daşınmaq sözü azərbaycan dilində

daşınmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daşınmaq • 92.5373%
  • Daşınmaq • 5.9701%
  • DAŞINMAQ • 1.4925%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.63
2010 •••••••••••• 0.36
2012 ••• 0.09
2014 ••••••••••• 0.34
2015 •••••• 0.17
2017 •••••• 0.16
2019 ••••• 0.14

daşınmaq sözünün leksik mənası və izahı

  • 1 1. məch. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. Yüklər daşındı. Taylar gəmiyə daşındı. – Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Fayton qoşulub balkonun qabağına sürüldü. Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev. 2. qayıd. Şeylərini başqa yerə daşıyıb aparmaq; köçmək. Yusif çay vaxtı vədə qoydu ki, Bahadır sabahdan daşınsın. N.Nərimanov. Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli. Baldızımın etirazına və narazılığına baxmayaraq, oraya daşındım. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / daşınmaq
  • 2 f. 1. Məqsədindən, fikrindən və ya etmək istədiyi bir işdən və s.-dən vaz keçmək, əl çəkmək (adətən “fikrindən” sözü ilə). Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. M.F.Axundzadə. [Mehriban] axşam çocuqlarını yanına alıb bulvara çıxmaq istəmişdisə də, sonra bu fikrindən nədənsə, daşınmışdı. S.Hüseyn. 2. Fikirləşmək (çox vaxt “düşünmək” sözü ilə birgə işlənir). Bəlli Əhməd çox düşündü, çox daşındı. “Koroğlu”. Qulu Aslan bəydən ayrıldıqdan sonra çox düşündü, daşındı. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / daşınmaq

daşınmaq sözünün etimologiyası

  • 1 Daşınıb-düşünmək formasında (sinonimlər birləşməsi kimi) işlədilir. Başa düşmək, düşüncə sözlərindəki duş feili “anlamaq” mənasını əks etdirən söz olub, onun yerə düşmək birləşməsindəki ikinci komponentlə heç bir əlaqəsi yox­dur (deməli, çoxmənalılıqla bağlı deyil). “Sözüm yerə düşdü” və “Qələm yerə düş­dü” cümlələrindəki düşmək də tamam ayrı-ayrı sözlərdir. Birinci misaldakı düş­mək kəlməsi dış (kənar) anlamı ilə bağlıdır, yəni “sözüm hədəfə dəymədi, kənara getdi” deməkdir. Ona görə də dilçilikdə çoxmənalı sözlər və məcazi məna probleminə yenidən nəzər salmaq lazımdır. Daşınıb-düşünmək sinonimlər birləş­məsidir, bi­rinci komponent ikincinin dəyişmiş formasıdır, hər ikisi eyni söz olub (“düşünmək” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / daşınmaq

daşınmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

daşınmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. переселяться; 2. переноситься, первозиться, быть перевезенным;

    Azərbaycanca-rusca lüğət / daşınmaq
  • 2 1 глаг. 1. переезжать, переехать (с утварью, вещами, оборудованием, мебелью и т.п.). Bağa daşınmaq переезжать на дачу, təzə mənzilə daşınmaq переезжать на новую квартиру 2. перебираться, перебраться, переходить, перейти из одного места в другое (с вещами, утварью и т.п.). Bir otaqdan o biri otağa daşınmaq перебраться из одной комнаты в другую с вещами, bacısının yanına daşınmaq перебраться к сестре с вещами 3. перевозиться, быть перевезённым. Mebel daşındı мебель перевезена, yük daşındı груз перевезён 4. переноситься, быть перенесённым. Qab-qacaq mətbəxə daşındı посуда перенесена в кухню, yeşiklər anbardan bağa daşınırdı ящики перевозились со склада в сад 2 глаг. в сочет. fikrindən daşınmaq раздумывать, раздумать делать что-л., отказаться (отречься) от задуманного, от мысли что-л. делать. Evlənmək fikrindən daşınmaq раздумать жениться, getmək fikrindən daşınmaq раздумать пойти (поехать) куда-л., yazmaq fikrindən daşınmaq раздумать писать

    Azərbaycanca-rusca lüğət / daşınmaq

daşınmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 d.d. 1. to be* carried / transported / conveyed; 2. (yeni mənzilə) to move; yeni mənzilə ~ to move to / in a new flat, to change one’s lodgings; fikrindən ~ to change one’s mind (about+-ing); qərarından ~ to change one’s decision, to decide not (+to inf.); Mən ora getmək fikrindən daşınmışam I have changed my mind about going there, I’ve decided not to go there

    Azərbaycanca-ingiliscə lüğət / daşınmaq

daşınmaq sözünün fransız dilinə tərcüməsi

daşınmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. məch. тухванваз хьун (санай масаниз ппар ва мс.); 2. элкъв. куьч хьун, экъечӀун, акъатун; жуван затӀар са чкадай маса чкадиз тухун.

    Azərbaycanca-ləzgicə lüğəti / daşınmaq
  • 2 гл. 1. гъил къачун, гъил чӀугун, элкъуьн (мес. фикирдилай); 2. фикирун, фагьумун.

    Azərbaycanca-ləzgicə lüğəti / daşınmaq

daşınmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#daşınmaq nədir? #daşınmaq sözünün mənası #daşınmaq nə deməkdir? #daşınmaq sözünün izahı #daşınmaq sözünün yazılışı #daşınmaq necə yazılır? #daşınmaq sözünün düzgün yazılışı #daşınmaq leksik mənası #daşınmaq sözünün sinonimi #daşınmaq sözünün yaxın mənalı sözlər #daşınmaq sözünün əks mənası #daşınmaq sözünün etimologiyası #daşınmaq sözünün orfoqrafiyası #daşınmaq rusca #daşınmaq inglisça #daşınmaq fransızca #daşınmaq sözünün istifadəsi #sözlük