saldırmaq sözü azərbaycan dilində

saldırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • saldırmaq • 98.4375%
  • Saldırmaq • 1.5625%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2006 •••••••••••• 0.23
2009 ••••••••• 0.16
2010 ••••• 0.09
2012 ••••• 0.09
2019 •••••••• 0.14

saldırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Salmağa məcbur etmək. Molla tülkünün dalınca nə qədər qaçırsa, toyuğu saldıra bilmir. “M.N.lətif.” 2. İki və ya bir neçə adamı, yaxud heyvanı qızışdırıb bir-birinin üstünə hücum etdirmək, salışdırmaq. [Müşavir:] Min zəhmətlə bunları bir-birinə saldırmışıq. P.Makulu. 3. Tikdirmək, bina etdirmək, düzəltdirmək. …Bir neçə mərdümazar adamlar məscid bağında istəyirlər, bir imarət saldırsınlar və orada bir məktəb açsınlar. C.Məmmədquluzadə. [Cənnətəli ağa:] Oranı mən, orada olanda istəyirdim bağ saldıram. N.Vəzirov. 4. Döşətmək, yerə sərdirmək. Evə palaz saldırmaq. – Molla İrandan gəbələr aldırmış; Otağına, eyvanına saldırmış. A.Səhhət. 5. məc. dan. Qənaət edərək yığmaq, toplamaq; dala atmaq. Maaşdan bir az saldırmaq. – Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Ə.Haqverdiyev. 6. Qoydurmaq. Dalına banka saldırmaq. Zəli saldırmaq. – [Gəldiyev:] “Soyuqlamışam” – deyə neçə dəfə küpə saldırdı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / saldırmaq

saldırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. 1. травить, натравливать, натравить: 1) побудить к нападению, преследованию (собаку, собак). İtləri adamların üstünə saldırmaq травить собак на людей 2) перен. подстрекать к какому-л. действию против кого-л. İşçiləri bir-birinin üstünə saldırmaq натравливать сотрудников друг на друга 2. закладывать, заложить (начать постройку чего-л., положить основание чему-л.). Bağ saldırmaq заложить сад, körpü saldırmaq заложить мост, şəhər saldırmaq заложить город 3. разг. приберегать, приберечь (сберегать, сберечь, сохранять, сохранить). Bir neçə min manat saldırmaq приберечь несколько тысяч манатов 4. отбивать, отбить (вернуть обратно, отнять с боем). Qoyunu canavardan saldırmaq отбить овцу у волка 5. понуд. kimə nəyi в сочет.: heyvanları ağıla saldırmaq просить загнать скот в загон; həbsxanaya saldırmaq просить заключить (посадить) в тюрьму, siyahıya saldırmaq просить включить в список, asfalt saldırmaq (просить) заасфальтировать дорогу, döşəmə saldırmaq (просить) настлать пол; astar saldırmaq (просить) вставить подкладку, yer saldırmaq (просить) постелить постель, süfrə saldırmaq (просить) постелить скатерть, накрыть стол, yamaq saldırmaq (просить) ставить заплату, naxış saldırmaq (просить) нанести узоры на что-л., qapı saldırmaq (просить) вставить дверь, qıfıl saldırmaq (просить) вставить замок; çərçivə saldırmaq (просить) вставить раму, şüşə saldırmaq (просить) застеклить (окно и т.п.), вставить стекло (в окне и т.п.), üzüyə qaş saldırmaq (просить) вставить камень в кольцо, diş saldırmaq (просить) вставить зубы; banka saldırmaq (просить) поставить банки, qiymətini saldırmaq (просить) снизить цену на что-л.

    Azərbaycanca-rusca lüğət / saldırmaq

saldırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to ask / to force to drop (pərdəni və s.) to draw / (üzük qaşı) to mount / (süfrə və s.) to lay / (xəlçə və s.) to spread; diş ~ to have* a set of teeth, to have* a denture made

    Azərbaycanca-ingiliscə lüğət / saldırmaq

saldırmaq sözünün fransız dilinə tərcüməsi

saldırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. авудиз тун (гун), вегьиз тун (гун), авудуниз, вегьиниз мажбур авун; 2. гьалдарун, гьавалатун, сада-садал гьужум ийиз тун; 3. эцигиз тун (гун), расиз тун (мес. муьгъ); 4. кутаз тун, кутаз гун (мес. багъ); 5. (ччилиз) вегьиз тун (гун), акайиз ттун (мес. рух, гам); 6. пер. рах. мадара авуна кӀватӀун; кьулухъ вегьин (мес. пул); 7. эцигиз тун, эцигиз гун (мес. далудал банкаяр); zəli saldırmaq ругъал эцигиз тун.

    Azərbaycanca-ləzgicə lüğəti / saldırmaq

Oxşar sözlər

#saldırmaq nədir? #saldırmaq sözünün mənası #saldırmaq nə deməkdir? #saldırmaq sözünün izahı #saldırmaq sözünün yazılışı #saldırmaq necə yazılır? #saldırmaq sözünün düzgün yazılışı #saldırmaq leksik mənası #saldırmaq sözünün sinonimi #saldırmaq sözünün yaxın mənalı sözlər #saldırmaq sözünün əks mənası #saldırmaq sözünün etimologiyası #saldırmaq sözünün orfoqrafiyası #saldırmaq rusca #saldırmaq inglisça #saldırmaq fransızca #saldırmaq sözünün istifadəsi #sözlük