dağıtmaq sözü azərbaycan dilində

dağıtmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dağıtmaq • 97.7414%
  • DAĞITMAQ • 1.2461%
  • Dağıtmaq • 1.0125%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dağıtmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Sökmək, uçurmaq, xaraba qoymaq, alt-üst etmək. Köhnə binanı dağıtmaq. Zəlzələ evlərin çoxunu dağıtdı. – [Zaman xan:] Ona binaən əmr etdim ki, … körpüləri dağıtsınlar və yolları pozsunlar. M.F.Axundzadə. Bu saat yenə sultanın qoşunları İranın bu guşəsini söküb kəndləri dağıtmaqdadır. C.Məmmədquluzadə. □ Vurub-dağıtmaq – yox etmək, aradan qaldırmaq. Deyəsən, bu səs o qədər qüvvətli idi ki, dəmir yolu ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. Mir Cəlal. 2. Yaralamaq. Nəbi ağacnan bir hampanın başını dağıtdı. “Qaçaq Nəbi”. Başını qaldırıb ətrafına baxmaq istərkən, ikinci güllə onun çiynini dağıtdı. Ə.Məmmədxanlı. // Dişi ilə parçalamaq, parça-parça etmək. Öküzləri dağıtmaq istəyən canavar birdən qabaqdan kəhər ata cumdu. Ə.Vəliyev. 3. Pərən-pərən salmaq, qovmaq. Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı. M.S.Ordubadi. // Dağılışmağa, dağılıb getməyə məcbur etmək. Kəblə Səməd dayı durub camaatı dağıtdı. S.Rəhimov. 4. Qarət etmək, tarac etmək, soymaq, iflasa uğratmaq. …Nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar. M.F.Axundzadə. [Hacı:] Xarici bu fabriki dağıtmaq istəyir. M.S.Ordubadi. 5. Dağılmasına, bədbəxt olmasına səbəb olmaq. Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək, nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov. 6. Çox geymək, işlətmək, sürtmək və s. nəticəsində yırtmaq, cırmaq, yararsız hala salmaq. Paltarı dağıtmaq. Ayaqqabılarını dağıtmaq. // Ümumiyyətlə, yırtmaq. Bütün maskaları dağıtmasaq biz; Faydasız qalacaq mübarizəmiz. S.Vurğun. 7. Nizamsız halda tökmək, pərişan hala salmaq. Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. S.Ə.Şirvani. // Yolmaq mənasında. Yar odur kim, yardan sonra yar üçün; Zülf dağıda, yaxa darta, yara üz. Qurbani. 8. Müxtəlif tərəflərə yaymaq, intişar etmək, saçmaq. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir bir yaşıl pərdə. A.Şaiq. O şad olur, o sevinir balasının hünərindən; Günəş qalxıb nur dağıdır ona vətən göylərindən. S.Vurğun. 9. Dağılmasına səbəb olmaq. Suyu dağıtmaq. 10. Özündən uzaqlaşdırmaq, qovlamaq. Mehriban ağlayırdı. O, ürəyini şişdirən ələm və kədərlərini bununla dağıtmaq istəyirdi. S.Hüseyn. …Dərdi-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə! A.Divanbəyoğlu. // Qaçırmaq, pozmaq. Dağıtmış yuxumu yenə gözümdən; Əzəldən nəğmələr aşiqiyəm mən. S.Vurğun. 11. Səpmək, tökmək. Adsız ölən igidlərin o pərişan məzarına; Çiçək səpir qucaqqucaq, gül dağıdır ətək-ətək. S.Vurğun. 12. Əbəs yerə xərcləmək, səmərəsiz sərf etmək, puç etmək. Tahirin əlinə İran sikkəsi düşəndə dağıtmayıb cibində saxlayırdı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / dağıtmaq
  • 2 Paylamaq, bölüşmək, bölmək. (“Koroğlu” dastanının lüğəti) Səhərdən qalxanda təbil vurulur, Dəryatək çalxanır, göltək durulur, Toplanır bir yerə, içki qurulur, Dağıdır əppəyi, aşı Koroğlu.                         (“Koroğlunun Ərzurum səfəri”) (“Dəmirçioğlu-Əsəd”)

    Azərbaycan dastanlarının leksikası / dağıtmaq

dağıtmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

dağıtmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DAĞITMAQ – QURMAQ Onun oyuncaqlarını dağıdar və sındırar, bəzən də özünü döyüb qaçardı (A.Şaiq); İgid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə bənd etdilər, körpü qurdular (M.Rzaquluzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / dağıtmaq

dağıtmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. громить, разорять, разрушать, опустошать; 2. разбрасывать, раскидывать, расшвырять, разметать; 3. растрепать, изнашивать, изодрать, истрепать; 4. рассеять, разгонять; 5. разбазаривать; 6. разливать; 7. растрачивать;

    Azərbaycanca-rusca lüğət / dağıtmaq
  • 2 глаг. 1. разрушать, разрушить: 1) превратить в развалины. Şəhəri dağıtmaq разрушить город, körpünü dağıtmaq разрушить мост 2) ниспровергнуть, уничтожить (общественный строй, порядок и т.п.). Köhnə dünyanı dağıtmaq разрушить старый мир 3) разорить, расстроить, привести в упадок. Təsərrüfatı dağıtmaq разрушить хозяйство 4) нарушить цельность, единство чего-л. Sıranı dağıtmaq разрушить строй, ailəni dağıtmaq разрушить семью 5) заставить что-л. распасться; изменить строение, состав чего-л. (о ветре, о воде и т. п). Sahili dağıtmaq разрушать берег, atomları dağıtmaq разрушать атомы 2. разорять, разорить (лишить достатка, богатства; опустошить). Var-dövləti dağıtmaq разорить богатство, ölkəni dağıtmaq разорить страну, şəhər və kəndləri dağıtmaq разорить города и сёла, ev-eşiyi dağıtmaq разорить дом 3. разгонять, разогнать: 1) заставить (всех, многих) разойтись, разбежаться, удалиться в разные стороны. Nümayişi dağıtmaq разогнать демонстрацию, adamları dağıtmaq разогнать людей 2) перен. заставить исчезнуть, пройти, миновать. Qüssəsini (qəmini) dağıtmaq разогнать тоску, şübhələrini dağıtmaq разогнать сомнения, yuxusunu dağıtmaq разогнать сон 3) рассеять, развеять. Buludları dağıtmaq разгонять тучи 4. проливать, пролить что-л. (нечаянно вылить на что-л., разлить). Şorbanı dağıtmaq пролить суп, mürəkkəbi dağıtmaq пролить чернила 5. рассыпать, рассы пать (нечаянно разронять, разбросать по поверхности что-л.). Düyünü dağıtmaq рассыпать рис, dəni dağıtmaq рассыпать зерно, tütünü dağıtmaq рассыпать табак 6. изнашивать, износить (привести в негодность – об одежде, обуви). Paltarı dağıtmaq износить одежду, ayaqqabını dağıtmaq износить обувь 7. разрывать, разорвать (нанести рваные раны, умертвить, раздирая на части). Canavar dağıdıb kimi, nəyi волк разорвал кого 8. разбивать, разбить (повредить, ранить какую-л. часть тела в драке, при падении). Başını dağıtmaq разбить голову 9. распространять, распространить (раздать, продать многим). Məktubları dağıtmaq распространять письма, malı dağıtmaq распространять товар 10. разбрасывать, разбросать, раскидывать, раскидать. Şeyləri dağıtmaq разбросать вещи, kağızları dağıtmaq разбросать бумаги, vərəqələri dağıtmaq разбросать листовки 11. расточать, расточить (безрассудно растратить). Var-dövləti dağıtmaq расточить богатство 12. разбазаривать, разбазарить (безрассудно распродать, раздать что-л.). Əmlakı dağıtmaq разбазарить имущество, toxum fondunu dağıtmaq разбазарить семенной фонд

    Azərbaycanca-rusca lüğət / dağıtmaq

dağıtmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to destroy (d.) to demolish (d.), to wreck (d.); binanı ~ to destroy / to demolish a building; tamam ~ to rase / to raze (to the ground); xalq təsərrüfatını ~ to wreck the national economy; 2. to dissipate (d.), to scatter (d.), to disperse (d.); Güllə səsi quşları dağıtdı The gunshot scattered the birds; pulunu ~ to dissipate / to scatter one’s money; Külək çəni dağıtdı The wind dispersed / dissipated the mist; 3. (paltarı) to wear* out (d.); 4. (qəmi, şübhəni) to dispel (d.); / to dissipate (d.); bir kəsin şübhəsini ~ to dispel smb.’s doubt; qüssəni ~ to dissipate sorrow; bir kəsin diqqətini ~ to dissipate smb.’s attention, to distract smb.’s attention

    Azərbaycanca-ingiliscə lüğət / dağıtmaq

dağıtmaq sözünün fransız dilinə tərcüməsi

dağıtmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чукӀурун; // уьцӀуьрун, чӀурун; köhnə binanı dağıtmaq кьуьгьне дарамат чукӀурун; // барбатӀун, ацадарун, харапӀайриз элкъуьрун (мес. зурзалагди кӀвалер, мукъвер ва мс.); // чукӀуниз, бедбахт хьуниз себеб хьун (мес. хзан); // чкӀана хъфиниз мажбур авун; цӀвал-цӀвал авун, перен-перен авун, сад-садавай къакъудун, чукурун (мес. санал кӀватӀ хьанвай инсанар ва мс.); // акахьай гьалдиз гъун, акадарун, какадарун (мес. чӀарар, кӀвал); 2. экъичун, чукӀурун; suyu dağıtmaq яд чукӀурун; 3. падун, хер авун, херун, хун (мес. лашунив яна садан кьил); 4. кукӀварун; // къазунун, чӀадгъунун, гудун, иски авун (мес. пек, кӀвачинкъапар ва мс.); // сараривди пад-пад авун (мес. жанавурди хеб); 5. тарашун, чапхунун, къакъудун, авай-авачирди гъиляй акъудун; 6. аладарун, вичивай яргъаз авун, алудун (мес. дерт); 7. чӀурун, атӀун (мес. ахвар); 8. пер. алахун, вегьин (мес. сурал цуьквер); 9. алаз-алачиз харж авун, пуч авун, терг авун, серф авун (мес. пул); 10. акӀадарун, аккадарун (мес. майишат).

    Azərbaycanca-ləzgicə lüğəti / dağıtmaq

"dağıtmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağıtmaq nədir? #dağıtmaq sözünün mənası #dağıtmaq nə deməkdir? #dağıtmaq sözünün izahı #dağıtmaq sözünün yazılışı #dağıtmaq necə yazılır? #dağıtmaq sözünün düzgün yazılışı #dağıtmaq leksik mənası #dağıtmaq sözünün sinonimi #dağıtmaq sözünün yaxın mənalı sözlər #dağıtmaq sözünün əks mənası #dağıtmaq sözünün etimologiyası #dağıtmaq sözünün orfoqrafiyası #dağıtmaq rusca #dağıtmaq inglisça #dağıtmaq fransızca #dağıtmaq sözünün istifadəsi #sözlük