ağlamaq sözü azərbaycan dilində

ağlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağlamaq • 89.4410%
  • Ağlamaq • 9.6273%
  • AĞLAMAQ • 0.9317%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.60 dəfə / 1 mln.
2003 ••••• 0.39
2007 ••••• 0.42
2008 ••• 0.24
2009 •••••••••••••••••••• 1.92
2010 ••••••••••• 1.00
2011 •••••••••• 0.94
2012 •••• 0.34
2013 ••••••••••••••••• 1.60
2014 ••••••••••••••• 1.37
2015 •••• 0.34
2017 •••• 0.33
2019 •• 0.14
2020 ••• 0.27

ağlamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1 Şiddətli ağrı, ruhi sarsıntı və ya başqa bir ağır təəssürat nəticəsində göz yaşı axıtmaq. Sevincdən ağlamaq. Sancıdan ağlamaq. Uşaq ağlayır. – Gözüm yaşı qəmimdən ağlamaqdan döndü dəryaya; Məni axır həlak eylər bu çeşmi-xunfəşan sənsiz. S.Ə.Şirvani. Firidun onun [Şəmsiyyənin] ağladığını və ya güldüyünü təyin edə bilmirdi. M.İbrahimov. Ağca ağlaya-ağlaya (z.) onun [ərinin] dalınca gələrək, yuxusunu nağıl edib dedi… Ə.Əbülhəsən. □ Acı-acı ağlamaq – yanıqlı-yanıqlı ağlamaq. 2. məc. Yas tutmaq, matəm saxlamaq. [Mirzə Fətəli:] Ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun! Ə.Haqverdiyev. 3. məc. Həyatından, yaşayışından, vəziyyətindən şikayətlənmək. 4. məc. Yalvarmaq, yalvara-yalvara istəmək. □ Ağlayıb-sızlamaq (sıtqamaq) – ağlayıb yalvarmaq, yalvarıb-yaxarmaq, ürəkdən ağlayıb yalvarmaq. 5. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: gününə ağlamaq, qan ağlamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / ağlamaq

ağlamaq sözünün etimologiyası

  • 1 Ağı demək, ağlamaq, sıtqamaq, yağış tipli sözlərin hamısı “su” anlamı ilə bağlıdır. Fonetik dəyişmələr nəticəsində formaca bir-birindən uzaqlaşıb: tarixi baxımdan ağlamaq – “cığlamaq”, ağı demək – “cağu demək”, yağış – “cağış” kimi işlədilib. “Su” anlamı ilə bağlı olan belə sözlər 20-dən çoxdur: curdək, cuvar, çala, çay, çən və s. 

    Azərbaycan dilinin etimologiya lüğəti / ağlamaq

ağlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ağlamaq sözünün antonimləri (əks mənalı sözlər)

ağlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 плакать, оплакивать

    Azərbaycanca-rusca lüğət / ağlamaq
  • 2 глаг. 1. плакать, заплакать. Hündürdən ağlamaq плакать громко, hönkür-hönkür ağlamaq плакать навзрыд, acı-acı ağlamaq плакать горько, içiniçin ağlamaq плакать всхлипывая 2. горевать, печалиться 3. жаловаться, плакаться; ağlamağı gəlmək быть готовым заплакать ◊ ağlamaqdan gözləri kor olmaq все глаза проплакать, выплакать; özünə gün ağlamaq думать о чёрном (завтрашнем) дне; ağlamaqla yara sağalmaz слезами горю не поможешь, qan ağlamaq горько плакать, лить горючие слёзы

    Azərbaycanca-rusca lüğət / ağlamaq

ağlamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to cry, to weep; 2. (yas saxlamaq) to mourn (d. over); acı-acı ağlamaq to weep bitterly; ürəkdən ağlamaq to cry one’s heart out; hönkürtü ilə ağlamaq to sob; şadlıqdan ağlamaq to cry / to weep for / with joy; dərddən / kədərdən ağlamaq to cry / to weep for / with sorrow; 3. (şikayət etmək) to complain (to, of), to lament (for, at)

    Azərbaycanca-ingiliscə lüğət / ağlamaq

ağlamaq sözünün fransız dilinə tərcüməsi

ağlamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. шехьун, ишехьун; вилин накъвар авадарун; uşaq ağlayır аял шехьзава; 2. пер. яс кьун, яс хуьн; 3. шел-хвал авун, вичин уьмуьрдикай, яшайишдикай, гьалдикай шикаят авун; 4. пер. минетун, минетиз-минетиз кӀан хьун; ağlayıb-sızlamaq (sıtqamaq) рикӀяй шехьиз-шехьиз минетун, минет-суьнетун.

    Azərbaycanca-ləzgicə lüğəti / ağlamaq

ağlamaq sözünün türk dilinə tərcüməsi

"ağlamaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağlamaq nədir? #ağlamaq sözünün mənası #ağlamaq nə deməkdir? #ağlamaq sözünün izahı #ağlamaq sözünün yazılışı #ağlamaq necə yazılır? #ağlamaq sözünün düzgün yazılışı #ağlamaq leksik mənası #ağlamaq sözünün sinonimi #ağlamaq sözünün yaxın mənalı sözlər #ağlamaq sözünün əks mənası #ağlamaq sözünün etimologiyası #ağlamaq sözünün orfoqrafiyası #ağlamaq rusca #ağlamaq inglisça #ağlamaq fransızca #ağlamaq sözünün istifadəsi #sözlük