* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır. – Qapılar örtülüb qapanmışdır. A.Səhhət. 2. Örtülmək (açıq şey haqqında). Elə bil düşdüyü bəlanı qanır; Yenidən gözləri yenə qapanır. A.Səhhət. 3. Buludla örtülmək, tutulmaq, çulğalanmaq. Hava soyudu, göyün hər tərəfi qapandı. 4. Tıxanmaq, kip bağlanmaq, tutulmaq. Şüşənin ağzı qapanmışdır. Qapı-pəncərə yaman qapanmışdır, nəfəs almaq olmur. 5. Ucları, kənarları, son nöqtələri birləşdirilmək (məftilin, zəncirin və s.-nin). 6. Bitirilmək, dayandırılmaq, bağlanmaq. İclas axşam saat 10-da qapandı. 7. Rəsmən ləğv edilmək, qadağan edilmək; işləməsinə, fəaliyyətinə, çıxmasına icazə verilməmək, bağlanmaq. Bəşir cənabları elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. C.Məmmədquluzadə. Bu fitva çıxandan bir neçə gün sonra [Təbrizdə] kinoteatrların bir neçəsi qapandı. M.S.Ordubadi. 8. Bayıra çıxmamaq, içəridə oturub qalmaq. Otaqların kirayəsini və əmək xərcini axşamdan verib otağımıza qapandıq. M.S.Ordubadi. Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli. Axşamları quşlar və böcəklər ilə bərabər insanlar da daxmalarına qapanır, qəsəbəni dərin bir sükut bürüyürdü. H.Nəzərli. // Sıxınmaq. [Durna] da bu balaca qulan kimi anasının səsini eşidəndə qaçıb dizlərinə qapanardı. İ.Əfəndiyev. 9. Yıxılmaq. Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn. 10. Haqq-hesab kəsilmək, tamamlanmaq, ləğv edilmək. Keçənilki mühasibat dəftərləri qapandı.
Azərbaycan dilinin izahlı lüğəti / qapanmaq2 глаг. 1. закрываться, закрыться 2. замыкаться, замкнуться 3. закупориваться, закупориться 4. смыкаться, сомкнуться, смежаться, смежиться. Yuxusuzluq və yorğunluqdan kimin gözləri qapanırdı от бессонницы и усталости чьи веки смежались; evə qapanıb qalmaq запереться в доме; жить затворником; özünə qapanmaq замкнуться в себе
Azərbaycanca-rusca lüğət / qapanmaq1 гл. 1. кӀев хьун; агал хьун; акьал хьун (мес. рак, вилер); 2. кьилер сад-садав агакьун, сад-садак кукӀун, гилитӀ хьун (мес. симинин); 3. куьтягь хьун, кӀев хьун (мес. ижлас, гьахъ-гьисаб); 4. кӀваляй къецел экъечӀ тавун, кӀвале амукьун, кӀвале хьун; 5. ярх хьун, акьалдун, гьалч хьун, ччиле акьун.
Azərbaycanca-ləzgicə lüğəti / qapanmaq