* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında). Eşşək ağnayır. // məc. dan. Yerə sərilərək üst-başını toza-torpağa sürtüb batırmaq. Uşaqlar tozun içində ağnayırlar. – Günah çamırında ağnayana bax; Onun da baxtına günəş doğulur. M.Araz. Comalaşıb qarışqatək qaynardıq; Yavaş-yavaş bağçalarda ağnardıq… Şəhriyar. 2. məh. Uçmaq, yıxılmaq, dağılmaq, tökülmək. Birinin divarının kərpicləri ağnayıb tökülmüşdü biz durduğumuz yerə tərəf. C.Məmmədquluzadə. Elə bil Qədim dayının üstünə bir dağ ağnayıb töküldü. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / ağnamaq1 Divar uçub töküləndə deyirik: divar ağnayıb tökülür. Qədimdə ağmaq feili olub və rus dilinə “свалиться”, “склоняться”kimi tərcümə olunub. Sonra ağmaq feili ağnamaq şəklində sabitləşib. Sözün qədim kökü ağ kəlməsidir, “yuxarı” anlamı ilə bağlıdır. “Torpağın ağnaması”, “yuxarıdan aşağı tökülməsi” kimi başa düşülə bilər. Ağnamaq sözünün başqa bir mənası heyvanla bağlıdır: o, ayaqlarını yuxarı qaldırır, belini yerə qoyur və sağa-sola hərəkət edir. Ağmaq feilinin “əyilmək, o yan, bu yana meyil etmək”mənası da var. Heyvanın ağnaması, adamın axsaması (əsli: ağsamaq olub) ağ sözünün əyilmək mənası ilə bağlıdır. -sa şəkilçisi meyil bildirən feillər düzəldir (susamaq – “suya meyil etmək” və s.). Ağna və axsa sözlərində də şəkilçi əyilməyə meyili ifadə etmək vəzifəsini yerinə yetirir.
Azərbaycan dilinin etimologiya lüğəti / ağnamaq2 1 глаг. разг. 1. валяться на спине, ворочаться с боку на бок (о животных) 2. перен. валяться на земле, валяться в грязи (о человеке), переворачиваться, перекатываться с боку на бок 2 глаг. разрушаться, разрушиться, разваливаться, развалиться, обваливаться, обвалиться; обрушиваться, обрушиться. Çayın qırağı ağnayıb töküldü обвалился берег реки, qaya ağnayıb скала обрушилась
Azərbaycanca-rusca lüğət / ağnamaq1 f. 1) retourner (se) ; renverser (se) (o üz bu üzə çevrilmək) ; 2) abattre (s’) ; affaisser (s’) ; crouler vt ; effondrer (s’) ; écrouler (s’) (yıxılmaq, dağılmaq, tökülmək) ; tomber vi (ê) en ruines
Azərbaycanca-fransızca lüğət / ağnamaq1 гл. 1. къатадун (далудихъ яргъи хьана, кӀвачер цавузна и патахъ, а патахъди элкъуьн); eşşək ağnayır ламра къатадзава; // пер. рах. чилел яргъи хьана вичи-вич накьвадай, руьхъведай ктадун, кьацӀурун (мес. аялди); 2. нугъ. уьцӀуьн, чукӀун, аватун (мес. цлан керпичар).
Azərbaycanca-ləzgicə lüğəti / ağnamaq