* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Getdiyi yoldan və ya yerdən geriyə, əvvəlki yerinə dönmək. O getdiyi yerdən qayıtdı. Səfərdən qayıtmaq. Geri qayıtmaq. – [Almaz:] Yoldaşlar, mən özüm bu kənddənəm. Getmişəm, oxumuşam, yenə də qayıdıb bu kəndə, sizin aranıza gəlmişəm. C.Cabbarlı. [Xudayar bəy:] Qərəz, keçib, indi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. C.Məmmədquluzadə. Gülnaz kabab gətirdi, süfrəyə qoyub qayıtmaq istədi. M.İbrahimov. □ Qayıdan baş – qayıdanda, geri dönəndə. [Namaz:] Ağa, pristav səhər buradan Xocabəhmənliyə adlayıb və deyibdir ki, qayıdan baş Cahangir ağa ilə görüşəcəyəm. Ə.Haqverdiyev. 2. Dönmək, yenidən gəlmək, yenidən başlamaq, yenidən müraciət etmək. Köhnə işinə qayıtmaq. Əvvəlki fikrinə qayıtmaq. Bu mövzuya sonra yenə qayıdacağıq. 3. Yenidən meydana gəlmək, zahir olmaq, təzələnmək, bərpa olmaq. Qüvvəm özümə qayıtdı. Xəstəliyi qayıtdı. 4. “Qayıdıb” şəklində – 1) dönüb, dönərək, üzünü çevirərək; 2) cavab olaraq. Qayıdıb dedim. – Qanunu əyəndə; onun ziyanı; Qayıdıb özünə dəyəcək yenə… B.Vahabzadə. Salatın qayıdıb dəyəyə girdi. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / qayıtmaq1 Mənbələrdə birhecalı qay feili var, mənası rusca “поварачиваться” kimi açıqlanıb. İndi qay feili müstəqil işlədilmir, amma qay-tar, qay-ı-dış kimi sözlərdə özünü göstərir. Deməli, sözün qədim kökü (etimon) qay hissəsindən ibarətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qayıtmaq2 QAYITMAQ [Almaz:] Getmişəm, oxumuşam, yenə də qayıdıb bu kəndə, sizin aranıza gəlmişəm (C.Cabbarlı); DÖNMƏK Qafar: Gəl heç olmasa meşənin içində bir az gəzək, sonra geri dönərik (H. Abbaszadə); ÖVDƏT ETMƏK (köhn.) A.Səhhət bir qədər Tehranda və ətrafda təbabət etdikdən sonra vətəni-əslisi olan Şamaxıya övdət etmişdi (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / qayıtmaq1 QAYITMAQ – GETMƏK Məryəm səhər gedir, axşam qayıdırdı (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / qayıtmaq1 1. вернуться, возвращаться; 2. физ. отражение (звука, света, радиоволн);
Azərbaycanca-rusca lüğət / qayıtmaq2 глаг. 1. возвращаться, возвратиться, вернуться. Vətənə qayıtmaq вернуться на родину, dostların yanına qayıtmaq вернуться к друзьям, cəbhədən qayıtmaq вернуться с фронта, zəfərlə qayıtmaq вернуться с победой, köhnə mövzuya qayıtmaq вернуться к старой теме, həyata qayıtmaq вернуться к жизни, əvvəlki fəaliyyətinə qayıtmaq вернуться к прежней деятельности, ilkin ideyaya qayıtmaq вернуться к первоначальной идее; işdən qayıtmaq вернуться с работы 2. отскакивать, отскочить. Güllə daşa dəyib geri qayıtdı пуля ударилась о камень и отскочила 3. отражаться, отразиться (о луче, звуке и т.п.) ◊ yarı yoldan qayıtmaq свернуть с полпути; əliboş qayıtmaq вернуться с пустыми руками (ни с чем), o dünyaya gedib qayıtmaq пережить свою смерть, возвратиться с того света; peşman qayıtmaq вернуться несолоно хлебавши; üzünə qayıtmaq kimin дерзко отвечать; qayıtdı ki … ответил, что …
Azərbaycanca-rusca lüğət / qayıtmaq1 f. 1. to return; to go* back; (haradansa) to come* / to be* back; (əvvəlkinə) to revert (to); (fikrən) to recur (to); evə ~ to return home, to go* home; əvvəlki vərdişə ~ to revert / to return to one’s old habit; mövzuya ~ to revert / to recur / to return to the subject; 2. to rebound, to recoil; 3. to reverberate; to be* reflected; üzünə ~ to be* impudent / insolent (to); (uşaq, yeniyetmə) to cheek (d.), to sauce (d.)
Azərbaycanca-ingiliscə lüğət / qayıtmaq1 f. retourner vi, revenir vi (ê), rentrer vi (ê) ; köhnə mövzuya ~ revenir vi (ê) à ses moutons fam ; reprendre le fil du récit ; yarı yoldan ~ tourner bride, rebrousser le chemin, revenir vi (ê) sur ses pas
Azərbaycanca-fransızca lüğət / qayıtmaq1 гл. 1. хтун; ovdan qayıtmaq гъуьрчяй хтун; qayıdan baş хкведамаз, элкъвена хкведамаз; 2. элкъвена хъфин; 3. элкъуьн; элкъвена хтун, цӀийи кьилелай хтун (атун); yarı yoldan qayıtmaq рекьин зуранилай элкъуьн; 4. qayıdıb элкъвена а) ччин элкъуьрна; б) хъфена; в) жаваб яз.
Azərbaycanca-ləzgicə lüğəti / qayıtmaq