çıxarmaq sözü azərbaycan dilində

çıxarmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çıxarmaq • 99.7617%
  • ÇIXARMAQ • 0.1456%
  • Çıxarmaq • 0.0927%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 25.77 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 47.97
2003 ••••••••••• 32.28
2004 •••••••••••••••••••• 58.95
2005 •••••••••• 26.99
2006 ••••••••••••• 36.26
2007 •••••••••• 27.27
2008 •••••••• 22.66
2009 •••••••• 23.04
2010 ••••••••• 26.05
2011 •••••••••• 27.88
2012 •••••••••• 27.71
2013 •••••••••••• 34.72
2014 ••••••••• 24.71
2015 ••••••• 20.24
2016 ••••••• 18.05
2017 ••••••• 17.88
2018 •••••• 16.78
2019 ••••••• 17.94
2020 ••••••••• 24.40

çıxarmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq. // Bir yerdən götürüb başqa yerə qoymaq. Mebeli otaqdan çıxar(t)maq. – [Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb, süfrə düzəltdi. S.Hüseyn. 2. Bir şeyin içərisində olan başqa bir şeyi oradan götürmək. Cibindən pul çıxar(t)maq. – [Qoca] kisəsini cibindən çıxardı. H.Nəzərli. Şərəfoğlu stolun alt gözünü açdı, oradan işlətmədiyi üçün tozlanmış bir külqabı çıxardı. M.İbrahimov. 3. İşdən, vəzifədən, məktəbdən və s.-dən xaric etmək; azad etmək. Vəzifədən çıxar(t)maq. – [Kərbəlayı:] Sabah işdən çıxararlar, qalaram başıma döyə-döyə. H.Nəzərli. 4. Qərar vermək, hökm vermək, təklif etmək. Əlbəttə, dəlilsiz, sübutsuz, mühakiməsiz və məntiqsiz heç bir zaman ədalətli bir hökm çıxarmaq olmaz. S.Rəhimov. İclas öz-özünə dağıldı, heç bir qərar çıxarmadılar. M.Hüseyn. 5. Paltarını, ayaqqabısını, papağını və s. kənar etmək; soyunmaq. Papağını çıxar(t)maq. – Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə. Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı. S.Rəhman. 6. Bitdiyi, yapışdığı, girdiyi yerdən çəkərək kökü ilə birlikdə qoparmaq. Ağrıyan dişi çıxar(t)maq. Şitil çıxar(t)maq. – …Çöplü çuxurun kolunu qırır, kötüyünü maşınlar çıxarırdı. Ə.Vəliyev. 7. Təhlükəli yerdən uzaqlaşdırmaq, başqa, təhlükəsiz yerə köçürmək. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı… M.Hüseyn. Zəhra Məmmədova o gecə 25 yaralını silahları ilə bərabər döyüş meydanından çıxartdı. Ə.Vəliyev. 8. Zorla olduğu yerdən çıxmağa məcbur etmək; qovmaq. Sürünü əkin yerindən çıxar( t)maq. – Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib, Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Mirzə Qədir evindəki kirəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. S.Hüseyn. 9. Müvəqqəti olaraq yaşadığı yerdən başqa yerə aparmaq. Uşaqları yayda şəhərdən çıxar(t)maq. – Yaz gəlmişdi, Qəhrəman ailəsini bir yana çıxarmaq barəsində düşünürdü. S.Rəhimov. 10. Nəşr etmək, çap etmək, buraxmaq. C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov. 11. Yerin altından istehsal etmək. Neft (qaz) çıxar(t)maq. – Atam gümüş çıxardığı halda, qızına bir gümüş medalyon da ala bilməmişdi. S.Vəliyev. 12. Yara, səpmə və s. əmələ gəlmək. Çiban çıxar(t)maq. Yara çıxar(t)maq. – Amma sonra haman uşaq çiçək çıxardır. C.Məmmədquluzadə. 13. Hündür bir yerə qaldırmaq, aparmaq. Şiferləri dama çıxar(t)maq. 14. dan. Oynamaq, göstərmək, nümayiş etdirmək. Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardırdılar. N.Nərimanov. 15. Atmaq, pozmaq, qaralamaq. Əlyazmasının beşinci abzasını çıxar(t)maq. 16. dan. Boşamaq, ayrılmaq. Arvadını çıxarmaq. 17. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs:. təmizə çıxar(t)maq, əldən çıxar(t)maq, ad çıxar(t)maq, oyun çıxar(t)maq, yaddan çıxar(t)maq.

    Azərbaycan dilinin izahlı lüğəti / çıxarmaq

çıxarmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

çıxarmaq sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. 1. вынимать, вынуть (достать, извлечь откуда-л., из чего-л. или переместить изнутри наружу). Sumkadan pul çıxarmaq вынуть деньги из сумки, sənədləri çıxarmaq вынуть документы, zərfin içindən çıxarmaq вынуть из конверта, əllərini cibindən çıxar вынь руки из карманов 2. выносить, вынести: 1) неся, удалить откуда-л., унести за пределы чего-л. Yaralıları döyüş meydanından çıxarmaq вынести раненых с поля боя, xərəkdə çıxarmaq вынести на носилках, qucağında çıxarmaq вынести на руках 2) увлекая за собой, выбросить, унести куда-л. течением, волной, водой и т.п. Dalğa qayığı sahilə çıxardı волна вынесла лодку на берег 3) предлагать, представлять для обсуждения, рассмотрения и т.п. Məsələni müzakirəyə çıxarmaq вынести вопрос на обсуждение 3) в сочет. с сущ. решение, постановление и т.д. означает: принять в результате обсуждения, рассмотрения какое-л. решение, объявить о нём. Hökm çıxarmaq вынести приговор 3. выводить, вывести: 1) увести откуда-л.; удалить; ведя откуда-л., привести куда-л. Evdən çıxarmaq вывести из дома кого, mühasirədən çıxarmaq вывести из окружения 2) исключить, заставить выбыть. Oyundan çıxarmaq вывести из игры, komissiyanın tərkibindən çıxarmaq вывести из состава комиссии 3) привести куда-л., помогая идти, указывая пути или направления движения. Qayığı çayın ortasına çıxarmaq вывести лодку на середину реки 4) перевести в другое состояние, изменить действие, состояние, положение. Xəstəni şok vəziyyətindən çıxarmaq вывести больного из шокового состояния 5) произвести на свет детёнышей (о птицах). Cücə çıxarmaq вывести цыплят 4. снимать, снять: 1) удалить то, что надето или покрывает, опутывает кого что-л. Köynəyini çıxarmaq снять рубашку, papağını çıxarmaq снять шапку, ayaqqabılarını çıxarmaq снять обувь 2) отменить. Məsələni gündəlikdən çıxarmaq снять вопрос с повестки дня 3) точно воспроизвести, делая копию чего-л. Sənədlərin surətini çıxarmaq снять копию с документов 5. высовывать, высунуть (выставить, выдвинуть наружу). Başını pəncərədən çıxarmaq высунуть голову из окна 6. извлекать, извлечь (вынуть, вытащить, достать откуда-л.). Yaradan qəlpəni çıxarmaq извлечь осколок из раны 7. добывать, добыть (извлечь из недр земли полезные ископаемые). Neft çıxarmaq добывать нефть 8. увольнять, уволить (освободить от выполнения каких-л. обязанностей, связанных с работой, службой); снимать, снять с работы, с должности и т.п. İşdən çıxarmaq уволить с работы 9. исключать, исключить. Universitetdən çıxarmaq исключить из университета 10. изымать, изъять (устранить из употребления, из обращения). Tədavüldən çıxarmaq экон. изъять из обращения 11. вырывать, вырвать (рывком, резким движением извлечь прочно укреплённое, укрепившееся в чём-л.); удалять, удалить. Ağrıyan dişi çıxarmaq вырвать больной зуб, kökündən çıxarmaq вырвать с корнем 10. выпускать, выпустить (исключить, выкинуть из книги, сочинения). İkinci fəsli çıxarmaq выпустить вторую главу 11. поднимать, поднять (перенести куда-л. наверх). Kirəmitləri dama çıxarmaq поднять черепицы на крышу ◊ ad çıxarmaq приобрести славу, известность; yaddan çıxarmaq выпустить из памяти; забыть, позабыть; əldən çıxarmaq: 1) см. əldən buraxmaq; упускать, упустить из виду 2) закончить, завершить какую-л. работу; oyun çıxarmaq сыграть штуку, выкинуть фортель; нашалить, натворить; çiçək çıxarmaq заболеть оспой, çoxlu yara çıxardıb тело, лицо и т.п. чьё покрылось нарывами

    Azərbaycanca-rusca lüğət / çıxarmaq

çıxarmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to take* out (d.), to pull out (d.); to extract (d.); (pulu kassadan) to draw* (d.), to carry out (d.); to sentence (d.); hökm ~ to pass sentence (on), to sentence (d.); qətnamə ~ to pass a resolution; qərar ~ to decide (d.), to make* a decision; (məhkəmədə) to give / to pronounce judgement; 2. (qəzet, qanun və s.) to publish (d.), to issue (d.); qəzet ~ to publish a newspaper; əmr / qərar ~ to issue an order / an edict; 3. (işdən) to lead* out (d.), to discharge (d.), to dismiss (d.); to give* the sack d.d.; işdən ~ to dismiss from office (d.); to disembark (d.), to land (d.); desant ~ to land troops, to make* a landing; 4. (bir şeyi yerindən) to pull out (d.), to tear* out (d.), to pull up (d.), səhifəni kitabdan ~ to tear* a page out of a book; kökündən ~ to tear* out by the roots (d.); dişi ~ to pull out / extract a tooth*; 5. (mineral, daş kömür və s.) to extract (d.), to mine (d.)

    Azərbaycanca-ingiliscə lüğət / çıxarmaq

çıxarmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) retirer vt, enlever vt, sortir vt, prendre vt ; hökm ~ prononcer une sentence ; qətnamə ~ prendre la résolution ; 2) publier vt, promulguer vt, éditer vt (qəzet və s) ; 3) licencier vt, renvoyer vt, chasser vt (işdən) ; 4) arracher vt, enlever vt, déraciner vt (kökündən) ; 5) extraire vt (daş kömür və s)

    Azərbaycanca-fransızca lüğət / çıxarmaq

"çıxarmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çıxarmaq nədir? #çıxarmaq sözünün mənası #çıxarmaq nə deməkdir? #çıxarmaq sözünün izahı #çıxarmaq sözünün yazılışı #çıxarmaq necə yazılır? #çıxarmaq sözünün düzgün yazılışı #çıxarmaq leksik mənası #çıxarmaq sözünün sinonimi #çıxarmaq sözünün yaxın mənalı sözlər #çıxarmaq sözünün əks mənası #çıxarmaq sözünün etimologiyası #çıxarmaq sözünün orfoqrafiyası #çıxarmaq rusca #çıxarmaq inglisça #çıxarmaq fransızca #çıxarmaq sözünün istifadəsi #sözlük