* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bərk qızdırılmaq, ya qızmaq nəticəsində buxarlanaraq pıqqıldamaq, paqqıldamaq, qələyan etmək, köpüklənmək (mayelər haqqında). Su qaynayır. Müxtəlif mayelər müxtəlif temperaturda qaynayır. // İçində maye, xörək qaynayan qab haqqında. Qazan qaynayır. Çaydan qaynayır. – Samovar elə şiddətlə qaynayır ki, guya bu saat hərəkət edəcək. C.Məmmədquluzadə. 2. Şişib qabarmaq, turşuyub qabarmaq, qıcqırmaq. Üzüm şirəsi qaynamağa başladı. 3. məc. Yerdən şiddətlə çıxıb qabarmaq, fışqırmaq, köpüklənmək, axmaq. Çeşmə yerdən qaynayıb axır. – Buradan mən görürəm çeşmələri qaynamada. A.Səhhət. Ey oğlum, özün də bu qabaq tərəfdə, qaynayan bulaqdan sərin su içərsən. S.Rəhimov. 4. məc. İntizamsız bir surətdə hərəkət edən saysız-hesabsız adam və ya heyvan, həşərat və s. kütləsi haqqında. Küçələr adamla qaynayır. – Yenə mən keçirəm küçələrindən; Yenə qaynayırsan, qocaman şəhər. S.Vurğun. 5. məc. Bir şeyin çox güclü, şiddətli, coşqun təzahürünü ifadə edir. Onun solğun yanaqlarında qəribə bir qızartı, gözlərində isə kəskin parıltı qaynayırdı. Ə.Əbülhəsən. Qoca əxinin sinəsi isə sanki tükənməz bir bulaqdı, o daima qaynayır… Ə.Məmmədxanlı. 6. məc. Daim hərəkətdə olmaq, bir an rahat olmamaq. Bu adamın bir dəqiqə rahatlığı yoxdur, daim qaynayır. // məc. Dalğalanmaq, coşmaq, köpüklənmək, qabarmaq. Dəniz qaynayır. ◊ Qaynayıb-qarışmaq (qovuşmaq) – isinişmək, üns tutmaq, yaxınlaşmaq, dostlaşmaq. O, adamla qaynayıb-qarışan deyil. – Mən bütün qanım və ruhumla qaynayıb sizə qarışmışam. M.S.Ordubadi. [Qəhrəman] nə qədər qayğı çəksə, texnikumun işi ilə qaynayıb-qovuşsa, yenə balaca Sabiri unuda bilmirdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / qaynamaq1 QAYNAMAQ – QURUMAQ Buradan mən görürəm çeşmələri qaynamaqda (A.Səhhət); Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub (C.Məmmədquluzadə). QAYNAMAQ – SOYUMAQ Həyət arı yuvası kimi qaynayırdı (İ.Şıxlı); Rüstəm kişinin aylarla içərisində gəzən nifrəti hələ soyumamışdı (M.İbrahimov). QAYNAMAQ – SOYUMAQ Samovar elə şiddətli qaynayır ki, guya ... bu saat hərəkət edəcək (C.Məmmədquluzadə); Çay soyumuşdu (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / qaynamaq2 глаг. кипеть: 1. бурлить, клокотать от сильного нагрева; вскипеть, закипеть. Su qaynayır вода кипит, samovar qaynayırdı самовар кипел, qazanda qaynayır кипит в котле, odun üstündə qaynayır кипит на огне 2. перен. бурлить, клокотать от движения, волнения. Dəniz qaynayırdı море кипело 3. быть переполненным (множеством людей, животных и т.п.). Meydan qaynayırdı площадь кипела 4. проявляться с силой, бурно (о чувствах, переживаниях и т.д.), закипеть. İş qaynadı работа закипела, ehtiraslar qaynadı закипели страсти ◊ bulaq kimi qaynamaq кипеть, бить ключом. Həyat bulaq kimi qaynayır жизнь бьет ключом; qanı qaynayır kimin кровь кипит у кого; qanı qaynamaq kimə проявлять чувство симпатии к кому
Azərbaycanca-rusca lüğət / qaynamaq1 f. 1. (müxt. mənalarda) to boil, to seethe; Su qaynayır The water is boiling; Ölkə qaynayır The country is seething / boiling; 2. məc. to be* in full swing; İş qaynayır Work is in full swing; həyat qaynayır Life is in full swing; bulaq kimi ~ to well out, to spout; ◊ qanı ~ to display / to show* sympathy, to feel* drawn to smb., to take* liking to smb.
Azərbaycanca-ingiliscə lüğət / qaynamaq1 f. bouillonner vi, bouillir vi, écumer vi ; être comble ◊ bulaq kimi ~ battre son plein ; qanı ~ avoir de la sympathie pour qn
Azərbaycanca-fransızca lüğət / qaynamaq1 гл. 1. ругун; звал атун; süd qaynayır нек ргазва; 2. цуру хьана (дакӀуна) хкаж хьун, цур къачун, каф акьалтун, чӀирчӀир къачун (мес. цпицӀрин межеди); 3. пер. чиляй гадар хьана акъатун, каф акьалтиз авахьун (мес. чешме); bulaq qaynayır булах ргазва; 4. пер. иривун (гьарада санихъ гьерекат ийизвай акьалтӀай гзаф кьадар инсанрин, гьайванрин, пепейрин ва мсб. кӀватӀалдин гьакъинда); 5. пер. гьамиша гьерекатда хьун, са герен динжвал тахьун; // пер. лепе акьалтун, къизмиш хьун, каф акьалтун, хкаж хьун; dəniz qaynayır гьуьл ргазва; ** qaynayıb qarışmaq (qovuşmaq) акахьун, сад-садав агатун, мукьвавал авун, дуствал авун, авсият хуьн.
Azərbaycanca-ləzgicə lüğəti / qaynamaq