dağılmaq sözü azərbaycan dilində

dağılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dağılmaq • 95.4774%
  • Dağılmaq • 3.5176%
  • DAĞILMAQ • 1.0050%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dağılmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Sökülmək, uçulmaq, altüst olmaq, xaraba halına gəlmək. Daşqın zamanı bəndlər dağıldı. Zəlzələdən çoxlu ev dağılmışdır. Körpü seldən dağıldı. // Bərbad hala gəlmək, pozulmaq. Təsərrüfat dağıldı. 2. Çox işlənməkdən, geyilməkdən, sürtülməkdən yaramaz hala gəlmək, cırılmaq, yırtılmaq, parça-parça olmaq. Ayaqqabı dağılmışdır. 3. Darmadağın olmaq, məhv olmaq, ortadan çıxmaq, öz varlığını itirmək, süqut etmək. [Aslan bəy:] …Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa gələcək. C.Cabbarlı. Qoşunun başçısı ölsə də, möhkəm qoşun dağılmaz. M.Hüseyn. 4. məc. Yavaş-yavaş seyrəkləşərək, yayılaraq yox olmaq, çəkilib getmək. Duman dağıldı. // məc. Puç olmaq, boşa çıxmaq, baş tutmamaq, alt-üst olmaq. Bütün ümidlərim dağıldı. 5. Pərakəndə halda, necə gəldi ora-bura tökülmək. Muncuqlar qırılıb yerə dağıldı. Un kisədən dağıldı. 6. Tökülmək, o tərəf-bu tərəfə axıb getmək. Su dağıldı. Süd dağıldı. 7. Pərakəndə halda tökülmək. [Güllü nənənin] qar kimi dümağ pırtlaşıq saçları mütəkkənin üstünə dağılmışdı. S.Rəhimov. 8. məc. İflas etmək, vardan-yoxdan çıxmaq, kasıblaşmaq. [Məşədi İbad:] A kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim. Ü.Hacıbəyov. 9. Müxtəlif tərəflərə getmək, hərə bir yana getmək, çəkilib getmək, dağılışmaq (bir yerə yığılmış çoxlu adamlar, quşlar və s. haqqında). Veylabad şəhəri elə bil dəyişmişdi. Hərə bir tərəfə qaçıb dağılmaqda idi. Çəmənzəminli. …Xəlfə cibinə tökdüyü noğul-badamdan soldatların və Əlirzanın ovcuna basırdı. Bundan sonra hərə öz evinə dağılırdı… H.Sarabski. Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. Mir Cəlal. 10. Yayılmaq, intişar etmək. Üç minə yavuq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri şimali müsəlman şəhərlərində və kəndlərində dağılır. C.Məmmədquluzadə. 11. Səpələnmək. Maşınlar, insanlar dağılır düzə; Çoxalır səhrada gediş-gəliş də. S.Vurğun. 12. Qurtarmaq, sona çatmaq, tamam olmaq, öz işini qurtarmaq (məclis, iclas və s. haqqında). [Şah] əfradi-məclisi mürəxxəs etdi. Məclis dağıldı. M.F.Axundzadə. Bir az əvvəl bulaq başındakı arvad yığıncağı dağılmışdı. Ə.Vəliyev. 13. Əmr şəklində: dağılsın! – xaraba qalsın! məhv olsun! alt-üst olsun! (qarğış). Dağlarda talam qaldı; Biçmədim, lalam qaldı; Dağılsın qürbət ölkə; Orda bir balam qaldı. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti / dağılmaq

dağılmaq sözünün etimologiyası

  • 1 Dağıntı (müq. et: yığ-ıntı...) sözü sübut edir ki, dağ kəlməsi haçansa müstəqil feil olub. Bu, dağ-ıt-maq sözündə də özünü büruzə verir. Dağı-t-maq, dağı-l-maq formaları göstərir ki, dağı törəmə kökdür.. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dağılmaq

dağılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

dağılmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DAĞILMAQ – QURULMAQ Pozuldu çayların bəndi, bərəsi; Dağıldı yuvası bulaqların da (H.Hüseynzadə); Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sahil lampaları alışacaq çıraq-çıraq (S.Vurğun). DAĞILMAQ – YIĞILMAQ Cəmi yaxın adamları qaçıb dağıldılar (Ə.Haqverdiyev); Oraya, qapının önünə çoxlu adam yığılmışdı (C.Məmmədov).

    Azərbaycan dilinin antonimlər lüğəti / dağılmaq

dağılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. рушиться, развалиться, разоряться; 2. расходиться, разойтись, разбегаться, разъехаться, разбрасываться; 3. рассыпляться, раскидываться; 4. разливаться; 5. изнашиваться, износиться, истрепаться;

    Azərbaycanca-rusca lüğət / dağılmaq
  • 2 глаг. 1. рушиться: 1) разрушаться, разваливаться (разламываясь, рассыпаясь), разрушиться. Köhnə evlər dağılır рушатся старые дома, divar dağılır рушится стена 2) перен. прекращать существование, гибнуть, исчезать. Köhnə dünya dağılır рушится старый мир 2. расходиться, разойтись; разъезжаться, разъехаться. Qonaqlar dağıldı гости разъехались, məclis dağıldı компания разошлась 3. рассеиваться, рассеяться. Duman dağılanda когда рассеется туман, buludlar yavaş-yavaş dağılır облака медленно рассеиваются, fikrim dağılır мысли мои рассеиваются 4. рассыпаться, рассы паться; раскидываться, раскидаться. Qəzetlər yerə dağıldı газеты рассыпались по полу, saçları çiyninə dağıldı волосы рассыпались по плечам 5. разливаться, разлиться. Su dağıldı вода разлилась 6. изнашиваться, износиться, истрепаться. Ayaqqabı dağıldı обувь износилась ◊ evi dağıldı kimin постигло несчастье кого; top vursan dağılmaz пушкой не прошибёшь; dünya dağılsa да хоть мир перевернётся; evi(-n) dağılsın (проклятие) чтобы постигло несчастье кого; dağılın! разойдись! разойдитесь! ◊ dağılmış! выражение проклятия; пожелание развалиться, разрушиться

    Azərbaycanca-rusca lüğət / dağılmaq

dağılmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to disintegrate, to collapse; Müstəmləkə sistemi dağıldı The colonial system disintegrated; Müxalifət dağıldı The opposition has collapsed; 2. to fall* to the ground, to fall* in, to fall* to pieces; 3. (maye) to spill; Süd dağıldı The milk has spilled; 4. (paltar) to be* worn out; 5. to depart; to part; to separate; 6. to disperse; (duman, çən və s.) to dissipate, to drift apart, to clear away; Dərsdən sonra uşaqlar dağıldılar After school the children dispersed; Yağış yağmağa başlayan kimi camaat cəld dağıldı As soon as the rain started, the crowd quickly dissipated

    Azərbaycanca-ingiliscə lüğət / dağılmaq

dağılmaq sözünün fransız dilinə tərcüməsi

dağılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чукӀун; уьцӀуьн, ацахьун, чӀур хьун, харапӀадиз элкъуьн (мес. зурзалагдикай кӀвалер, муьгъ ва мс.); 2. кукӀвар хьун, гватун, цӀуру хьун, иски хьун, пад-пад хьун (мес. кӀвачинкъапар); 3. чукӀун; duz dağıldı кьел чкӀана; süd dağıldı нек чкӀана; 4. чухкӀун, чкӀана хъфин, алахьун, ахлахьун (санал кӀватӀ хьанвай гзаф кьадар инсанар, къушар ва мс.); 5. пер. пуч хьун, кьиле тефин (мес. умудар); 6. dağılsın! межд. къаргъ. чукӀурай! уьцӀуьрай! чӀур хьуй! харапӀа хьуй! барбатӀ хьуй!

    Azərbaycanca-ləzgicə lüğəti / dağılmaq

dağılmaq sözünün türk dilinə tərcüməsi

"dağılmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağılmaq nədir? #dağılmaq sözünün mənası #dağılmaq nə deməkdir? #dağılmaq sözünün izahı #dağılmaq sözünün yazılışı #dağılmaq necə yazılır? #dağılmaq sözünün düzgün yazılışı #dağılmaq leksik mənası #dağılmaq sözünün sinonimi #dağılmaq sözünün yaxın mənalı sözlər #dağılmaq sözünün əks mənası #dağılmaq sözünün etimologiyası #dağılmaq sözünün orfoqrafiyası #dağılmaq rusca #dağılmaq inglisça #dağılmaq fransızca #dağılmaq sözünün istifadəsi #sözlük