bağlama sözü azərbaycan dilində

bağlama

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bağlama • 92.6199%
  • Bağlama • 6.5498%
  • BAĞLAMA • 0.8303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bağlama
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.

bağlama sözünün leksik mənası və izahı

  • 1 is. 1. “Bağlamaq”dan f.is. 2. İçi dolu və ağzı bağlı kisə; çuval və s. Nigarançılığım bir az da artdı, özümü itirdim. Bağlamanın kəndirini dartıb qırdım. Mir Cəlal. Nəhayət, [müəllimə] qazıdığı quyudan bir böyük bağlama çıxartdı. Ə.Məmmədxanlı. // Düyünçə, bağlanmış şey, boğça. İpək bağlamaya dayanıb oturan bu qadın, bizi görərkən ayağa qalxdı. M.S.Ordubadi. [Göyüşoğlu] əlində tutduğu xırdaca bağlamanı dalında gizlətmişdi. M.Hüseyn. Arvad tez bağlamanı götürüb açdı, nə idi? İki min manat pul. B.Talıblı. // Bir yerə, yaxud üst-üstə yığılıb sarınmış şey. Çamadanın dibində qaytanla sarıqlı bir bağlama kağız nəzərə gəldi. S.M.Qənizadə. 3. Bir yerə göndərilmək üçün qablanıb bağlanmış şey. Uşaqlar gənc və mehriban müəllimlərini unutmamışlar. Məktəbdə … ona məktub və bağlamalar göndərməyi qərara almışdılar. Mir Cəlal. 4. Deyişmə zamanı aşıqların və keçmişdə şairlərin bir-birini bağlamaq (8-ci mənada) üçün söylədikləri müəmma, qıfılbənd, tapmaca və s.

    Azərbaycan dilinin izahlı lüğəti / bağlama

bağlama sözünün sinonimləri (yaxın mənalı sözlər)

bağlama sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BAĞLAMA I is. Bağışlanmış şey, boğça. Qoltuğumda bağlama; Mən gedirəm ağlama! (B.Vahabzadə). BAĞLAMA II is. Xalq ədəbiyyatında şeir forması; qıfılbənd deyişmə. Mana bir bağlama söylə, görüm xalq aşığısan, yoxsa qondarma aşıqsan? (Dastanlar). BAĞLAMA III is. məh. Qapı-pəncərə laylarını bərkidib saxlamaq üçün taxta parçası.

    Azərbaycan dilinin omonimlər lüğəti / bağlama

bağlama sözünün rus dilinə tərcüməsi

  • 1 1. узел, узелок, вязанка, связка; 2. посылка; 3. загадки в стихотворной форме, задаваемые ашугами друг другу во время состязаний;

    Azərbaycanca-rusca lüğət / bağlama
  • 2 1 сущ. от глаг. bağlamaq 1. тюк (большой перевязанный свёрток товара). Pambıq bağlaması тюк хлопка 2. узел (вещи, увязанные в кусок ткани) 3. связка (несколько однородных предметов, связанных вместе). Kitab bağlaması связка книг, paltar bağlaması связка одежды 4. свёрток. Hədiyyə bağlaması свёрток с подарком 5. неполный мешок, полмешка чего-л. Bir bağlama un полмешка муки 6. посылка. Poçt bağlaması почтовая посылка, bağlamaların qəbulu приём посылок, bağlamaların saxlanması хранение посылок, bağlamanın çəkisi вес посылки 7. диал. деревянная задвижка для окон и дверей II прил. 1. посылочный. Bağlama blankı посылочный бланк, bağlama yeşiyi посылочный ящик, bağlama şöbəsi посылочный отдел 2. тех. крепёжный. Bağlama boltları крепёжные болты, bağlama yivi крепёжная резьба, bağlama materialları крепёжные материалы 3. тех. запорный. Bağlama ventilləri запорные вентили, bağlama kranları запорные краны 2 сущ. стихотворная форма загадок в устном народном творчестве; загадки, задаваемые ашугами друг другу во время состязаний

    Azərbaycanca-rusca lüğət / bağlama

bağlama sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. parcel, bundle, package; bir ~ kitab a package of books; bir ~ paltar a parcel of clothes II. i. a kind of riddle in the form of poem, created by ashugs (Azerbaijani folk singers) and used during contests

    Azərbaycanca-ingiliscə lüğət / bağlama

bağlama sözünün fransız dilinə tərcüməsi

bağlama sözünün ləzgi dilinə tərcüməsi

  • 1 суш. 1. f.is. кил. bağlamaq; 2. къене затӀар кутуна, сив кутӀуннавай ва я сивиз тӀвал ганвай шешел, чувал, ягълух, суфра, бухча ва мсб.; // арушна кутунвай затӀ, кӀватӀна кутӀуннавай затӀ; 3. кил. bağlamaq 3).

    Azərbaycanca-ləzgicə lüğəti / bağlama

bağlama sözünün türk dilinə tərcüməsi

bağlama sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Tovuz) qapı və ya pəncərəni arxa tərəfdən bağlamaq üçün taxta parçası II (Kürdəmir) 1. balqabaqdan hazırlanan xörək adı. – Ci:m bağlama bişirmişdi 2. qozdan hazırlanan xörək adı III (Culfa) yastıq. – Milax kəndində yasdığa de:llər bağlama IV (Qazax, Şəmkir) qıfılbənd. – Saηa bir bağlama də:rəm, açammazsaη (Qazax) V (Hamamlı, Kürdəmir, Qazax, Şəmkir) içərisində yarıya qədər taxıl olan bağlı çuval. – Bir bağlama dünən ü:tdüm (Şəmkir); – Bir bağlama buğdam var, onu at haravıya (Qazax)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"bağlama" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bağlama nədir? #bağlama sözünün mənası #bağlama nə deməkdir? #bağlama sözünün izahı #bağlama sözünün yazılışı #bağlama necə yazılır? #bağlama sözünün düzgün yazılışı #bağlama leksik mənası #bağlama sözünün sinonimi #bağlama sözünün yaxın mənalı sözlər #bağlama sözünün əks mənası #bağlama sözünün etimologiyası #bağlama sözünün orfoqrafiyası #bağlama rusca #bağlama inglisça #bağlama fransızca #bağlama sözünün istifadəsi #sözlük