bağırmaq sözü azərbaycan dilində

bağırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bağırmaq • 92.7083%
  • Bağırmaq • 4.1667%
  • BAĞIRMAQ • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2009 •••••••• 0.16
2010 ••••• 0.09
2011 •••••••• 0.17
2013 •••••••••••••••••••• 0.44

bağırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bərk qışqırmaq, çığırmaq. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. [Səriyyə xala] bağırmaq, ağlamaq istəyir, bacarmırdı. M.İbrahimov. Xaspolad bir də ucadan bağırdı. M.Hüseyn. □ Bar-bar bağırmaq – şiddətlə, var gücü ilə çığırmaq. [Kərim baba:] – Bu şələni hara töküm? – deyə bar-bar bağırdı. A.Şaiq. 2. Böyürmək, nərə çəkmək. Bir az daha irəliləmişdim ki, birdən-birə pələng yerindən sıçrayıb bağıra-bağıra (z.) üstümə gəldi. A.Şaiq. 3. Ağlamaq, haray salmaq, fəryad etmək. Bağırmaqdan uşağın az qala ürəyi partlamışdı.

    Azərbaycan dilinin izahlı lüğəti / bağırmaq

bağırmaq sözünün etimologiyası

  • 1 Nə qədər qəribə olsa, bu söz bağır kəlməsi ilə eyni kökə malikdir.Adam hirslənəndə ağ bağırda bərk qızışma baş verir və insan qışqırmaq yolu ilə sanki bağrını sakitləşdirməyə çalışır. Ağ bağır hiss-həyəcan mənbəyidir, mənbələrdə o, qəzəb sözünün sinonimi kimi də işlədilib. İkinci mülahizə də mümkündür: oğlaq bəyirir, inək böyürür, adam bağırır. Bunların hamısı eyni sözün müxtəlif formaları­dır. Çağır və çığır, çənə və çeynə kimi sözlər də həmin qəlib üzrə yaranıb. Burada daxili fleksiya əlamətlərinin şahidi oluruq. Bağırmaq sözü boğaz kəlməsi ilə də qohum ola bilər, “boğazdan çıxan səs” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bağırmaq

bağırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

bağırmaq sözünün antonimləri (əks mənalı sözlər)

bağırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 орать, реветь

    Azərbaycanca-rusca lüğət / bağırmaq
  • 2 глаг. реветь: 1. издавать рев (о животных) 2. громко говорить, петь, кричать; орать, вопить. Ağrıdan bağırmaq кричать от боли, bağırmaq kimə, kimin üstünə реветь, орать на кого

    Azərbaycanca-rusca lüğət / bağırmaq

bağırmaq sözünün inglis dilinə tərcüməsi

bağırmaq sözünün fransız dilinə tərcüməsi

bağırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. гьараюн, кӀевиз гьараюн, цӀвагъун; 2. ар ягъун, арун, къив чӀугун; 3. шехьун, гьарай кутун, цӀугъун.

    Azərbaycanca-ləzgicə lüğəti / bağırmaq

bağırmaq sözünün türk dilinə tərcüməsi

"bağırmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bağırmaq nədir? #bağırmaq sözünün mənası #bağırmaq nə deməkdir? #bağırmaq sözünün izahı #bağırmaq sözünün yazılışı #bağırmaq necə yazılır? #bağırmaq sözünün düzgün yazılışı #bağırmaq leksik mənası #bağırmaq sözünün sinonimi #bağırmaq sözünün yaxın mənalı sözlər #bağırmaq sözünün əks mənası #bağırmaq sözünün etimologiyası #bağırmaq sözünün orfoqrafiyası #bağırmaq rusca #bağırmaq inglisça #bağırmaq fransızca #bağırmaq sözünün istifadəsi #sözlük