* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. İp və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək. Atları axura bağlamaq. Qayığı körpüyə bağlamaq. Toyuğun ayaqlarını bağlamaq. // İp və s. ilə bir şeyi başqasına və ya bir neçə şeyi bir yerə rəbt etmək, tərtib etmək, düzəltmək. Gül dəstəsi bağlamaq. Şələ bağlamaq. Dərz bağlamaq. // Boğça etmək, boğça halına gətirmək. Paltarlarını bağlamaq. Şeylərini bağlamaq. 2. Sarımaq, sarğı keçirmək, sarğı ilə sarımaq. Yaranı bağlamaq. Başına yaylıq bağlamaq. – [Rüstəm bəy:] Yara gərək bağlana, bağlanmasa olmaz. Bəlkə xətərli yaradır. N.Vəzirov. …Ağarza kəmərini bağlayıb, onun dalınca tələsdi. Mir Cəlal. 3. Taxmaq, asmaq, qurşanmaq. Belinə qurşaq bağlamaq. Xəncər bağlamaq. Tapança bağlamaq. 4. Qapamaq, qıfıllamaq, kilidləmək. Qapıları bağlamaq. Dükanları bağlamaq. – [Növrəstə:] Necə eləyim, ana! Bir də görəcəksən, gəldi qapını bağladı. Ə.Haqverdiyev. 5. Düymələmək, ilməkləmək, keçirmək. Paltonun yaxasını bağlamaq. 6. Yapışdırmaq. Paketin ağzını bağlamaq. 7. Kəsmək, qabağını almaq, mane olmaq. Yolu bağlamaq. Suyu bağlamaq. Qazı bağlamaq. 8. məc. Məğlub etmək, üstün gəlmək (deyişmədə). Zərnişan onunla [aşıqla] deyişmişdi. “Sinədən” dediyi sözlərlə aşığı bağlamışdı. M.Arif. 9. Qurmaq, düzəltmək, qayırmaq, quraşdırmaq, tikmək. Kərdi bağlamaq. Qundaq bağlamaq. Körpü bağlamaq. 10. İsnad vermək, üzərinə atmaq, əlaqədar etmək. İşin axırını gətirib ona bağladılar. – Bu iftiranı ingilislər ədavət yolunda İran dövlətinə bağlayıb, qəzetlərində yazırlar. M.F.Axundzadə. Hər kəsə bağlayırıq hər cürə böhtan, olsun. M.Ə.Sabir. 11. məc. Birləşdirmək, yaxınlaşdırmaq, əlaqələndirmək, rəbt etmək. Onları tale bir-birinə bağladı. Ə.Əbülhəsən. O öz həyatını mənim müəyyən olmayan həyatımla bağlamaqdan heç də qorxmayır. M.S.Ordubadi. Alovlu gəncliyin bitməz və isti ehtirasları onları bir-birinə bağlamışdı. Mir Cəlal. 12. məc. Rəbt etmək, quraşdırmaq, bir araya gətirmək. Cümlələri bir-birinə bağlamaq. Bu adam iki sözü bir-birinə bağlaya bilmir. 13. Bənd etmək, aşıq etmək. Necə ki, haman adam da sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. M.S.Ordubadi. 14. Yazmaq, tərtib etmək, qoşmaq, düzəltmək. Kitab bağlamaq. Akt bağlamaq. Dastan bağlamaq. – [Kərim baba:] Mən əgər yazıpozu bilsəydim, gənclikdə göstərdiyim igidlikləri bir-bir yazar, böyük bir kitab bağlardım. A.Şaiq. 15. məc. Ləğv etmək, təsviyə etmək, yığışdırmaq, aradan qaldırmaq, rəsmən qadağan etmək. 16. Bir şeyin gedişini dayandırmaq, nəhayət vermək. İclası bağlamaq. Konfransı bağlamaq. Sərgini bağlamaq. 17. Üz tutmaq, örtülmək. Qaymaq bağlamaq. Köz bağlamaq (yara). Qabar bağlamaq. Piy bağlamaq. His bağlamaq. Qartmaq bağlamaq. Kif bağlamaq. – Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. M.İbrahimov. O zaman üzəri sıx bulud layları ilə örtülmüş göy, buz bağlamış bir göl kimi çatladı. Ə.Məmmədxanlı. 18. Hasil etmək, zahir etmək, əmələ gətirmək. Toxum bağlamaq. Rişə bağlamaq. Qabıq bağlamaq. Daş bağlamaq. 19. Təşkil etmək, düzəltmək. Sıra bağlamaq. Səf bağlamaq. 20. Bir məsələ və ya təəhhüd haqqında birisi ilə rəsmi olaraq müəyyən qaydada razılaşmaq, şərtləşmək; qəbul etmək, imzalamaq. Sülh bağlamaq. Müqavilə bağlamaq. Şərt bağlamaq. 21. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bel bağlamaq, könül bağlamaq, ümid bağlamaq.
Azərbaycan dilinin izahlı lüğəti / bağlamaq9 1. bağlamaq bax sarımaq 1 2. bağlamaq bax kilidləmək
Azərbaycan dilinin sinonimlər lüğəti / bağlamaq1 BAĞLAMAQ – AÇMAQ Nahar etmək bəhanəsi ilə qapını bağladım (Ə.Vəliyev); Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç! (M.F.Axundzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / bağlamaq1 1. завязывать, связывать, привязывать; 2. запирать, замыкать, закрывать; 3. застегивать, застегнуть; 4. заключать, заключить (договор); 5. покрываться;
Azərbaycanca-rusca lüğət / bağlamaq2 1 глаг. nəyi: 1. завязывать, завязать (сделать узел, соединить концы чего-л.). Qalstuk bağlamaq завязать галстук, botinkaların bağını bağlamaq завязать шнурки ботинок, sapla bağlamaq завязать ниткой, səliqə ilə bağlamaq аккуратно завязать 2. связывать, связать. Paltarı boğçaya bağlamaq связать одежду в узел 3. привязывать, привязать. Buzovu çəkib bağlamaq привязывать телёнка к чему-л. 4. закрывать, закрыть. Qapını bağlamaq закрыть дверь; sərgini bağlamaq закрывать выставку, məktəbi bağlamaq закрывать школу 5. замыкать, замкнуть 6. закупоривать, закупорить. Şüşənin ağzını bağlamaq закупорить бутылку 7. запирать, запереть. Otağı bağlamaq запереть комнату 8. закутывать, закутать (что чем: шею шарфом и т.п.) 9. обматывать, обмотать (обернуть несколько раз чем-л. что-л.) 10. заворачивать, завернуть 11. завинчивать, завинтить. Gaykanı bağlamaq завинтить гайку 12. застёгивать, застегнуть. Köynəyin yaxasını bağlamaq застегнуть ворот рубашки 13. запечатывать, запечатать. Zərfi bağlamaq запечатать конверт 14. пристёгивать, пристегнуть. Xəncəri bağlamaq пристёгивать кинжал 15. пускать, пустить. Arxa su bağlamaq пускать воду в арык 16. мастерить, делать, строить. Araba bağlamaq делать повозку, körpü bağlamaq строить мост 17. соединять, соединить. Onları tale bağlayıb судьба соединила их 18. разг. создавать, создать; творить. Kitab bağlamaq создавать книгу 19. составлять, составить. Akt bağlamaq составить акт 20. заключать, заключить, приходить, прийти к согласию. Sülh bağlamaq заключить мир, müqavilə bağlamaq заключить договор 21. сочетать. Cümlələri bağlamaq сочетать предложения 22. запрещать, запретить. Qəzet nəşrini bağlamaq запретить издание газеты 23. покрываться, покрыться. Pas bağlamaq покрываться ржавчиной; his bağlamaq покрываться сажей ◊ başını bağlamaq nəyin: 1. закрепить за собой что 2. наложить арест на что; bel bağlamaq, ümid bağlamaq надеяться, положиться на кого, возлагать надежды на кого; etiqad bağlamaq уверовать в кого; könül bağlamaq, məhəbbət bağlamaq привязаться, быть привязанным к кому 2 глаг. kimi побеждать, победить кого в ашугском состязании
Azərbaycanca-rusca lüğət / bağlamaq1 f. 1. to tie (d. to), to fasten (d. to), to hitch; atı ağaca ~ to tie a horse to a tree; düyün ~ to knot (d.), to make* a knot; başına dəsmal ~ to tie a kerchief round one’s head; qalstuk ~ to tie one’s (neck-) tie; 2. to shut* (d.), to close (d.); (açarla) to lock (d.); (qazı, suyu və s. bağlamaq) to shut* off (d.), to turn off (d.); iclası ~ to close / to break* up the meeting; 3. (qadağan etmək) to shut* down (d.), to close down (d.); (qəzeti, jurnalı bağlamaq) to suppress (d.); müəssisəni, məktəbi və s. ~ to shut* down / to close down the enterprise / school, etc.; sərhədi ~ to close the frontier; mötərizələri ~ to close the brack ets; mağazanı ~ to close the shop; Təhlükəsizlik kəmərini bağlayın Fasten safety belts
Azərbaycanca-ingiliscə lüğət / bağlamaq1 f. 1) dəniz. amarrer vt ; 2) attacher vt ; boucher vt ; fermer vi, vt ; embaler vt ; enfermer vt ; lier vt ; ligoter vt, nouer vt ; açarla ~ fermer à clef ; bağını ~ lacer vt ◊ bel ~ (ümid ~) espérer en qn, compter sur qn, avoir confiance en qn ; qabıq ~ encrouter (s’) vt ; qayka ~ visser un écrou ; qalstuk ~ nouer une cravate ; qapını ~ fermer la porte ; qapını bağlayıb içəridə oturmaq claquemurer (se) ; sülh ~ conclure une paix ; müqavilə ~ conclure un accord (un pacte)
Azərbaycanca-fransızca lüğət / bağlamaq1 гл. 1. кутӀунун; yaranı bağlamaq хер кутӀунун; süpürgə bağlamaq ккул кутӀунун; 2. расун, дуьзарун, авун; эцигун (мес. муьгъ); 3. пер. кутӀунун, магълуб авун (мес. ашукьри сада-сад); 4. ттун (мес. юкъва чӀул); 5. кӀевун; yolu bağlamaq рехъ кӀевун; // акьалун, агалун; тӀапӀар ягъун; darvazanı bağlamaq варар кӀевун; // куьтягьун, акъвазарун (мес. ижлас); 6. гилитӀун, садан кьилел вегьин (мес. буьгьтен); 7. пер. мукьваларун, ацалтарун, дуьшуьшарун (мес. кьисметди сад-садал); 8. пер. галкӀурун, гилитӀун, гилигун, акалун (мес. гафар сад-садахъ); 9. ашукь авун, жув кӀанарун; 10. кьун; buz bağlamaq мурк кьун; // акъатун, ягъун; kif bağlamaq мурс кьун, мурс ягъун; // вегьин; rişə bağlamaq дувул кьун, дувулар вегьин; // авун; düymə bağlamaq кӀурукӀ кьун, кӀурукӀ авун; 11. хьун, акьалтун; qabar bağlamaq пих хьун, пих акьалтун; 12. кутун; bel bağlamaq далу кутун; ümid bağlamaq умуд кутун; ** ağzını bağlamaq кил. ağız; baş bağlamaq кил. baş; dil bağlamaq кил. dil; könül bağlamaq кил. könül.
Azərbaycanca-ləzgicə lüğəti / bağlamaq