* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir şeyi əldə etmək üçün səy göstərmək, əmək sərf etmək, səy və qeyrət göstərmək, cidd-cəhd göstərmək, əlləşmək. Qalib gəlməyə çalışmaq. – Deyirdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamışdı. Ə.Haqverdiyev. Hələ pilləkəndən enərkən Qulu Bəhramın qoluna girib, onu dəstədən kənara çəkməyə çalışdı. Çəmənzəminli. 2. Fəaliyyət göstərmək, işləmək. Eldarın fikrinə görə fabrik-zavodlarda və istehsalatda faydalı bir surətdə çalışa bilmək üçün qadınların savadı, yüksək təhsili olmalı imiş. S.Hüseyn. // dan. Bir vəzifə daşımaq, bir peşədə işləmək. Həştərxanda Zaqafqaziya Müsəlman İşləri Komissarlığında və “Hümmət” qəzetində çalışdığı bir ildən artıq müddətdə Ordubadinin əsərlərində günün vacib məsələlərinin izahı böyük yer tuturdu. // dan. İşləmək, vəzifə daşımaq. Ehtiyat xala … ipək fabrikində, boyaq-naxış sexində çalışırdı. Mir Cəlal. // İşləyərək yaratmaq, hazırlamaq, yaradıcı əməklə məşğul olmaq (adətən “üzərində” sözü ilə). Dissertasiya üzərində çalışmaq.□ Öz üzərində çalışmaq – öz biliyini, səviyyəsini, dünyagörüşünü artırmaq üçün müntəzəm məşğul olmaq, öz üzərində işləmək. 3. Zəhmət çəkmək, əmək sərf etmək, əlləşmək, iş görmək. Kimindir sabahdanaxşama qədər; Yağışda, yağmurda çalışan əllər? S.Vurğun. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / çalışmaq1 Mənbələrdə “əlbəyaxa tutaşma”, “mübarizə” kimi şərh olunub. Çalpaşıq kəlməsi də var, “ziddiyyətə qovuşmuş” mənasını verir (bu çəp kəlməsi ilə də bağlı ola bilər). Güman edirəm ki, sözün əsli əlləşmək olub, sonra çalışmaq, çəlləşmək şəklinə düşüb (əlbəyaxa tutuşma ifadəsi ilə əlləşmə, təxminən, eyni şeydir). Sözün qarışmaq, (qatışmaq) mənasını da nəzərə almaq olar: çalış “işə qarış” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çalışmaq2 1. ÇALIŞMAQ [Azər:] Sən hər işdə birinci olmaq istəyirsən və çalışıb olursan da (A.Şaiq); CANFƏŞANLIQ ELƏMƏK (ETMƏK) Nurcahan: Sənə nə düşüb belə canfəşanlıq eləyirsən?! Meynənin hamısını aşağı buraxın, onsuz da bir azdan böyüyüb yenə ora qalxacaq (H.Abbaszadə); SƏY ETMƏK (ELƏMƏK) Pirverdi boy çox səy elədi, amma camaatı bir qaydaya sala bilmədi (C.Məmmədquluzadə). 2. çalışmaq bax işləmək 1
Azərbaycan dilinin sinonimlər lüğəti / çalışmaq1 ÇALIŞMAQ – VEYLLƏNMƏK Biz çalışmalıyıq ki, ayrı-ayrı adamların əvəzinə ümumi camaat varlansın, kolxoz dövlətlənsin (Ə.Vəliyev); Sən harda küllənir, veyllənirsən? (S.Vurğun).
Azərbaycan dilinin antonimlər lüğəti / çalışmaq1 работать, биться, трудиться, стремиться, стараться, хлопотать, норовить, упражняться
Azərbaycanca-rusca lüğət / çalışmaq2 глаг. 1. стараться, постараться: 1) делать, сделать что-л. с усердием, прилежанием. Uşaqlar üçün çalışmaq стараться для детей, ailə üçün çalışmaq стараться для семьи, var gücü ilə çalışmaq стараться изо всех сил 2) пытаться, стремиться, хотеть что-л. сделать. Başa düşməyə çalışmaq kimi, nəyi стараться понять кого, что; xatırlamağa çalışmaq стараться вспомнить, unutmağa çalışmaq kimi, nəyi стараться забыть кого, что; gecikməməyə çalışmaq стараться не опоздать, sübut etməyə çalışmaq kimə nəyi стараться доказать кому что; çalışaram, sualınıza cavab verəm постараюсь ответить на ваш вопрос 2. работать: 1) заниматься каким-л. делом, трудиться. Tarlada çalışmaq работать в поле, yorulmadan çalışmaq работать неустанно (не покладая рук) 2) быть занятым где-л. трудом, иметь где-л. какое-л. занятие, состоять где-л. на службе. Zavodda çalışmaq работать на заводе, məktəbdə çalışmaq работать в школе; namus və vicdanla çalışmaq работать (трудиться) честно и добросовестно 3) состоять в какой-л. должности, исполнять обязанности. Məsul vəzifədə çalışmaq работать на ответственном посту, в ответственной должности, ixtisası üzrə çalışmaq работать по специальности, həkim kimi (həkim sifətilə) çalışmaq работать врачом 4) трудясь, создавать, совершенствовать или изучать что-л. Dissertasiya üzərində ciddi çalışmaq усиленно работать над диссертацией, layihə üzərində çalışmaq работать над проектом; inadla çalışmaq упорно работать, трудиться; öz üzərində çalışmaq работать над собой (совершенствовать себя в чём-л.)
Azərbaycanca-rusca lüğət / çalışmaq1 f. to work; (ağır) to toil d.d. to fag, to try, to endeavour; ürəkdən ~ to work hard; to work with zeal / with diligence; to work tooth and nail idiom.
Azərbaycanca-ingiliscə lüğət / çalışmaq1 f. tâcher vi, essayer vi, efforcer (s’), chercher à faire qch ; travailler ; besogner ; peiner vi ; occuper un poste
Azərbaycanca-fransızca lüğət / çalışmaq1 гл. 1. алахъун, сяйи авун, жегьт авун; 2. кӀвалах авун, кӀвалахун; зегьмет чӀугун, жафа чӀугун, алахъун, кар авун; // öz üzərində çalışmaq жуван (вичин) винел кӀвалахун, жуван (вичин) чирвилер, дуьньякьатӀунар артухарун патал ара датӀана машгъул хьун, алахъун.
Azərbaycanca-ləzgicə lüğəti / çalışmaq