* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••• | 1.18 |
2004 | •••• | 0.67 |
2006 | ••••••••• | 1.58 |
2007 | ••••••••••••• | 2.33 |
2008 | •• | 0.24 |
2009 | •••••••••••••• | 2.56 |
2010 | ••••••••••• | 1.91 |
2011 | ••••••••• | 1.63 |
2012 | •••••••••••••••• | 2.93 |
2013 | •••••••••••••••••• | 3.36 |
2014 | •••••••••••••••••••• | 3.78 |
2015 | ••••••••••••• | 2.38 |
2016 | •••••••••••• | 2.08 |
2017 | ••••••• | 1.30 |
2018 | ••••••••• | 1.65 |
2019 | ••• | 0.56 |
2020 | ••• | 0.53 |
1 f. 1. Ayağa durmaq, dik vəziyyət almaq. Müəllim sinfə girdikdə şagirdlər qalxdılar. Bütün salondakılar ayağa qalxdılar. Hamı yerindən qalxıb sıraya düzüldü. – Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət. Gəlinlər, qızlar ağırağır enib qalxırdılar. Çəmənzəminli. // Yuxudan ayılıb yatağından durmaq. Uşaqlar çoxdan qalxıblar. – Gecənin yarısı qalxıb yataqdan; Tökdüm qabağıma şeirlərimi. B.Vahabzadə. 2. məc. Sağalmaq. Xəstə artıq qalxıbdır. Xəstə tez qalxana oxşamır. 3. Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. Dağa qalxmaq. – Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başyuxarı qalxanlara tamaşa edirlər. C.Məmmədquluzadə. O heç bir şey olmamış kimi ağır addımlarla pilləkəni qalxıb göy məhəccərli eyvana çıxdı. İ.Şıxlı. // Yüksəlmək. Göyə qalxan və yerin təkinə enən dalğalarda nə sığınacaq yer, nə əl çatacaq bir çöp vardı. M.İbrahimov. Gün iki cida boyu qalxmışdı. Mir Cəlal. // Daha yüksək bir vəziyyət almaq. Pərdə qalxdı. Qaşları qalxdı. 4. Qabarmaq, şişib böyümək. Çiban dünənkinə nisbətən bir qədər qalxmışdır. – Relslər yanında torpaq bir girdab kimi köprüyüb qalxırdı. Ə.Məmmədxanlı. 5. məc. Hərəkətə gəlmək, hərəkətə başlamaq, ayağa qalxmaq, qalxışmaq, qiyam etmək. Mübarizəyə qalxmaq. Müdafiəyə qalxmaq. Bütün xalq işğalçılara qarşı qalxdı. 6. Səviyyəsi artmaq, daha da yüksəlmək. Çayın suyu qalxmışdır. Barometr qalxmışdır. // Daha da güclənmək, artmaq. Hərarət qalxmışdır. Uşağın qızdırması qalxmışdır. 7. məc. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. O, elm sahəsində xeyli qalxmışdır. 8. Birdən başlamaq, qopmaq, ucalmaq, artmaq və s. mənasında olaraq, köməkçi feil kimi bir sıra isimlərin qabağına gətirilir. Külək qalxdı. Toz qalxdı. Səs-küy qalxdı. – Zurna düzəldi. Dəf vuruldu. Çəpik səsi qalxdı. Çəmənzəminli. Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / qalxmaq1 Qaldırmaq sözü göstərir ki, burada etimon qal feilidir. –x şəkilçisi qırxmaq kəlməsində də var (qırx və qırmaq eyni kökə malikdir). Belə məlum olur ki, söz doluxmaq, soluxmaq qəlibi üzrə yaranıb və əsli qalıxmaq, qırıxmaq kimi olub. Dialektlərdə indi də qalıx (qalx yerinə) sözünə rast oluruq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qalxmaq7 1. QALXMAQ Həmzə bir-iki saat istirahət edib qalxdı (Ə.Qasımov); DİKƏLMƏK Həmzə pulları yığışdırıb dikəldi.. (Ə.Qasımov); DİKLƏNMƏK [Şeyx Nəsrullah] ..birdən diklənib çığırır (C.Məmmədquluzadə); QALXINMAQ Birdən rus qızı yerindən qalxındı (Ə.Məmmədxanlı); AYAĞA DURMAQ. 2. QALXMAQ, DIRMAŞMAQ, YUXARI QALXMAQ 3. qalxmaq bax sağalmaq 4. qalxmaq bax ucalmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / qalxmaq1 QALXMAQ – DÜŞMƏK Kərim dayı cəld yuxarı qalxdı (M.İbrahimov); – Yoxdur, xanım, yoxdur! – deyib cəld geri döndü və həyətə düşdü (M.İbrahimov). QALXMAQ – SƏRİLMƏK Günəş yavaş-yavaş qalxırdı (S.S.Axundov); Arvad yerə sərildi (S.Vəliyev). QALXMAQ – YIXILMAQ Fəhlələr qayıqdan düşüb buruğa qalxdılar (M.Hüseyn); Yıxıldı şah palıd, qopdu xan çinar; Daşlar bir-birinə dəyib apardı (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / qalxmaq1 1. вставать, встать, подниматься, сниматься с места; 2. повышаться, возвышаться;
Azərbaycanca-rusca lüğət / qalxmaq2 глаг. подниматься, подняться: 1. переместиться куда-л. вверх, взойти. İkinci mərtəbəyə qalxmaq подняться на второй этаж, pilləkənlərlə qalxmaq подняться по лестнице, liftdə qalxmaq подняться на лифте, dağa qalxmaq подняться на гору 2. приподняться. Barmaqları üstündə qalxmaq подняться на цыпочки, dal ayaqları üstə qalxmaq подняться на задние лапы 3. появиться над горизонтом. Gün günortaya qalxdı солнце поднялось высоко, ay qalxdı поднялась луна 4. протянуться вверх (о дыме, паре, тумане и т.п.). Dənizdən duman qalxdı с моря поднялся туман 5. принять стоячее положение, встать. Salondakılar ayağa qalxdılar присутствующие в зале поднялись, yerindən qalxmaq подняться с места 6. оправившись, выздоровев, начать вставать, двигаться. Xəstə artıq qalxıbdır больной уже поднялся 7. проснувшись, встать с постели. Saat altıda qalxmaq подняться в шесть часов; həmişəki vaxtından tez qalxmaq подняться раньше обычного 8. взлететь. Qırıcı təyyarələr havaya qalxdılar истребители поднялись в воздух 9. предпринять что-л., перейти к каким-л. действиям. Mübarizəyə qalxmaq подняться на борьбу, müdafiəyə qalxmaq подняться на защиту, düşmən üzərinə qalxmaq подняться на врага 10. стать более высоким, достигнуть какой-л. высоты. Pambıq kolları bir metr qalxmışdır хлопчатник поднялся на метр, evin özülü iki metr qalxmışdır фундамент дома поднялся на два метра 11. начаться, появиться, возникнуть. Çovğun qalxdı поднялась метель, səs-küy qalxdı поднялся шум, külək qalxdı поднялся ветер 12. увеличиться, повыситься. İstiliyi qalxdı поднялась температура, qiymətlər qalxdı поднялись цены; səviyyəsi qalxdı поднялся уровень чего-л. 13. улучшиться (о настроении), стать более бодрым. Kefi qalxdı поднялось настроение ◊ ayağa qalxmaq встать на ноги: 1. начать жить самостоятельно 2. выздороветь; sol ayağının üstündə qalxmaq встать (подняться) с левой ноги (с утра быть в плохом настроении); ayağa qalxmaqla yad etmək kimi почтить память чью-л. вставанием
Azərbaycanca-rusca lüğət / qalxmaq1 f. 1. to rise*, to get up; (ayağa) to stand* up; stoldan ~ to rise* / to get* up from the table; tezdən ~ to rise* / to get* up early; günəşlə birgə ~ to rise* / to get* up with the sun; Təyyarə havaya qalxdı The plane rose in the air, The plane took off; Onun kefi / hərarəti qalxdı His spirits / temperature rose; 2. to climb (d.), to ascend (d.); dağa ~ to ascend a mountain; Duman dərədən qalxırdı. The mist was ascending from the valley; Günəş günorta yerinə qalxırdı The sun was climbing to the zenith; 3. to break*, to get* up; Tufan qalxdı The storm broke; Külək qalxır The wind is getting up; ayağa ~ 1) to stand* up; 2) məc. to become* independent, to stand* on one’s feet
Azərbaycanca-ingiliscə lüğət / qalxmaq1 f. 1) lever (se), relever (se) ; 2) monter vi (ê) ; mən çardağa qalxıram je monte au grenier ; 3) élever (s’), dresser (se) ; 4) soulever (se), insurger (s’) ; 5) augmenter vi ; hausser vi ; istiliyim qalxıb j’ai de la fièvre dağa ~ gravir une montagne
Azərbaycanca-fransızca lüğət / qalxmaq1 гл. 1. къарагъун (мес. кӀвачел, месикай); 2. пер. сагъ хьун, сагъ хьана къарагъун (мес. азарлуди); 3. акьахун, агъадай винелди экъечӀун (мес. гурарай, дагъдин кукӀуз); 3. хкаж хьун, виниз хьун (мес. ифин, вацӀун яд); кьакьан хьун; 4. кьил хкажун, гьерекатдиз атун, къарагъун (мес. женгиниз); 5. къувунун, дакӀуна еке хьун (мес. буьвел); 6. пер. везифа (чин) чӀехи хьун, кьакьан хьун; вилик фин; 7. акъатун (мес. ван); къарагъун (мес. гар, руг).
Azərbaycanca-ləzgicə lüğəti / qalxmaq