0.5822%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.98 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 17.13
2003 •••••• 5.12
2004 •• 1.68
2005 ••••• 4.05
2006 •• 1.58
2007 •• 1.06
2008 •• 0.97
2009 ••• 1.92
2010 •• 1.27
2011 •••• 2.75
2012 •• 1.46
2013 •••••• 4.81
2014 •••• 2.92
2015 •••• 3.06
2016 •••• 2.60
2017 0.49
2018 0.75
2019 •• 0.97
2020 0.80

qarışmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Başqa şeyin, ya şeylərin içərisinə girib orada itib getmək, ayrılmayacaq, fərqlənməyəcək, seçilməyəcək hala düşmək. Boyalar qarışdı. Kağızlar bir-birinə qarışıbdır. – Bənövşə rəngli üfüqdə almaz parçası kimi parıldayan dan ulduzu əriyir, getdikcə büllurlaşan havaya qarışırdı. M.Rzaquluzadə. 2. Birləşərək bir kütlə halına gəlmək. Camaat nümayişçilərə qarışdı. – Yenə adamlar bir-birinə qarışıb gəzməyə, oynamağa, söhbət etməyə başladılar. M.İbrahimov. Qoyunquzu bir-birinə qarışar; Qulplu qazanlardan qatıqlar daşar. S.Vurğun. // Qovuşmaq, birləşmək, qoşulmaq. İki çay bir-birinə qarışdı. Uzun-uzun kölgələr küçələri çal-çarpaz doğrayıb bir-birinə qarışdırdı. Ə.Məmmədxanlı. Bütün dəstə hücuma keçən böyük axına qarışdı. M.Hüseyn. 3. Qarmaqarış olmaq, nizam və tərtibi pozulmaq, bir-birinin içinə girmək, dolaşıq düşmək. Saçları elə qarışıb ki, ayırmaq mümkün deyil. – Adamlar qarışır, hər kəs istəyir qabağa gedə və axırda basabas düşür, qilü qal başlanır. C.Məmmədquluzadə. Onun bığları saqqalına, saqqalı da bığlarına qarışmışdı. Qantəmir. □ Bir-birinə qarışmaq – 1) dolaşmaq, anlaşılmaz hala gəlmək. Başımdakı fikirlər bir-birinə qarışdı. M.S.Ordubadi; 2) həyəcan(a) düşmək, təlaş( a) düşmək, təşviş(ə) düşmək, çaxnaşma düşmək. Bütün əfradi-ailə bir-birinə qarışmışdı. Çünki Rzaqulunun nəfəsi çox ağır və təxirlə çıxırdı. M.S.Ordubadi. Bazar birbirinə qarışmışdı. S.Rəhman. // Səs-küy düşmək, canlanmaq, hərəkətə gəlmək. Qarışdı, səsləndi birdən aralıq… S.Vurğun. 4. Müdaxilə etmək, iştirak etmək, bir işin gedişinə təsir etmək (adətən “işə” sözü ilə). Özgənin işinə qarışmaq. – [Mirzə Səməndər:] Neçə vaxtdır buradayam, görmüsən məni belənçik işlərə qarışam? C.Cabbarlı. …Sən də gəlinlərinə izin ver, çadralarını atıb, işə qarışsınlar. Qantəmir. Bir saatdan bəri sükut içərisində oturmuş Ulduz tutqun bir səslə söhbətə qarışdı. Ə.Məmmədxanlı. 5. Bulanmaq. Ürəyim qarışır. 6. Pozulmaq. Axşamüstü hava qarışdı.

    Azərbaycan dilinin izahlı lüğəti / qarışmaq

qarışmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qarışmaq sözünün antonimləri (əks mənalı sözlər)

qarışmaq sözünün omonimləri (çox mənalı sözlər)

qarışmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. смешиваться, перемешиваться, перемешаться; 2. вмешиваться, вмешаться; 3. осложняться (о болезни); 4. ерошиться;

    Azərbaycanca-rusca lüğət / qarışmaq
  • 2 глаг. 1. мешаться, смешиваться, смешаться, перемешиваться, перемешаться 2. вмешиваться, вмешаться: 1) проникнуть куда-л., смешаться с чём-л. Tamaşaçılar dəstəsinə qarışmaq вмешаться в толпу зрителей 2) вторгнуться в чьи-л. дела, отношения, принять деятельное участие в них. İşinə qarışmaq kimin вмешиваться, вмешаться в чьи-л. дела, şəxsi işinə qarışmaq kimin вмешиваться в личные дела чьи, ailə söhbətinə qarışmaq вмешаться в семейный разговор 3. сливаться, слиться. Onun səsi də bülbülün zənguləsinə qarışdı её голос слился с пением соловья 4. путаться, спутаться, сбиваться, сбиться (о мыслях, словах и т.п.). Başımda fikirlər qarışmışdı мысли путались в голове 5. портиться, испортиться (о погоде). Hava qarışdı погода испортилась

    Azərbaycanca-rusca lüğət / qarışmaq

qarışmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to mix (with); to mix up (in); Yağ suya qarışmır Oil doesn’t mix with water; başqalarının mübahisəsinə ~ to get* mixed up in the quarrel of other people; Siyasətə qarışmayın Don’t get mixed up in the politics; 2. to interfere (in); intervene (in); (arzu olunmaz hal) to meddle (in); özgəsinin işlərinə ~ to meddle in other people’s affairs; Mənim işlərimə qarışmayın Don’t interfere in my affairs, Don’t get mixed up in my affairs; söhbətə ~ to intervene in the conversation; başqa ölkələrin daxili işlərinə ~ to interfere in the domestic affairs of other countries; Məhkəmə işə qarışdı The court intervened, The law stepped in; dəstəyə ~ to mix up in the crowd, to merge with the crowd; Onun fikirləri (başında) qarışıb His thoughts are in confusion

    Azərbaycanca-ingiliscə lüğət / qarışmaq

qarışmaq sözünün fransız dilinə tərcüməsi

qarışmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. акахьун; какахьун; arpa-buğda bir-birinə qarışdı мухни къуьл сад-садак акахьна; boyalar qarışdı рангар акахьна; // bir-birinə qarışmaq сад-садак акахьун а) кьил акъудиз тежер гьалдиз атун (мес. фикирар); б) ара акахьун, къалабулух акатун, гъалаба акатун; гьарай-эвер гьатун, гъулгъула гьатун, ччан атун, юзун акатун; 2. сад-сада гьатун, кукӀун (мес. чӀарар); 3. тӀиш кутун, иштирак авун, са кардин финифиз эсер авун, акахьун (мес. садан кардик); 4. элкъуьн (рикӀ); 5. чӀур хьун (мес. гьава).

    Azərbaycanca-ləzgicə lüğəti / qarışmaq

qarışmaq sözünün türk dilinə tərcüməsi

"qarışmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qarışmaq nədir? #qarışmaq sözünün mənası #qarışmaq nə deməkdir? #qarışmaq sözünün izahı #qarışmaq sözünün yazılışı #qarışmaq necə yazılır? #qarışmaq sözünün düzgün yazılışı #qarışmaq leksik mənası #qarışmaq sözünün sinonimi #qarışmaq sözünün yaxın mənalı sözlər #qarışmaq sözünün əks mənası #qarışmaq sözünün etimologiyası #qarışmaq sözünün orfoqrafiyası #qarışmaq rusca #qarışmaq inglisça #qarışmaq fransızca #qarışmaq sözünün istifadəsi #sözlük