sındırmaq sözü azərbaycan dilində

sındırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sındırmaq • 98.9011%
  • Sındırmaq • 0.7326%
  • SINDIRMAQ • 0.3663%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.65 dəfə / 1 mln.
2005 •••• 0.67
2006 ••• 0.45
2007 •••• 0.63
2008 ••• 0.49
2009 ••••••• 1.28
2010 •••••••••••••••••••• 4.18
2011 •••••••••• 2.06
2012 ••••••• 1.29
2013 •••••••••• 2.04
2014 •••••••••••••• 2.92
2015 ••••••• 1.36
2016 ••••••••• 1.74
2017 •••••••• 1.46
2018 ••••••••••••• 2.70
2019 ••••• 0.97
2020 •• 0.27

sındırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bərk bir şeyə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, qırıb tökmək. Stəkanı yerə salıb sındırmaq. Su dolçasını sındırmaq. Güzgünü sındırmaq. – …Birdən gülümü üzdüm, tacımı daşa vurdum, …sındırdım. A.Divanbəyoğlu. Noldu, ehtiyatsız yenə dolandın; Bulaqda kuzəni sındırdın dünən. N.Xəzri. // Bütöv bir şeyi bərk bir şeyə vuraraq xıncım-xıncım etmək, qırmaq. Daş sındırmaq. 2. Qopararaq üzmək, qırmaq. Şaxı sındırmaq. Stolun qıçını sındırmaq. – Getdi meşə içrə odun qırmağa; Şax budağı başladı sındırmağa. A.Səhhət. [Güllü:] Mən daha budaq sındırmayacağam. H.Seyidbəyli. 3. Korlamaq, xarab etmək, yararsız hala salmaq. Saatı sındırmaq. Oyuncağı sındırmaq. Aləti sındırmaq. 4. Şikəst etmək, qırmaq. Qolunu sındırmaq. Ayağını sındırmaq. – Molla bir uşağın ayaqlarını falaqqaya qoyanda on bir çubuq sındırır. C.Məmmədquluzadə. [Hambal:] A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sındırıbsan. Ü.Hacıbəyov. 5. məc. Məhv etmək, yox etmək, məğlub etmək, dağıtmaq. Köhnəlmiş idarə üsulunu sındırıb yenisini qurmaq. – Qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş yatağına girdi. Mir Cəlal. 6. məc. Pərt etmək, xətrinə dəymək, məyus etmək. Səlim [Naşadı] son sözilə məclisdə sındırmışdı. S.Hüseyn. Bu gülüşlər də onu sındırmışdı. H.Nəzərli. Yoldaş komandir! Gəlin siz məni sındırmayın, mənim də taytuşum var. Ə.Vəliyev. 7. məc. dan. zar. Həvəslə, şövqlə oynamaq (rəqs etmək). [Kərbəlayı Fatmanisə:] Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır. C.Cabbarlı. □ Sındıra-sındıra oynamaq – həvəslə, ehtirasla, şövqlə oynamaq. Gələnlərdən iki nəfəri ortada sındırasındıra oynayırdı. M.Hüseyn. 8. Bir sıra isimlərin yanına gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyini sındırmaq, sözünü sındırmaq, başını sındırmaq, qol-qanadını sındırmaq, belini sındırmaq və s.

    Azərbaycan dilinin izahlı lüğəti / sındırmaq

sındırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sındırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. разбивать, бить, ломать; 2. победить, сокрушить, разбить; 3. перен. поставить в тупик, в неловкое положение, обидеть; 4. перен. станцевать с удовольствием;

    Azərbaycanca-rusca lüğət / sındırmaq
  • 2 1 глаг. 1. разбивать, разбить: 1) нарушить целость чего-л. ударом (ударами), раздробить. Boşqabı sındırmaq разбить тарелку, güzgünü sındırmaq разбить зеркало, eynəyi sındırmaq разбить очки, daşla sındırmaq разбить камнем 2) повредить, привести в негодность. Arabanı sındırmaq разбить арбу (телегу), maşını sındırmaq разбить машину 2. ломать, сломать: 1) согнув или ударив силой, разделить что-л. на части, куски. Ağacları sındırmaq ломать деревья, budaqları sındırmaq ломать ветки, buzu sındırmaq ломать лёд, daşı sındırmaq ломать камень 2) разбив, разрушив, привести в негодность, испортить что-л. Qapını sındırmaq ломать дверь, maqnitofonu sındırmaq ломать магнитофон, oyuncaqları sındırmaq ломать игрушки 3. разламывать, разломать, разломить (сломав, разделить на отдельные части). Qraniti sındırmaq разломать гранит 4. колоть, раскалывать, расколоть (раздробить на части ударами или ударом что-л. твёрдое, хрупкое). Qozları sındırmaq расколоть орехи 5. взламывать, взломать: 1) сломав, открыть, вскрыть что-л. запертое. Qapını sındırmaq взломать дверь, qıfılı sındırmaq взломать замок, seyfi sındırmaq взломать сейф 6. преломлять, преломить (отклонить, изменить направление при переходе из одной среды в другую – о световом луче, световой волне) ◊ baş sındırmaq nəyin üstündə ломать голову над чем; belini sındırmaq kimin: 1. сделать несчастным кого, причинить тяжёлое горе; привести в полное отчаяние кого; 2. нанести непоправимый ущерб кому; qol-qabırğasını sındırmaq kimin, nəyin: 1. намять бока кому, пересчитать рёбра (кости) к ому 2. искажать, коверкать, неправильно произносить, писать что-л.; qol-qanadını sındırmaq kimin подрезать, обрезать крылья кому (лишить возможности проявить себя, инициативы и т.п.); könlünü (ürəyini, qəlbini) sındırmaq kimin обижать, обидеть, наносить, нанести обиду кому; ayağını sındıraram, əgər … ноги переломаю, если …; ayağını sındır otur сядь и сиди 2 глаг. см. sındıra-sındıra oynamaq

    Azərbaycanca-rusca lüğət / sındırmaq

sındırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to break* (d.); fincanı ~ to break* the cup; 2. (qolunu, qıçını və s.) to fracture (d.); 3. (qraniti və s.) to quarry (d.); ◊ başını ~ to puzzle over (d.), to rack / to cudgel one’s brains over (d.); 4. to nonplus (d.); to overcome*; düşməni ~ to nonplus / to overcome* the enemy; 5. d.d. to dance with great pleasure

    Azərbaycanca-ingiliscə lüğət / sındırmaq

sındırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хун (мес. истикан, гуьзгуь, таран хел, ва мс.); кукӀварун, кӀус-кӀусун (мес. къван); ürək ki var – şüşədir, sındırarsan kim yamar? Ata. sözü рикl шуьше я, хаз тахьуй; 2. хун, чӀурун (мес. сят); 3. набут авун, хун (мес. гъил, кӀвач); 4. пер. хун, терг авун, магълуб авун, кукӀварун (мес. кьушун); 5. пер. рикӀ хун, хатур хун, хатурдик хкӀун, хатурда акьун, перт авун; qəlbini sındırmaq рикӀ хун; 6. пер. рах. зар. ашкъидалди (гьевесдалди, шевривилелди) кьуьлун; // sındıra-sındıra oynamaq кил. sındırmaq 6); ** baş sındırmaq кил. baş; belini sındırmaq кил. bel¹; qol-qanadını sındırmaq кил. qol-qanad.

    Azərbaycanca-ləzgicə lüğəti / sındırmaq

sındırmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#sındırmaq nədir? #sındırmaq sözünün mənası #sındırmaq nə deməkdir? #sındırmaq sözünün izahı #sındırmaq sözünün yazılışı #sındırmaq necə yazılır? #sındırmaq sözünün düzgün yazılışı #sındırmaq leksik mənası #sındırmaq sözünün sinonimi #sındırmaq sözünün yaxın mənalı sözlər #sındırmaq sözünün əks mənası #sındırmaq sözünün etimologiyası #sındırmaq sözünün orfoqrafiyası #sındırmaq rusca #sındırmaq inglisça #sındırmaq fransızca #sındırmaq sözünün istifadəsi #sözlük