* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Birinin adını, yaxud təxəllüsünü, ləqəbini ucadan deyərək yanına gəlməsini, yaxınlaşmasını, ya da cavab verməsini istəmək. Birdən: – Ərbab! – deyə, birinin arxamdan alçaq səslə məni çağırdığını eşitdim. S.Hüseyn. Mahirə … durna boğazını yuxarı tutaraq çağırırdı: – Sarxan, Sarxan! M.Hüseyn. 2. Bir yerə dəvət etmək. Toya çağırmaq. – Ana Südabəyə yavaşca: – Qızım, Firidunu qonaq çağırsana, – dedi. M.İbrahimov. Qış tətilinə gələn bacısı qızı Zərifəni Qafar bu gün qonaq çağırmışdı. Ə.Əbülhəsən. 3. Mühüm bir işi görməyə dəvət etmək, cəlb etmək, ruhlandırmaq. Vətəni müdafiəyə çağırmaq. Düz yola çağırmaq. – Mənim də köksümdə bu səs bağırır; Hünərə, əməyə, işə çağırır. A.Şaiq. İlk söhbəti, ilk sözü yol açdı ürəklərə; Çağırıb insanları nurlu, aydın səhərə. R.Rza. 4. Adətən hərəkət bildirən bəzi isimlərlə birlikdə təklif etmək, tələb etmək mənasında tərkiblər əmələ gətirir. Sükuta çağırmaq. Sayıq olmağa çağırmaq. Tabe olmağa çağırmaq. Nizama çağırmaq. 5. İclas, müşavirə, kollegial orqan və s. üzvlərini məsələ həll etmək, məsləhətləşmək, bir qərar çıxarmaq üçün bir yerə yığmaq. İclas çağırmaq. – Müalicə komissiyasından qayıdan kimi Zahir büro çağırıb katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi. Mir Cəlal. 6. Çağırış vərəqəsi ilə birinin bir yerə gəlməsini xahiş və ya tələb etmək. Hərbi komissarlığa çağırmaq. – …İndi Güldəstəni başqa bir milis şöbəsinə çağırmaq lazım gələcək. H.Seyidbəyli. 7. məc. Hava ilə oxumaq. Bayatı çağırmaq. – Aşıq gördüyünü çağırar. (Ata. sözü). [Əbdürrəhman bəy:] Əlinin ikisini də qoy qulaqlarının dibinə, gəraylı çağır. N.Vəzirov. [Balaqız:] Səfi oğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Ə.Haqverdiyev. 8. məc. Arzu etmək, istəmək, həvəsində olmaq. İftara bir az qalanda mömin müsəlmanlar təsbeh çevirə-çevirə dodaqları duanı vird eləyəndə ürəkləri də plov çağırır. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / çağırmaq1 Qədim dövrlərdə çoğı sözü olub və “səs” mənasında işlədilib. Çağlamaq (su səsi), çağırmaq, çığırmaq sözləri onun əsasında əmələ gəlib. Bağır, bəyir, böyür sözləri kimi, çağır və çığır kəlmələri də daxili fleksiya zəminində əmələ gəlib. Belə məlum olur ki, -ır şəkilçisi adlardan feil düzəldib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çağırmaq2 1. ÇAĞIRMAQ Artıq eyvanda olan xanım Güləbətini çağırdı (M.İbrahimov); HARAYLAMAQ [Lütfi Məsimov:] Kimsə həyətdəki köpəkdən qorxub içəri girmədən hasarın dalından məni harayladı (H.Abbaszadə); SƏSLƏMƏK Qəfildən, kimsə yavaşcadan Səftər dayını səslədi (Anar); ÜNLƏMƏK (kl.əd.) Ünnədim, ünnədim ünüm çatmadı; Dönüb geri xoş ixtilat çatmadı (Aşıq Əhməd). 2. ÇAĞIRMAQ Qış tətilinə gələn bacısı qızı Zərifəni Qafar qonaq çağırmışdı (Ə.Əbülhəsən); DƏVƏT ETMƏK ..qonaqlıqlar düzəldirdilər və tamam şəhərin axundlarını, tacirlərini dəvət edib, xörəkdən sonra ortalığa bir dini mübahisə salardılar... (Ə.Haqverdiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / çağırmaq2 глаг. 1. звать, позвать: 1) голосом, жестом просить подойти или откликнуться. Uşağı çağırmaq позвать ребёнка, telefona çağırmaq позвать к телефону, köməyə çağırmaq позвать на помощь 2) приглашать, пригласить. Toya çağırmaq позвать на свадьбу, qonaq çağırmaq позвать в гости 2. вызывать, вызвать: 1) попросить, предложить явиться куда-л. Həkim çağırmaq вызвать врача, usta çağırmaq вызвать мастера, təcili yardım çağırmaq вызвать скорую помощь 2) пригласить отозваться, откликнуться на что-л.; побудить к чему-л. Yarışa çağırmaq вызвать на соревнование, danışığa çağırmaq: 1) вызвать на разговор 2) вызвать на переговоры 3. призывать, призвать: 1) предложить участвовать в чём-л. Mübarizəyə çağırmaq призвать к борьбе, Vətənin müdafiəsinə çağırmaq призвать к защите Отечества 2) предложить вести себя так или иначе. İntizama çaqırmaq (dəvət etmək) призвать к порядку 3) привлекать, привлечь к отбыванию воинской повинности. Əsgəri (hərbi) xidmətə çağırmaq призвать на военную службу 4. созывать, созвать (собрать участников какого-л. собрания, совещания и т.п. для работы, деятельности). Sessiya çağırmaq созвать сессию, qurultay çağırmaq созвать съезд, müşavirə çağırmaq созвать совещание 5. разг. петь. Bayatı çağırmaq петь баяты; geri çağırmaq отзывать, отозвать. Deputatı geri çağırmaq отозвать депутата, səfiri geri çağırmaq отозвать посла, məzuniyyətdən geri çağırmaq отозвать из отпуска ◊ aşıq gördüyünü çağırar что видел, то и рассказываю (-ет); gül gülü çağırır, çiçək çiçəyi (bülbül bülbülü) harada точно рай земной где; göydə ulduz ulduzu çağırır в небе мириады звёзд; небо усыпано звёздами
Azərbaycanca-rusca lüğət / çağırmaq1 f. 1. to call (to, for); köməyə ~ to call for help; 2. (dəvət etmək) to invite (d.); to ask (d.); nahara ~ to invite / to ask to dinner (d.); rəqsə ~ to ask to a dance (d.); telefona ~ to call up on the phone; yazı lövhəsinə ~ (şagirdi) to call out (d.), to call to the (black) board (d.); yarışa ~ to challenge (d.); duelə ~ to challenge to duel (d.); həkim ~ to call the doctor, to send* for the doctor
Azərbaycanca-ingiliscə lüğət / çağırmaq1 f. appeler (ll) ; köməyə ~ appeler à l’aide ; appeler au secours ; inviter vt ; convier vt ; həkim~ appeler un médecin
Azərbaycanca-fransızca lüğət / çağırmaq1 гл. 1. эверун; 2. дявет авун, теклиф авун; toya çağırmaq мехъерик эверун; 3. эвер гун, желб авун, руьгь кутун, дявет авун (мес. ватан хуьн патал); 4. санал кӀватӀун, авун (мес. ижлас); 5. пер. лугьун, аваздалди кӀелун; bayatı çağırmaq баядар лугьун; 6. пер. кӀан хьун, мурад авун, рикӀяй фин (мес. са затӀ).
Azərbaycanca-ləzgicə lüğəti / çağırmaq