çığırmaq sözü azərbaycan dilində

çığırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çığırmaq • 87.9310%
  • Çığırmaq • 10.3448%
  • ÇIĞIRMAQ • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.32
2011 ••••••••••• 0.17
2012 •••••• 0.09
2013 •••••••••• 0.15

çığırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı. – Atalar doğru deyib: – Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Ə.Vəliyev. // Çığıra-çığıra demək, bərk səslə demək. Polad çığırdı ki: – Mən bu dünyada; Yaşadım namusla, vicdanla ancaq. M.Rahim. 2. Bərkdən ağlamaq, fəryad etmək, haray salmaq, bağırmaq. Gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına, çığırır. M.S.Ordubadi. O biri otaqda yatmaqda olan Ruqiyyə xanımın körpəsi yuxudan ayılıb çığırmağa başladı. S.Hüseyn. // Bərkdən özünəməxsus səs çıxartmaq (heyvanlar və quşlar haqqında). Atlar daha da şiddətlə başladılar çığırmağa. C.Məmmədquluzadə. Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran (f.is.) durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / çığırmaq

çığırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 qışqırmaq — bağırmaq — böyürmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / çığırmaq
  • 2 ÇIĞIRMAQ [Qaçay] dönüb bütün gücü ilə çığırmaq istərkən səsi çıxmadı (S.Rəhimov); BAĞIRMAQ (bərkdən qışqırmaq) Aman, deyə bağırdım: “Ana, bu nədir, ana...” (S.Rüstəm); BANLAMAQ (məc.) Bir də görürsən ki, olub heyvərə; Əlli uşaq banladı birdən-birə (M.Ə.Sabir); BAYĞIRMAQ (dial.) Şirəli özünün son qüvvətini toplayıb bayğırırdı (M.Hüseyn); BOĞAZ YIRTMAQ (fr.v.) Zaman: Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur (Ə.Haqverdiyev); CAR ÇƏKMƏK Car çəkir çarxların çaxnaşıq səsi; Car çəkir, qışqırır nəhəng motorlar (S.Vurğun); HAY SALMAQ Udur lay-lay udur ekskavatorlar; Hay salır, qışqırır nəhəng motorlar (S.Vurğun); QIŞQIRMAQ Elə bil ki beş yaşlı oğlu Hüseyn bir əliylə anasının yanına suvaşıb, o biri elini atasının boynuna salaraq onları bir-birinə çəkir, “buraxmıram” deyib qışqırırdı (M.İbrahimov); NƏRƏ ÇƏKMƏK (bərk bağırmaq) Cavanşir nərə çəkdi (M.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / çığırmaq

çığırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 кричать, орать, гаркать, вопить

    Azərbaycanca-rusca lüğət / çığırmaq
  • 2 глаг. 1. кричать: 1) издавать крик, крикнуть; закричать. Bar gücü ilə çığırmaq кричать во всё горло, ağrıdan çığırmaq кричать от боли 2) громко говорить, сообщать что-л. 3) громко плакать (о ребёнке) 4) издавать громкие звуки (о птицах, животных)

    Azərbaycanca-rusca lüğət / çığırmaq

çığırmaq sözünün inglis dilinə tərcüməsi

çığırmaq sözünün fransız dilinə tərcüməsi

çığırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. гьараюн, кӀевидаказ гьараюн, цӀвагъун; // гьарайна лугьун, кӀеви ванцӀелди лугьун; 2. гьарай кутун, кӀевидаказ шехьун, вай-гьарай авун, цӀугъун; 3. гьараюн, жуьреба-жуьре гьарайдай ванер акъудун (гьайванри, къушари).

    Azərbaycanca-ləzgicə lüğəti / çığırmaq

"çığırmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çığırmaq nədir? #çığırmaq sözünün mənası #çığırmaq nə deməkdir? #çığırmaq sözünün izahı #çığırmaq sözünün yazılışı #çığırmaq necə yazılır? #çığırmaq sözünün düzgün yazılışı #çığırmaq leksik mənası #çığırmaq sözünün sinonimi #çığırmaq sözünün yaxın mənalı sözlər #çığırmaq sözünün əks mənası #çığırmaq sözünün etimologiyası #çığırmaq sözünün orfoqrafiyası #çığırmaq rusca #çığırmaq inglisça #çığırmaq fransızca #çığırmaq sözünün istifadəsi #sözlük