* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir işə girişmək, şüru etmək. İşə başlamaq. Müşavirəyə başlamaq. İnşaata başlamaq. Yeni zavod dünəndən işləməyə başlamışdır. – Elə ki, sabah oldu, Sona fars dilini oxumağa başladı. N.Nərimanov. Marallarım mövizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başladılar əzbərləməyə. Ə.Haqverdiyev. 2. Bir işin, halın, keyfiyyətin, hadisənin və s.-nin ilk əlamətlərini göstərmək. Qocalmağa başlamaq. Bacadan tüstü görünməyə başladı. Hava qaralmağa başladı. Yağış damcılamağa başladı. – Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Atlı yaxınlaşdıqca onun qucağındakı heyvan da aydın görünməyə başladı. M.Hüseyn. 3. Bir işin əsası qoyulmaq, əmələ gəlmək, meydana gəlmək. Mühərrirlik sənəti Azərbaycanda, demək olar ki, Mirzə Fətəli Axundzadə ilə, xüsusən “Əkinçi”ni yaradan Həsən bəy Zərdabi ilə başlamışdır. (Qəzetlərdən).
Azərbaycan dilinin izahlı lüğəti / başlamaq2 BAŞLAMAQ Sona oxumağa 8 yaşında başladı (N.Nərimanov); AĞAZ ETMƏK Gündə bir şəbədə ağaz etdin; Çox olan lütfü bizə az etdin (S.Ə.Şirvani); GİRİŞMƏK Bu yol ilə o işə girişmiş ve Şamo ilə səkkiz aydan sonra görüşə bilmişdir (S.Rəhimov); İQDAM ETMƏK (kl.əd.) [Mirzə ağa xan:] Qibleyi-aləm, madam ki, siz heç bir işə qarışmırsınız, o zaman məmləkətin xeyrinə hər nə lazımsa, ona iqdam etməyə borcluyam (C.Cabbarlı); QOŞULMAQ Naçalnik: Heydər bəy, sən mənim nəsihətimi eşitməyib genə yaman işə qoşuldun? (M.F.Axundzadə); ŞÜRU ETMƏK (dan.) Bu gündən qoca yazıçı ilə gənc maşinistka işə şüru etdilər (S.S.Axundov).
Azərbaycan dilinin sinonimlər lüğəti / başlamaq1 BAŞLAMAQ – QURTARMAQ Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətlə qurtarır (Çəmənzəminli). BAŞLAMAQ – TAMAMLAMAQ Qaranquş baharı başlayır, bülbül tamamlayır.
Azərbaycan dilinin antonimlər lüğəti / başlamaq1 начинать, браться, приниматься за что-нибудь, приступать к чему-нибудь
Azərbaycanca-rusca lüğət / başlamaq2 глаг. 1. начинать, начать: 1) приступать к какому-л. действию. Dərsi başlamaq начать урок, danışıqları başlamaq начать переговоры, müharibəni başlamaq начать войну, danışmağa başlamaq начать говорить 2) приниматься за что-л. в первую очередь. nədən başlamaq начать с чего, əlifbadan başlamaq начать с азбуки, kimdən başlamaq начать с кого, nə vaxt başlamaq начать когда 3) проявлять первые признаки какого-л. действия или состояния. Qaralmağa başlamaq начать темнеть, görünməyə başlamaq начать виднеться, qar yağmağa başladı начал идти снег 2. значение начала действия может передаваться глагольными приставками за-, воз-(вз-), вос-(вс-) и др. yaşamağa başlamaq зажить (по-новому), başçılıq etməyə başlamaq возглавить
Azərbaycanca-rusca lüğət / başlamaq1 f. to begin * (d., ger. / to inf.), to start (d., ger. / to inf.); to commence (d., ger. / to inf.); işə ~ to begin* / to start work ing / to work; hər şeyi yenidən ~ to begin* all over again, to start afresh / anew; başdan / əvvəldən ~ to begin* at / from the beginning; söhbət ~ to begin* / to start a conversation; Qar yağmağa başladı It began / started to snow
Azərbaycanca-ingiliscə lüğət / başlamaq1 f. démarrer vt ; entamer vt ; entreprendre vt ; engager vt ; ouvrir vt, vi ; préluder vt ; commencer vt ; amorcer vt ; aborder vt ; attaquer vt ; débuter vt ; nouer vt ; inaugurer vt ; axırdan ~ commencer par le fin, mettre la charrue devant les boeufs ; axtarışa ~ mettre (se) en quête ; danışışları ~ commencer les pourparles ; dərsi ~ commencer la leçon ; döyüşə ~ livrer une bataille ; düşmənçiliyə ~ commencer les hostilités ; iş ~ 1) ouvrir une enquête (kiməsə qarşı) ; 2) hüq. intenter un procès
Azərbaycanca-fransızca lüğət / başlamaq