* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. Şəlalə çağlayır. – Göy otların arasından bulaqlar; Şırıltıyla köpüklənərkən çağlar. A.Səhhət. Nəbi … qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb tökülən şəlalələrə tamaşa edirdi. S.Rəhimov. 2. məc. Qaynamaq, coşmaq. Cəmisi bir ay əvvəl burada sakit və məsud bir həyat çağlayırdı. Mir Cəlal. O getdi, çağladı ürəyində kin; Getdi sorağında baharın, yazın. N.Xəzri. // Obrazlı təşbehlərdə. Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır; Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah! B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / çağlamaq1 Çağ səs (əsasən, su səsi) demək olub. Söz ondan törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çağlamaq1 глаг. клокотать: 1. бурлить, кипеть, бить ключом (о воде, жидкости). Bulaqlar çağlayır клокочут родники, qıjov çağlayır быстрина кипит 2. перен. бурно проявляться, бушевать (о чувствах, страстях и т.п.). Fərəhdən qəlbim çağlayırdı душа клокотала от радости, həyat çağlayır жизнь клокочет (бьёт ключом)
Azərbaycanca-rusca lüğət / çağlamaq1 f. 1) jaillir vi ; gicler vi ; bulaqlar çağlayır les sources jaillissent ; 2) məc: bouillonner ; həyat çağlayır la vie bouillonne
Azərbaycanca-fransızca lüğət / çağlamaq1 гл. 1. жур-жур, гур-гур, шур-шур ацалдна каф алаз авахьун (мес. чарчар); 2. пер. ругун.
Azərbaycanca-ləzgicə lüğəti / çağlamaq