danışmaq sözü azərbaycan dilində

danışmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • danışmaq • 98.9933%
  • Danışmaq • 0.8949%
  • DANIŞMAQ • 0.0839%
  • danıŞmaq • 0.0280%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..

danışmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Sözlə ifadə etmək, bildirmək, anlatmaq, demək, söyləmək, nəql etmək. Ağır-ağır danışmaq. Düzünü danışmaq. Həyəcanla danışmaq. Danışa bilməmək. Əhvalatı danışmaq. Məsələni açıq danışmaq. – [İkram] Səlimovun yanına gedib, əmisi haqqında bildiklərini ona danışmalı idi. Ə.Əbülhəsən. Əbil çalışırdı ki, Dildar arvadın qəlbinə toxunan bir söz belə danışmasın. Ə.Vəliyev. // Dinmək, söz söyləmək. Heç kəs danışmırdı. – Bir-birimizin qorxusundan ağzımızı açıb danışa bilmirdik. M.S.Ordubadi. Hakim müqəssirin yerindən danışmağına qəzəbləndi. Mir Cəlal. 2. Bir dildə fikrini yaxşı ifadə etməyi bacarmaq. Rusca yaxşı danışmaq. 3. Söhbət etmək. Yenə o bağ olaydı; Yenə sizə gələydik; Danışaydıq, güləydik. M.Müşfiq. [Sarıköynək] xəlvət qalın bir meşə içində bulunduğumuzu qətiyyən nəzərə almayaraq, sərbəstcəsinə danışır, məni məşğul edirdi. S.Hüseyn. 4. Fikir söyləmək, mühakimə yürütmək, müzakirə etmək. Bütün şəhər bu barədə danışır. Bu xüsusda hələ danışacağıq. – Hər yerdə müharibə təhlükəsindən böyük bir nifrət və həyəcanla danışırlar. M.İbrahimov. 5. Çıxış etmək, nitq söyləmək. Atəşin danışmaq. Hərarətlə danışmaq. – Səlim qızğın danışırdı. Ə.Vəliyev. 6. Qiymət haqqında bir qərara gəlmək, şərtləşmək; kirə etmək. Faytonları danışdıq. M.S.Ordubadi. Bu qoçular gedib, üç gecə oxumağa xanəndə danışarlar. R.Əfəndiyev. 7. Bəhs etmək, xəbər vermək, yazmaq. On altıncı nömrəmizdə molla Tarqulunun siğə barəsində etdiyi vəzindən bir neçə söz danışmışıq. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / danışmaq

danışmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bildirmək — anlatmaq — demək — söyləmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / danışmaq
  • 2 şərtləşmək — sözləşmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / danışmaq
  • 3 1. DANIŞMAQ (müxtəlif mənalarda) O gecəni Zəki Əhmədlə çox xoş keçirdilər. Yedilər, içdilər, müxtəlif mövzularda danışdılar (A.Şaiq); BƏHS ETMƏK Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhs bu minval ilə... (M.Ə.Sabir); DƏRDLƏŞMƏK (dərdləri haqda danışmaq) Marqarita, qarı ilə bir neçə saat dərdləşdi (Çəmənzəminli); GÖFTGÜ ETMƏK (köhn.) [Əziz bəy:] Buyur, Səkinə xanımın özü ilə göftgü edə bilərsən (M.F.Axundzadə); QONUŞMAQ Çünki müsəlmanca qonuşmaq mana; Eybdir! Öz eybimizi anlarıq! (M.Ə.Sabir); MÜKALİMƏ ETMƏK Molla Həmid: Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil (M.F.Axundzadə); SÖHBƏT ETMƏK (ELƏMƏK) Gəl ikimiz söhbət edək; Duraq üzbarı bəxtəvər (Vəli Miskinli). 2. DANIŞMAQ, ÇIXIŞ ETMƏK, NİTQ SÖYLƏMƏK 3. danışmaq bax söyləmək 2 4. danışmaq bax dinmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / danışmaq

danışmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DANIŞMAQ – DİNLƏMƏK Danış bir-bir, dinləyim; Kaman kimi inləyim (S.Rüstəm). DANIŞMAQ – SUSMAQ Kişi var nə dinər, nə də danışar; Qoyar el yolunda ürəyini o (Ə.Cəmil); Cahandar ağa susurdu (İ.Şıxlı).

    Azərbaycan dilinin antonimlər lüğəti / danışmaq

danışmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. говорить, переговаривать, разговаривать; 2. сговориться, уговориться, договориться;

    Azərbaycanca-rusca lüğət / danışmaq
  • 2 глаг. 1. говорить: 1) пользоваться устной речью. Uşaq danışmağa başladı ребёнок начал говорить, ara vermədən danışmaq говорить без умолку, telefonla danışmaq говорить по телефону 2) владеть каким-л. языком. Rus dilində danışmaq говорить по-русски, alman dilində danışmaq говорить по-немецки 3) выражать в речи мысли, мнения; сказать. İş haqqında danışmaq говорить о работе, həqiqəti danışmaq говорить правду, yalan danışmaq говорить ложь 4) толковать о ком-л., о чём-л. Bütün şəhər danışır весь город говорит, nə danışırlar что говорят, nədən danışırlar о чём говорят, danışırlar ki, … говорят, что … 2. разговаривать: 1) вести разговор, беседовать. Dostu ilə danışmaq разговаривать с другом, musiqidən danışmaq разговаривать о музыке 2) поддерживать общение с кем-л. Onunla danışmağa dəyməz с ним не стоит разговаривать 3. выступать, выступить (перед публикой). İclasda danışmaq выступить на собрании, hərarətlə danışmaq выступать с жаром 4. рассказывать, рассказать. Məzəli əhvalat danışmaq рассказать смешную историю, danışmaqla qurtarmaq olmaz обо всём не расскажешь, müfəssəl danışmaq рассказать подробно о чём-л., qısa danışmaq рассказать коротко о чём-л., olduğu kimi danışmaq рассказать всё как есть, tərcümeyi-halını danışmaq рассказать автобиографию 5. сговориться, договориться. Öz aralarında danışmaq сговориться между собой 6. разг. советоваться, посоветоваться. Qohumları ilə danışmaq (məsləhətləşmək) посоветоваться с родственниками ◊ danışmağa dəyməz не стоит говорить, sən nə danışırsan что ты говоришь, не может быть; bu barədə danışmayaq не будем говорить об этом; nə danışırsan danış, ancaq … что ни говори, но …, adından danışmaq kimin говорить от имени кого, чьего, чего

    Azərbaycanca-rusca lüğət / danışmaq

danışmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to speak* (d.); to tell* (d.); həqiqəti ~ to tell* / to speak* the truth; ingiliscə ~ to speak* English; yalan ~ to tell* a lie, to tell* lies; 2. (tamamlıqsız) to speak*, to talk; Uşaq hələ danışmır The child doesn’t speak / talk yet; auditoriya qarşısında ~ to speak* to an audience; xeyrinə ~ to speak* well for; açıq ~ to speak* frankly / openly; bir kəsin haqqında yaxşı (pis) ~ to speak* well (ill) of smb.; Onlar bir-biri ilə danışmırlar They are not on speaking terms; Danışır Bakı (radio) This is Baku calling; Sən nə danışırsan?! What are you speaking / talking about?!

    Azərbaycanca-ingiliscə lüğət / danışmaq

danışmaq sözünün fransız dilinə tərcüməsi

danışmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. рахун; луькӀуьнун; ərəbcə danışmaq араб чӀалал рахун; danışa bilməmək рахаз тахьун; 2. гаф лугьун, куьтӀун, чуькьун; 3. лугьун; фикир лугьун; düzünü danışmaq дуьз рахун; əvvəl düşün, sonra danış. Ata. sözü сифте фагьума, ахпа рахух; 4. экъечӀна лугьун, экъечӀна рахун (речь); 5. ихтилат авун, ихтилатун, гафарун; 6. къимет рахун, къимет луькӀуьнун, шартӀ хьун; 7. бягьс авун, хабар гун, кхьин.

    Azərbaycanca-ləzgicə lüğəti / danışmaq

danışmaq sözünün türk dilinə tərcüməsi

"danışmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#danışmaq nədir? #danışmaq sözünün mənası #danışmaq nə deməkdir? #danışmaq sözünün izahı #danışmaq sözünün yazılışı #danışmaq necə yazılır? #danışmaq sözünün düzgün yazılışı #danışmaq leksik mənası #danışmaq sözünün sinonimi #danışmaq sözünün yaxın mənalı sözlər #danışmaq sözünün əks mənası #danışmaq sözünün etimologiyası #danışmaq sözünün orfoqrafiyası #danışmaq rusca #danışmaq inglisça #danışmaq fransızca #danışmaq sözünün istifadəsi #sözlük