qazanmaq sözü azərbaycan dilində

qazanmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qazanmaq • 99.6991%
  • Qazanmaq • 0.1672%
  • QAZANMAQ • 0.1337%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qazanmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. İşləməklə, çalışmaqla əldə etmək. Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə. // Fayda götürmək, udmaq. Oyunu kim qazandı? 2. Qazanc əldə etmək, qazanc götürmək. [Səlimi:] Ağayi-Hikmət İsfahani, Tehranda oturmuşsunuz, ticarət kontorlarınız işləyir, … yüz min tümənlərlə qazanırsınız. M.İbrahimov. 3. Ümumiyyətlə, əldə etmək, nail olmaq. Hörmət qazanmaq. Müvəffəqiyyət qazanmaq. – [Firidun] tez bir zamanda darülfünun tələbələri arasında özünə hörmət və məhəbbət qazanmışdı. M.İbrahimov. Tapdıq qazmaçılar arasında öz mehribançılığı ilə şöhrət qazanmış məşhur bir usta idi. M.Hüseyn. // Yiyələnmək, sahib olmaq. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşıq oldu bir qumral qıza. Ə.Cavad.

    Azərbaycan dilinin izahlı lüğəti / qazanmaq

qazanmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qazanmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QAZANMAQ – XƏRCLƏMƏK Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın (C.Məmmədquluzadə); Harda xərcləyirsən, kiminlə xərcləyirsən, niyə xərcləyirsən, başına harada daş salırsan, bilmirik (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qazanmaq

qazanmaq sözünün rus dilinə tərcüməsi

  • 1 зарабатывать, получить прибыль, выгоду, выгадать, приобретать, наживаться, завоевывать, завоевать

    Azərbaycanca-rusca lüğət / qazanmaq
  • 2 глаг. 1. зарабатывать, заработать. Çörək pulu qazanmaq зарабатывать на хлеб, alın təri ilə qazanmaq заработать потом 2. вырабатывать, выработать. Əməkgün qazanmaq выработать трудодни 3. наживать, нажить, получать, получить прибыль, выгоду. Var-dövlət qazanmaq нажить состояние, kapital qazanmaq нажить капитал ◊ ad qazanmaq приобретать, приобрести славу; birincilik qazanmaq завоевать первое место, первенство; var-hal qazanmaq завоёвывать, завоевать себе положение; qələbə qazanmaq одерживать, одержать победу; düşmən qazanmaq наживать, нажить врагов; etibar qazanmaq заслуживать, заслужить доверие, istiqlaliyyət qazanmaq обретать, обрести независимость; məna qazanmaq (kəsb etmək) приобретать, приобрести смысл; müvəffəqiyyət qazanmaq завоевать успех; əmək nailiyyətləri qazanmaq добиться трудовых успехов; nüfuz qazanmaq завоёвывать, завоевать, заслуживать, заслужить авторитет (влияние, популярность); rəğbət qazanmaq завоевать симпатию; təcrübə qazanmaq приобрести опыт; şöhrət qazanmaq завоевать славу, приобрести известность. Ümumdünya şöhrəti qazanmaq завоевать всемирную славу; özünə əbədi şöhrət qazanmaq покрыть себя неувядаемой славой; hörmət və məhəbbət qazanmaq заслужить (завоевать) уважение и любовь; hüquq qazanmaq получить право

    Azərbaycanca-rusca lüğət / qazanmaq

qazanmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (həm müst., həm də məc.) to earn (d.); çox(lu) pul ~ to earn / to make much money; gündəlik çörək (pulu) ~ to earn one’s living, to earn one’s daily bread: Sən / Siz gündə nə qədər qazanırsınız? How much do you earn a day? şöhrət / ad ~ to earn fame / reputation; nifrət ~ to earn hatred; 2. to win*, to gain, to enjoy; bir kəsin rəğbətini ~ to win* / to gain smb.’s sympathy; hamının hörmətini ~ to win* universal respect, to win* the respect of all, enjoy universal esteem; qələbə ~ to win* / to attain a victory; etibar ~ to enjoy confidence; bir kəsin etibarını ~ to win* smb.’s confidence; nüfuz ~ to gain / to win* authority / prestige; müvəffəqiyyət ~ to make* / to achieve (a) success; 3. to acquire, to make*; vərdiş ~ to acquire habit; düşmən ~ to make* enemies; var-dövlət ~ to make* a fortune, to come* into a fortune; etibarlı dost ~ to find* a faithful friend, to be* blessed with a faithful friend

    Azərbaycanca-ingiliscə lüğət / qazanmaq

qazanmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. gagner vt ; gündəlik çörək pulu ~ gagner sa vie ; acquérir vt ; faire fortune, amasser une fortune ◊ ad ~ jouir d’un exellent renom ; connaître la célébrité

    Azərbaycanca-fransızca lüğət / qazanmaq

qazanmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къазанмишун; къазанжи къачун, хийир къачун; 2. кумукьарун, тухун, тун (мес. къугъунал); 3. иеси хьун, сагьиб хьун; къачун (мес. илим); hörmət qazanmaq гьуьрмет къазанмишун.

    Azərbaycanca-ləzgicə lüğəti / qazanmaq

qazanmaq sözünün türk dilinə tərcüməsi

"qazanmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qazanmaq nədir? #qazanmaq sözünün mənası #qazanmaq nə deməkdir? #qazanmaq sözünün izahı #qazanmaq sözünün yazılışı #qazanmaq necə yazılır? #qazanmaq sözünün düzgün yazılışı #qazanmaq leksik mənası #qazanmaq sözünün sinonimi #qazanmaq sözünün yaxın mənalı sözlər #qazanmaq sözünün əks mənası #qazanmaq sözünün etimologiyası #qazanmaq sözünün orfoqrafiyası #qazanmaq rusca #qazanmaq inglisça #qazanmaq fransızca #qazanmaq sözünün istifadəsi #sözlük