qaldırmaq sözü azərbaycan dilində

qaldırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaldırmaq • 99.7031%
  • Qaldırmaq • 0.1979%
  • QALDIRMAQ • 0.0990%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 28.71 dəfə / 1 mln.
2002 ••••••••••••••• 37.69
2003 •••••••••••••••• 41.73
2004 •••••••••••••••••••• 52.89
2005 •••••••••••••• 36.44
2006 ••••••••••••••••••• 49.78
2007 •••••••••••••• 36.58
2008 ••••••••••• 27.53
2009 •••••••••••• 31.68
2010 ••••••••••• 26.78
2011 •••••••••• 25.65
2012 •••••••••• 24.01
2013 •••••••••••• 30.49
2014 •••••••••• 26.08
2015 •••••••••••• 29.26
2016 ••••••••••• 27.59
2017 •••••••• 19.35
2018 •••••••• 20.98
2019 •••••••••• 24.06
2020 ••••••••••• 28.38

qaldırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Əyilərək yerdən götürmək, qalxızmaq. Kitabı qaldırmaq. Daşı qaldırmaq. Yerə düşmüş yaylığı qaldırmaq. Uşağı yerdən qaldır. // Aşağıdan yuxarıya çıxartmaq, yuxarıya aparmaq (dalında, çiynində, əlində, yaxud qaldırıcı maşın və s. vasitəsilə). Şeyləri üçüncü mərtəbəyə qaldırmaq. Lift bizi yeddinci mərtəbəyə qaldırdı. // Dikəltmək. Bayrağı qaldırmaq. – Musa birdən başını yuxarı qaldırdı. M.Hüseyn. 2. Bir şeyə daha yuxarı, daha yüksək vəziyyət, ya səviyyə vermək. Pərdəni qaldırmaq. Ayağını qaldırmaq. Əlini qaldırmaq. Divarı yarım metr qaldırmaq. Suyun səviyyəsini qaldırmaq. – Sarxan əlindəki fənəri yuxarı qaldırdı. M.Hüseyn. Adamlar yaxalarını bərk-bərk bağlayıb, boyunluqlarını qaldırır. Mir Cəlal. // Yüksəltmək, ucaltmaq. Qırmızı günəşdən ağ evlər tikən; Dünyanı yüksəldib qaldıranıq biz. H.K.Sanılı. // məc. Hörmətə mindirmək, ucaltmaq, daha hörmətli etmək. Bu gözəl hərəkəti onu camaatın gözündə daha da qaldırdı. 3. Yükləyib daşımaq, götürmək, aparmaq. Tayları anbardan mağazaya qaldırdılar. Meyiti bu gün qaldıracaqlar. 4. Ayaqlandırmaq, həyəcanlandırmaq, üzə durğuzmaq, təhrik etmək, sövq etmək. Qardaşı Nəbi bizim başımıza oyun gətirdi. Tuturuq, qazamatdan qaçır, camaatı bəylərin və hökumətin üzünə qaldırır. “Qaçaq Nəbi”. 5. Yük götürə bilmək. O qədər yükü bu heyvan qaldıra bilməz. 6. Yox etmək, ortadan götürmək, bərtərəf etmək. Maneələri qaldırmaq. Aradakı səddi qaldırmaq. 7. Sağaltmaq, yataqdan durğuzmaq. Həkim beş gündə məni yataqdan qaldırdı. 8. Bir sıra isimlərin yanına gətirilərək, ismin ifadə etdiyi mənada mürəkkəb feillər və ifadələr düzəldilir; məs.: üsyan qaldırmaq, məsələ qaldırmaq, şivən qaldırmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qaldırmaq

qaldırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qaldırmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QALDIRMAQ – DÜŞÜRMƏK Yeməyini yalqız yeyən, yükünü özü qaldırar (Ata. sözü); Dərbari-şahinin qapısında fərmanlar Yusif Sərracı atdan düşürdülər (M.F.Axundzadə). QALDIRMAQ – ENDİRMƏK Musa başını yuxarı qaldırdı (M.Hüseyn); Arvad ərini geyindirib, qolundan yapışıb, pilləkəndən endirib qayıtdı (Ə.Haqverdiyev). QALDIRMAQ – SALMAQ Sərxan əlindəki fənəri yuxarı qaldırdı (M.Hüseyn); Əlindəki boşqabı yerə saldı (“Ulduz”).

    Azərbaycan dilinin antonimlər lüğəti / qaldırmaq

qaldırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. поднимать, поднять; 2. возносить;

    Azərbaycanca-rusca lüğət / qaldırmaq
  • 2 глаг. поднимать, поднять: 1. нагнувшись, взять (с земли, с полу). Dəsmalı (yerdən) qaldırmaq поднять платок, uşağı döşəmədən qaldırmaq поднять ребёнка с пола 2. отделив от земли, удержать на весу. Ştanqı qaldırmaq поднять штангу 3. переместить наверх. Baqajı beşinci mərtəbəyə qaldırmaq поднять багаж на пятый этаж, damın üstünə qaldırmaq поднять на крышу 4. придать ч ему-л. более высокое положение. Bayraq qaldırmaq поднять знамя, başı üzərinə qaldırmaq поднять над головой, dəstəyi qaldırmaq поднять трубку (телефона), əlini qaldırmaq поднять руку 5. помочь встать (лежавшему, упавшему), придать стоячее положение. Yıxılanı qaldırmaq поднять упавшего, stulu qaldırmaq поднять стул 6. сделать более высоким. Suyun səviyyəsini qaldırmaq поднять уровень воды, evi qaldırmaq поднять дом (надстроить) 7. перен. возвышать, возвысить, возносить, вознести. Nüfuzunu qaldırmaq kimin поднять авторитет кого, чей 8. перен. увеличить, усилить, повысить. Qiyməti qaldırmaq поднять цену, əmək məhsuldarlığını qaldırmaq поднять производительность труда, intizamı qaldırmaq поднять дисциплину, mədəni səviyyəni qaldırmaq поднять культурный уровень, fəallığı qaldırmaq поднять активность, əhvali-ruhiyyəni qaldırmaq поднять настроение 9. побудить к действию, воодушевить на что-л. Alayı hücuma qaldırmaq поднять полк в атаку, bütün ictimaiyyəti qaldırmaq поднять всю общественность, düşmənlərlə mübarizəyə qaldırmaq поднять на борьбу с врагами 10. будить, разбудить. Yuxudan səhər saat yeddidə qaldırmaq поднять в семь утра 11. вздувать, вздуть, поднять дуновением. Külək toz qaldırdı ветер поднял пыль ◊ ayağa qaldırmaq поднять на ноги: 1. вылечить. Xəstəni ayağa qaldırmaq поднять на ноги больного 2. вырастить. Oğullarını ağaya qaldırmaq поднять на ноги сыновей 3. укрепить. Firmanı ayağa qaldırmaq поднять на ноги фирму 4. заставить активно действовать. Bütün polisi ayağa qaldırmaq поднять на ноги всю полицию; ağ bayraq qaldırmaq поднимать, поднять белый флаг (сдаваться, сдаться); aradan qaldırmaq nəyi ликвидировать, преодолеть, устранить, изжить, исправить что. Geriliyi aradan qaldırmaq ликвидировать отсталость, maneələri aradan qaldırmaq преодолеть препятствия, müxtəlif qüsurları aradan qaldırmaq устранить различные неполадки, müharibə ocaqlarını aradan qaldırmaq устранить очаги войны, nöqsanları aradan qaldırmaq изжить (устранить) недостатки; badə qaldırmaq kimin sağlığına поднять бокал, провозгласить тост за чьё-л. здоровье; baş qaldırmaq1: 1. поднимать, поднять голову, возрождаться, возродиться; 2. поднять бунт; baş qaldırmaq2 брать начало, возникать, вытекать; bir-birinin üzərinə qaldırmaq kimi поднять друг на (против) друга, натравить друг на друга, столкнуть друг с другом, поссорить; burnunu yuxarı qaldırmaq (özünü göyə qaldırmaq) поднять, задрать нос, загордиться; qaşlarını qaldırmaq поднимать, поднять брови (выразить недоумение); qalmağal qaldırmaq поднять скандал; qılınc qaldırmaq поднять меч; qolları qalxmır kimin kimə руки не поднимаются на кого; qışqırıq qaldırmaq поднять крик; dava qaldırmaq (salmaq) затевать, затеять драку; əl qaldırmaq: 1. kimə поднимать, поднять руку на кого, покушаться, покуситься на кого; 2. проголосовать за кого-л.; əllərini yuxarı qaldırmaq поднять руки вверх (признать своё поражение); iş qaldırmaq kimə qarşı поднять дело против кого; yorğan-döşəkdən qaldırmaq kimi поднять с постели кого: 1. разбудить 2. вылечить; dağın başına qaldırıb qoymaq, göylərə qaldırmaq kimi поднять слишком высоко, возвеличить кого; yüksəkliyə qaldırmaq kimi, nəyi поднять на высоту кого, что; yıxılanı qaldırmaq подать (протянуть) руку помощи кому-л.; (помочь) материально и морально); məsələ qaldırmaq поднять вопрос, поставить вопрос; возбудить дело; azadlıq bayrağı qaldırmaq поднять знамя свободы; aradakı pərdəni qaldırmaq перестать уважать кого-л.; silah qaldırmaq kimin üzərinə поднять оружие на кого; üsyan qaldırmaq поднять восстание, бунт; hay-küy qaldırmaq поднять шумиху, бучу; поднять тарарам; həyəcan qaldırmaq поднять тревогу

    Azərbaycanca-rusca lüğət / qaldırmaq

qaldırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to lift (d.), to raise (d.); to heave (d.); başını ~ to lift / raise one’s head; bir şeyi ~ to give smth. a lift; bir kəsə əl ~ (vurmaq) to lift one’s hand against smb., əl ~ to raise one’s hand; badə ~ to raise one’s glass (to); toz ~ to raise dust; məsələ ~ to raise a question; mübahisə ~ to raise a quarrel; həyəcan ~ to raise an alarm; üsyan ~ to raise up rebellion; qiymətləri ~ to raise prices, to put* prices up; səsini ~ to raise one’s voice; 2. (yerə düşmüş bir şeyi qaldırmaq) to pick up (d.); Kitabı qaldır Pick up the book; 3. to hoist; bayraq ~ to hoist a flag; (gəmidə) to make* colours; yelkən ~ to hoist / to set* sail; 4. to eliminate (d.), to remove (d.); çətinlikləri aradan ~ to eliminate difficulties; maneələri aradan ~ to remove obstacles; müharibə təhlükəsini aradan ~ to remove / to eliminate the threat of war; ◊ ayağa ~ to rouse (d.), to get* up (d.); səs-küy ~ to make* a noise, to set* up / to make* a clamour; kefini ~ to cheer up (d.); silah ~ to take* up arms; yuxudan ~ to wake* up (d.), to awaken (d.)

    Azərbaycanca-ingiliscə lüğət / qaldırmaq

qaldırmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) lever vt ; monter vt, bayraq ~ hisser (arborer) un drapeau ; hisser les couleurs ; toz ~ soulever la poussière ; 2) relever vt, ramasser vt ; 3) lever vt, sou-lever vt, retrousser ; 4) hausser vt, élever vt, augmenter vt, relever vt, majorer vt səsini ~ hausser la voix ; hausser le ton ; 5) relever vt ; hasar ~ relever la grille, hausser la clôture ; başını ~ relever la tête ; telefon dəstəyini ~ décrocher le récepteur ; xalqı ayağa ~ soulever les gens ; əmək məhsuldarlığını ~ augmenter le rendement du travail ; qiyməti ~ hausser (élever, augmenter) le prix ◊ ayağa ~ mettre sur pied ; ağ bayraq ~ capituler vi, rendre (se), déposer les armes ; aradan ~ écarter vt, éliminer vt, liquider vt, débarasser (se) de qn ; çətinliyi ~ surmonter les difficultés ; rəqibi aradan ~ supplanter (évincer) son rival

    Azərbaycanca-fransızca lüğət / qaldırmaq

qaldırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хкажун (мес. къван, гъил, перде); 2. (агъадай виниз) акъудун, тухун, хкажун (мес. затӀар къавал); 3. винизун, тик авун, тикарун, хкажун (мес. кьил, пайдах); 4. тухун; къачун (мес. мийит кучукун патал); 5. кӀвачел акьалдарун, худугун, гьерекатдиз гъун, ччина акъвазарун, къарагъарун (мес. халкь); 6. квадарун, арадай акъудун (мес. манийвилер); 7. къарагъарун, сагъарун (мес. азарлуди); 8. кьакьанарун, хкажун (мес. цал); // пер. гьуьрмет хкажун, гьуьрметлу авун; 9. къарагъарун, акъудун, авун; toz qaldırmaq руг къарагъарун; ** aradan qaldırmaq кил. ara; baş qaldırmaq кил. baş; əl qaldırmaq кил. əl; göyə qaldırmaq кил. göy¹; vay-şivən qaldırmaq (qoparmaq, salmaq) йикь-шуван акъудун (кутун, авун).

    Azərbaycanca-ləzgicə lüğəti / qaldırmaq

qaldırmaq sözünün türk dilinə tərcüməsi

"qaldırmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaldırmaq nədir? #qaldırmaq sözünün mənası #qaldırmaq nə deməkdir? #qaldırmaq sözünün izahı #qaldırmaq sözünün yazılışı #qaldırmaq necə yazılır? #qaldırmaq sözünün düzgün yazılışı #qaldırmaq leksik mənası #qaldırmaq sözünün sinonimi #qaldırmaq sözünün yaxın mənalı sözlər #qaldırmaq sözünün əks mənası #qaldırmaq sözünün etimologiyası #qaldırmaq sözünün orfoqrafiyası #qaldırmaq rusca #qaldırmaq inglisça #qaldırmaq fransızca #qaldırmaq sözünün istifadəsi #sözlük