çıxartmaq sözü azərbaycan dilində

çıxartmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çıxartmaq • 98.0226%
  • Çıxartmaq • 0.9887%
  • ÇIXARTMAQ • 0.9887%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.

çıxartmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq. // Bir yerdən götürüb başqa yerə qoymaq. Mebeli otaqdan çıxar(t)maq. – [Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb, süfrə düzəltdi. S.Hüseyn. 2. Bir şeyin içərisində olan başqa bir şeyi oradan götürmək. Cibindən pul çıxar(t)maq. – [Qoca] kisəsini cibindən çıxardı. H.Nəzərli. Şərəfoğlu stolun alt gözünü açdı, oradan işlətmədiyi üçün tozlanmış bir külqabı çıxardı. M.İbrahimov. 3. İşdən, vəzifədən, məktəbdən və s.-dən xaric etmək; azad etmək. Vəzifədən çıxar(t)maq. – [Kərbəlayı:] Sabah işdən çıxararlar, qalaram başıma döyə-döyə. H.Nəzərli. 4. Qərar vermək, hökm vermək, təklif etmək. Əlbəttə, dəlilsiz, sübutsuz, mühakiməsiz və məntiqsiz heç bir zaman ədalətli bir hökm çıxarmaq olmaz. S.Rəhimov. İclas öz-özünə dağıldı, heç bir qərar çıxarmadılar. M.Hüseyn. 5. Paltarını, ayaqqabısını, papağını və s. kənar etmək; soyunmaq. Papağını çıxar(t)maq. – Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə. Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı. S.Rəhman. 6. Bitdiyi, yapışdığı, girdiyi yerdən çəkərək kökü ilə birlikdə qoparmaq. Ağrıyan dişi çıxar(t)maq. Şitil çıxar(t)maq. – …Çöplü çuxurun kolunu qırır, kötüyünü maşınlar çıxarırdı. Ə.Vəliyev. 7. Təhlükəli yerdən uzaqlaşdırmaq, başqa, təhlükəsiz yerə köçürmək. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı… M.Hüseyn. Zəhra Məmmədova o gecə 25 yaralını silahları ilə bərabər döyüş meydanından çıxartdı. Ə.Vəliyev. 8. Zorla olduğu yerdən çıxmağa məcbur etmək; qovmaq. Sürünü əkin yerindən çıxar( t)maq. – Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib, Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Mirzə Qədir evindəki kirəçilərdən heç birini dışarı çıxara bilməyəcəkdi. S.Hüseyn. 9. Müvəqqəti olaraq yaşadığı yerdən başqa yerə aparmaq. Uşaqları yayda şəhərdən çıxar(t)maq. – Yaz gəlmişdi, Qəhrəman ailəsini bir yana çıxarmaq barəsində düşünürdü. S.Rəhimov. 10. Nəşr etmək, çap etmək, buraxmaq. C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov. 11. Yerin altından istehsal etmək. Neft (qaz) çıxar(t)maq. – Atam gümüş çıxardığı halda, qızına bir gümüş medalyon da ala bilməmişdi. S.Vəliyev. 12. Yara, səpmə və s. əmələ gəlmək. Çiban çıxar(t)maq. Yara çıxar(t)maq. – Amma sonra haman uşaq çiçək çıxardır. C.Məmmədquluzadə. 13. Hündür bir yerə qaldırmaq, aparmaq. Şiferləri dama çıxar(t)maq. 14. dan. Oynamaq, göstərmək, nümayiş etdirmək. Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardırdılar. N.Nərimanov. 15. Atmaq, pozmaq, qaralamaq. Əlyazmasının beşinci abzasını çıxar(t)maq. 16. dan. Boşamaq, ayrılmaq. Arvadını çıxarmaq. 17. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs:. təmizə çıxar(t)maq, əldən çıxar(t)maq, ad çıxar(t)maq, oyun çıxar(t)maq, yaddan çıxar(t)maq.

    Azərbaycan dilinin izahlı lüğəti / çıxartmaq

çıxartmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

çıxartmaq sözünün rus dilinə tərcüməsi

çıxartmaq sözünün inglis dilinə tərcüməsi

çıxartmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. акъудун; şirin dil ilanı yuvasından çıxardar. Ata. sözü ширин меци гъуьлягъ тlеквендай акъудда; 2. алудун (мес. кӀвалахдилай); 3. хкудун (мес. балкӀандин лиэн ва мс.); nəticə çıxarmaq нетижа хкудун; 4. хутӀунун (мес. пек, бармак, кӀвачинкъапар); 5. экъечӀун, акъатун (мес. буьвел, тӀур); 6. рах. ччара авун, (тӀалакьдикай) хкудун, рахкъурун (паб); 7. акъаюн (вечре какайрай цицӀибар); ** baş çıxarmaq кил. baş; əldən çıxar(t)maq кил. əl; dil çıxarmaq кил. dil; göz çıxarmaq кил. göz; yoldan çıxar(t)maq кил. yol.

    Azərbaycanca-ləzgicə lüğəti / çıxartmaq

çıxartmaq sözünün türk dilinə tərcüməsi

"çıxartmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çıxartmaq nədir? #çıxartmaq sözünün mənası #çıxartmaq nə deməkdir? #çıxartmaq sözünün izahı #çıxartmaq sözünün yazılışı #çıxartmaq necə yazılır? #çıxartmaq sözünün düzgün yazılışı #çıxartmaq leksik mənası #çıxartmaq sözünün sinonimi #çıxartmaq sözünün yaxın mənalı sözlər #çıxartmaq sözünün əks mənası #çıxartmaq sözünün etimologiyası #çıxartmaq sözünün orfoqrafiyası #çıxartmaq rusca #çıxartmaq inglisça #çıxartmaq fransızca #çıxartmaq sözünün istifadəsi #sözlük