* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2008 | •••••••••••••••••• | 0.24 |
2010 | •••••••••••••••••••• | 0.27 |
2011 | ••••••• | 0.09 |
1 f. 1. Bağlamaq, örtmək. Sandığı qapamaq. Yeşiyi qapamaq. // Bağlamaq, qıfıl və s. ilə bağlamaq. Qapını qapamaq. Pəncərəni qapamaq. // Açıq şeyi örtmək. Ağzını qapamaq. Kirpiklərini qapamaq. – Göz yaşı Bəyimi boğdu. Əlləri ilə gözlərini qapayıb hönkürdü. Çəmənzəminli. Birdən kimin əlləri isə arxadan Aynanın gözlərini qapadı. Ə.Məmmədxanlı. 2. Örtmək, keçilməz hala salmaq. Dərələrin sel oyan yerlərindən başlamış ta sinələrinə qədər seyrək tikan kolları qapamışdı. S.Rəhimov. 3. Üstünə pərdə, örtü və s. çəkmək; gizlətmək, görünməz hala salmaq. [Gəlin] bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı. Çəmənzəminli. Üzüldü əlləri sükandan, aman; Qapadı hər şeyi qatı bir duman. M.Rahim. 4. Deşiyi tutmaq, tıxamaq, kip bağlamaq. Şüşənin (quyunun) ağzını qapamaq. 5. Uclarını, kənarlarını, son nöqtələrini birləşdirmək. Dairəni qapamaq. 6. Bağlamaq, bitirmək, fəaliyyətini dayandırmaq. İclası qapamaq.
Azərbaycan dilinin izahlı lüğəti1 tutmaq — tıxamaq
Azərbaycan dilinin sinonimlər lüğəti2 örtmək — bağlamaq — qıfıllamaq
Azərbaycan dilinin sinonimlər lüğəti3 qapamaq bax yummaq
Azərbaycan dilinin sinonimlər lüğəti1 QAPAMAQ – AÇMAQ Birdən kimin əlləri isə arxadan Aynanın gözlərini qapadı (Ə.Məmmədxanlı); Niqabın üzdən aç, ey gül, kim olsun dilgüşə məclis (S.Ə.Şirvani).
Azərbaycan dilinin antonimlər lüğəti1 1. закрывать, затворять, закупорить; 2. замыкать;
Azərbaycanca-rusca lüğət2 глаг. nəyi 1. закрывать, закрыть: 1) задвигать, затворять, смыкать (о двери, окне, крышке). Şkafı qapamaq закрывать шкаф 2) прекращать, прерывать деятельность чего-л. İclası qapamaq закрыть собрание 2. замыкать, замкнуть. Dairəni qapamaq замкнуть круг 3. укрывать, укрыть 4. затыкать, заткнуть. Butulkanı tıxacla qapamaq заткнуть бутылку пробкой 5. запирать, запереть. Qapını qapamaq запереть дверь; damanı qapamaq спорт. запереть дамку
Azərbaycanca-rusca lüğət1 f. 1. to cover (d.); əlləri ilə üzünü ~ to cover one’s face with one’s hands; gözünü ~ 1) to shut / to close one’s eyes; 2) məc. to die, to pass away; 2. el. to close (d.); dövrəni ~ to close the current
Azərbaycanca-ingiliscə lüğət1 f. fermer vt, clore vt, couvrir vt, cadenasser vt, verrouiller vt
Azərbaycanca-fransızca lüğət1 гл. 1. кӀевун; акьалун; агалун; qapını qapamaq рак кӀевун; 2. кӀевун, кьун (мес. са чка валари, живеди); 3. чуьнуьхарун, къалур тавун, кӀевун, кӀевирун (мес. гъилеривди ччин); 4. кьилер, къерехар сад-садав агакьарун, сад-садак кукӀурун, кьил-кьилиз ягъун (мес. элкъвей цӀарцӀин); 5. кӀевун, куьтягьун (мес. ижлас).
Azərbaycanca-ləzgicə lüğəti