ayırmaq sözü azərbaycan dilində

ayırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ayırmaq • 99.5444%
  • Ayırmaq • 0.2733%
  • AYIRMAQ • 0.1822%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ayırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bütöv halda olan şeyi parçalamaq, yaxud onun bir hissəsini götürmək, qoparmaq. Yumurtanın sarısını ağından ayırmaq. Sümüyü ətdən ayırmaq. Maddəni tərkib hissələrinə ayırmaq. 2. Əlaqəsini kəsmək, rabitəsini kəsmək, bir-birindən uzaqlaşdırmaq, aralı salmaq. Tale onları bir-birindən ayırdı. Ailəsindən ayırmaq. Vətənindən ayırmaq. – Dağların dağı məni; Bağçası, bağı məni; Mən səndən ayrılmazdım; Ayırdı yağı məni. (Bayatı). Ayırdı məndən o məhruyi biməqam fələk. S.Ə.Şirvani. [Qədir] özünü kütlədən, yəni “qara camaatdan” ayırmaq üçün həmişə hamı deyənin ziddinə gedir. Mir Cəlal. 3. Aralamaq, kənara çəkmək, bir-birindən uzaqlaşdırmaq. Dalaşanları ayırmaq. Buzovu anasından ayırmaq. Uşağı döşdən ayırmaq (böyüdüyü üçün uşağa daha süd verməmək, əmizdirməmək). 4. Təcrid etmək, başqalarından ayırmaq, uzaqlaşdırmaq, başqaları ilə əlaqəsini kəsmək. Xəstələri sağlamlardan ayırmaq. Uşağı zərərli mühitdən ayırmaq. 5. Yarmaq, şaqqalamaq, parçalamaq, kəsmək. Kötüyü balta ilə dörd yerə ayırmaq. Qoyunun cəmdəyini beş yerə ayırdılar. 6. Bölmək, təqsim etmək. Şeyləri ikiyə ayırmaq. Hər kəsin payını ayırıb özünə verdi. Otağı pərdə ilə iki hissəyə ayırmaq. 7. Seçmək, fərqləndirmək. Yaxşını pisdən ayırmaq. Safı çürükdən ayırmaq. Dənin irisini xırdasından ayırmaq. 8. İstifadə üçün vermək, ixtiyarına vermək, təxsis etmək. Uşaq üçün otaqda bir guşə ayırmaq. Ləvazimat almaq üçün pul ayırmaq. Laboratoriya üçün avadanlıq ayırmaq. – Gəldiyev Ağca xanımın xəcalətindən çıxmaq üçün tələbələrə gələn güzəştli biletdən iki dənə ayırır, Ağca ilə getməli olurdu. Mir Cəlal. 9. Nəzərə çarpdırmaq, fərqləndirmək. Mətnin əsas yerlərini qara hərflərlə ayırmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / ayırmaq

ayırmaq sözünün etimologiyası

  • 1 Sözün qədim kökü ay (разделять) feilidir, -ır şəkilçisi köç-ür-mək qəlibi üzrə ay felini təsirli feilə çevirib, sonra köklə qaynayıb-qarışıb. Ay sözü “şüur” mənasında qeydə alınıb, görünür, o da feil kimi işlədilib (omonim olub), ay-ıl, ay-ıq kəlmələrindəki şəkilçilər kökün feil olmasından xəbər verir. Bu söz yarmaq feili ilə qohumdur. Mənbələrdə ayırıq və yarıq kəlmələri sinonim kimi də qeydə alınıb. “Отделять” mənası həm ay, həm də ar sözləri ilə bağlı şərh olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ayırmaq

ayırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ayırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. отделять, отделить, разъединять, разъединить, разобщать, разобщить, изолировать, обособлять; 2. размежевать, отгораживать, отгородить, разграничивать, разграничить; 3. разлучать, разлучить, отрывать, оторвать; 4. разлагать, разложить, анализировать, расчленить; 5. выделять, выделить, откладывать; 6. разнимать, разнять; 7. разинуть; 8. выключать, выключить, размыкать, разомкнуть; 9. развести, расторгнуть брак; 10. раздвигать;

    Azərbaycanca-rusca lüğət / ayırmaq
  • 2 глаг. kimi, nəyi kimdən, nədən 1. отделять, отделить. Əti sümükdən ayırmaq отделить мясо от костей, yumurtanın sarısını ağından ayırmaq отделить желток яйца от белка 2. разъединять, разъединить 3. разобщать, разобщить. Düşmən qüvvəsini ayırmaq (parçalamaq) разобщить неприятельские силы 4. изолировать, уединять, уединить. Xəstəni sağlamlardan ayırmaq изолировать больного от здоровых 5. обособлять, обособить. Ətraf aləmdən ayırmaq обособить от окружающего мира 6. размежёвывать, размежевать. Sahələri ayırmaq размежевать участки 7. отгораживать, отгородить. Divarla ayırmaq отгораживать стеной 8. разграничивать, разграничить. Rayonları ayırmaq разграничить районы 9. разлучать, разлучить. Dostları ayırmaq разлучить друзей, tale onları ayırdı судьба их разлучила 10. отрывать, оторвать, отвлекать, отвлечь. Dərsdən ayırmaq оторвать от учёбы, işdən ayırmaq kimi отвлечь от работы кого, fikrindən ayırmaq отвлечь от мысли 11. разлагать, раскладывать, разложить. Şeyləri ayırmaq разложить вещи, tərkib hissələrinə ayırmaq разложить на составные части 12. расчленять, расчленить, Şimal Torpağını boğazlar ayırmışdır Северную Землю расчленили проливы 13. выделять, выделить. Qarğıdalı əkini üçün sahələr ayırmaq выделить участки для посева кукурузы; qara hərflərlə ayırmaq выделить жирным шрифтом 14. откладывать, отложить. Oxucu üçün kitab ayırmaq отложить книгу для читателя 15. разнимать, разнять. Dalaşanları ayırmaq разнимать дерущихся 16. отнимать, отнять. Uşağı döşdən ayırmaq отнять ребёнка от груди 17. разинуть. Ağzını ayırmaq разинуть рот 18. разводить, развести. Körpüləri ayırdılar развели мосты 19. раздвигать, раздвинуть 20. отличать, отличить. Sadəni mürəkkəbdən ayırmaq отличать простое от сложного, pisi yaxşıdan ayırmaq отличать плохое от хорошего 21. отделять, отделить. Yaxşıları ayır, kənara qoy отдели лучшее и отложи в сторону 22. отводить, отвести, уделять, уделить. Vaxt ayırmaq отвести время, mövzuya on saat ayırmaq отвести десять часов на тему 23. разбивать, разбить (на группы, классы и т.п.) 24. различать, различить. Xətləri ayırmaq различать почерки

    Azərbaycanca-rusca lüğət / ayırmaq

ayırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to separate (d.), to divide (d.); to disjoin (d.); to detach (d.), to divorce (d.) Bu iki məsələni bir-birindən ayırmaq olmur These two questions can’t be divorced from each other; 2. (hüdudlaşdırmaq) to delimit (d.), to fix the boundary line (between); 3. (fərqləndirmək) to differentiate, to distinguish (d.); poeziyanı nəsrdən ~ to differentiate poetry from prose; Mən əkizləri ayıra bilmirəm I can’t distinguish the twins; 4. (hasarla) to fence off (d.); (arakəsmə ilə) to partition off (d.);) (d.); 5. (üzvlərinə ayırmaq) to dismember (d.), to analyse (d.); cümləni üzvlərinə ~ (təhlil etmək) to analyse a sentence; 6. (dalaşanları) to part (d.), to disjoin (d.); 7. (boşamaq) to divorce; Məh kəmə onları ayırdı The court divorced them; 8. (cərəyanı mənbədən ayırmaq) to disconnect (the current); 9. kim. to decompose; suyu oksigenə və hidrogenə ~ to decompose water into oxygen and hydrogen; f. ağı qaradan ~ to separate the sheep from the goat; gözünü ~ (məc.) to look aside; gözünü ayıra bilməmək can’t take one’s eyes off, can’t tear one’s eyes off

    Azərbaycanca-ingiliscə lüğət / ayırmaq

ayırmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. séparer vt ; détacher vt ; disjoindre vt ; écarter vt ; isoler vt ; éloigner vt ; débarasser vt ; différencier vt ; distinguer vt ; fractionner vt ; déclancher vt ; débrancher vt

    Azərbaycanca-fransızca lüğət / ayırmaq

ayırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ччара авун; къакъудун (мес. кикӀизвайбур); 2. алатӀун, алудун (мес. як кӀарабдилай); 3. хкудун, ччара авун (мес. какадин лазни къиб сад садакай); əti dırnaqdan ayırmaq olmaz. Ata. sözü якни-кек сад-садакай хкудиз жедач; 4. паюн, атӀун; гудун, куьткуьнун, падун (мес. кӀарас, хпен жендек); 5. ччара авун, паюн (мес. затӀар кьве чкадал); 6. хкягъун, хкудун; фаркьлу авун, ччара авун (мес. хъсанди писдакай); 7. ччара авун, ихтиярда ттун, гун (мес. са кар авун патал пул).

    Azərbaycanca-ləzgicə lüğəti / ayırmaq

ayırmaq sözünün türk dilinə tərcüməsi

"ayırmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ayırmaq nədir? #ayırmaq sözünün mənası #ayırmaq nə deməkdir? #ayırmaq sözünün izahı #ayırmaq sözünün yazılışı #ayırmaq necə yazılır? #ayırmaq sözünün düzgün yazılışı #ayırmaq leksik mənası #ayırmaq sözünün sinonimi #ayırmaq sözünün yaxın mənalı sözlər #ayırmaq sözünün əks mənası #ayırmaq sözünün etimologiyası #ayırmaq sözünün orfoqrafiyası #ayırmaq rusca #ayırmaq inglisça #ayırmaq fransızca #ayırmaq sözünün istifadəsi #sözlük