* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Başa düşmək, qanmaq, düşünmək, dərk etmək. Sözün mənasını anlamaq. Bu söhbətdən heç bir şey anlamadım. – Çox nüktə var, sən anlamasan, anlar aşiqin! M.Ə.Sabir. Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə. 2. Duymaq, sezmək, hiss etmək, başa düşmək. Onlar bir-birini yaxşı anlayırlar. Ürəyindən keçəni dərhal anladım. – Qız artıq onu [Firidunu] özünə yaxın bir dost hesab edirdi. Bunu o, onun səmimi rəftarından anlayırdı. M.İbrahimov. 3. Bir şey haqqında müəyyən fikri, baxışı olmaq. Bunu mən başqa cür anlayıram. Sizcə, bunu necə anlamaq lazımdır? Mənim anladığıma görə.
Azərbaycan dilinin izahlı lüğəti / anlamaq1 Mənbələrdə anla sözü (понимать), ana feili (разуметь), anlaq ismi (разумный) mövcuddur. Deməli, sözün kökü an olub, -a şəkilçisi onu feilə (an-a) çevirib. An ərəb dilindən keçmiş ağıl sözünün yerinə işlədilib və sonra kəlmə söz doğma sözü xeyli sıxışdıra bilib. Bəzən an sözünün feil hesab edirlər. Belə olsa idi, həmin söz –la şəkiçisini qəbul edə bilməzdi (feil bu şəkilçini qəbul etmir). Anmaq feili isə ayrı, müstəqil sözdür, yuxarıdakının omonimidir.
Azərbaycan dilinin etimologiya lüğəti / anlamaq2 ANLAMAQ, QANMAQ, BAŞA DÜŞMƏK [Talıbxanı] Vəli, sən hərəkətsiz daş üstündə oturub muşqurursan, ancaq qan, başa düş, anla ki, yerimək lazımdır (S.Rəhimov); BAŞ AÇMAQ Vəli yenə hadisələrdən baş açmırdı (Mir Cəlal); BAŞ ÇIXARMAQ Məhərrəm: Məgər sənin işindən mən baş çıxardıram? (N.Vəzirov); BAŞ TAPMAQ Süsən: Hə, bağışlayınız, baş tapmadım (M.S.Ordubadi); DƏRK ETMƏK Zeynal Şərifənin nələr dediyinə və nə istədiyini eşidib dərk edə bilməyirdi (M.Hüseyn); DÜŞÜNMƏK Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur (M.İbrahimov); QAVRAMAQ Mişa: Cavan oğlansan, zehnin itidi, tez qavrayırsan (H.Abbaszadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / anlamaq2 глаг. kimi, nəyi 1. понимать, понять. Heç cür anlaya bilmirəm ki, … никак не могу понять, что …; mən anladım ki, … я понял, что …; bir şey anladınmı? что-нибудь понял?, bir-birini anlamaq понимать друг друга, sualı anlamaq понять вопрос 2. постигать, постичь кого-л., что-л.
Azərbaycanca-rusca lüğət / anlamaq1 f. to understand* (d.), to comprehend (d.), to realize (d.); tez ~ to grasp quickly (d.); gec ~ to be* slow to grasp (d.); musiqini ~ to understand* music; Anlayıram I see; Mən sizi anlayıram I see your point
Azərbaycanca-ingiliscə lüğət / anlamaq1 f. comprendre vt ; pénétrer vt ; saisir vt ; concevoir vt ; entendre vt
Azərbaycanca-fransızca lüğət / anlamaq1 гл. 1. гъавурда акьун (гьатун), кьиле гьатун, кьатӀун, фагьумун; 2. гьисс авун, кьатӀун.
Azərbaycanca-ləzgicə lüğəti / anlamaq