qayırmaq sözü azərbaycan dilində

qayırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qayırmaq • 92.4051%
  • QAYIRMAQ • 3.7975%
  • Qayırmaq • 3.7975%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qayırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Emal etmək, hazırlamaq, istehsal etmək. Bu fabrikdə mebel qayırırlar. Süddən pendir qayırırlar. Usta güzgü qayırır. – Şərh edir gah süd qayırmağı; Ki qatıqdan belə çəkin yağı. S.Ə.Şirvani. 2. Bina etmək, qurmaq, tikmək. [Məhəmmədəli:] Elə artıq hesab deyil, ağa… Təndirxana uçmuşdu, onu qayırmışam. N.Vəzirov. // Düzəltmək, təşkil etmək. [Məstan bəyin] özünə hər tərəfdən təzyiq etdilər və axırda da evini alıb, klub qayırdılar. B.Talıblı. 3. Hazırlamaq, düzəltmək, qurmaq. [Bayram:] Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan çıxa, sən azad qalasan, ona razısanmı? M.F.Axundzadə. [Şahnisə:] Ay uşaq, cəld bir ocaq qayırın, qəhvə içək, – dedi. Çəmənzəminli. 4. Təmir etmək, əyər-əskiyini, çatışmayan yerlərini düzəltmək. Damın axan yerini qayırmaq. 5. İş görmək, bir işlə məşğul olmaq. Orada nə qayırırsan? Bu vaxta qədər evdə nə qayırırdın? // Etmək, bacarmaq, əlindən gəlmək. Camaatın qabağında Fərhad bəy nə qayıra bilər? Qantəmir. Bu ayıqlığın qabağında [Cuma] nə qayıra bilərdi? Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / qayırmaq

qayırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qayırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. делать, сделать, выделывать, изготовлять; 2. починять;

    Azərbaycanca-rusca lüğət / qayırmaq
  • 2 глаг. nəyi 1. делать, сделать: 1) изготовлять, изготовить. Üzük qayırmaq делать кольцо, masa qayırmaq делать стол, ləmə qayırmaq делать полку, oyuncaq qayırmaq делать игрушку, şahmat fiqurları qayırmaq делать шахматные фигуры, metal ox qayırmaq делать металлическую ось 2) производить; строить, построить (сооружать, соорудить что-л.). Dəzgah qayırmaq делать станки, təyyarə qayırmaq делать самолёты, gildən qayırmaq делать из глины 2. разг. чинить, починить (сделать годным для употребления); orada nə qayırırsan? что ты там делаешь? ◊ nə qayıra bilərəm? что я могу делать?

    Azərbaycanca-rusca lüğət / qayırmaq

qayırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to make* (d.); to do* (d.); maşın / stol / alət / çaxır və s. ~ to make* machines / tables / tools / wine, etc.; Siz orada nə qayırırsınız? What are you doing there?; 2. to build*; gəmi ~ to build ships; 3. tab.s. to fornicate (d.), to have* sex (with)

    Azərbaycanca-ingiliscə lüğət / qayırmaq

qayırmaq sözünün fransız dilinə tərcüməsi

qayırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. расун, авун; гьасил авун; 2. туькӀуьрун, дуьзрун, тешкилун, гьазурун; 3. рас хъувун, дуьзар хъувун, хърасун; 4. авун; са кардал машгъул хьун; // алакьун, гъиляй атун, ийиз хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qayırmaq

"qayırmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qayırmaq nədir? #qayırmaq sözünün mənası #qayırmaq nə deməkdir? #qayırmaq sözünün izahı #qayırmaq sözünün yazılışı #qayırmaq necə yazılır? #qayırmaq sözünün düzgün yazılışı #qayırmaq leksik mənası #qayırmaq sözünün sinonimi #qayırmaq sözünün yaxın mənalı sözlər #qayırmaq sözünün əks mənası #qayırmaq sözünün etimologiyası #qayırmaq sözünün orfoqrafiyası #qayırmaq rusca #qayırmaq inglisça #qayırmaq fransızca #qayırmaq sözünün istifadəsi #sözlük