* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. məh. Söylənilən bir sözü öz hesabına götürüb tez pərt olmaq, incimək, sınmaq, mütəəssir olmaq. Alı kişi əhvalatı oğlanlarına xəbər verdi. Bu xəbərdən Nəbinin qardaşları çox alındı. “Qaçaq Nəbi”. Mahmudov xeyli inciyib alındı. S.Rəhimov. Əlyarovun zəhmli səsindən zərrə qədər də alınmayan traktorçu saymazyana cavab verdi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / alınmaq2 “Almaq”dan məch. Əmr alındı ki, hamı yola hazır olsun. Kitabxana üçün çoxlu kitab alınmışdır. Yeni məlumat alınmışdır. Mövzu xalq əfsanələrindən alınmışdır. Düşməndən çoxlu əsir alınmışdır. Daş kömürdən maye yanacaq alınır. Neftdən benzin alınır. Tədqiqatdan maraqlı nəticələr alınmışdır. – Nə üçün susdu natiqlər; Alındı həbsə sadiqlər? M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / alınmaq3 1. Zəbt edilmək, tutulmaq; yaxalanmaq, əsir edilmək. 2. Gücdən düşmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikası / alınmaq1 Tarixən balanı öz anasını əmməyə öyrətməyə “aldırmaq” (alışdırmaq) demişik. İndi də iş alınmadı (baş tutmadı) deyirik. Tərbiyədə alışdırma metodu mövcuddur. Almaq sözünün qədim mənalarından biri “öyrətmək, adət etdirmək, baş tutmaq” deməkdir. Söz elə indiki al (götür, qəbul et) kəlməsi ilə eynidir. Söhbətimiz alınmadı o deməkdir ki, “bir-birimizin fikrini qəbul edə bilmədik”. Adam namünasib bir sözü, fikri öz ünvanına qəbul etdikdə pərt olur. Buna alınmaq deyilir. Sözün kökü “qırmızı” mənasını verən al kəlməsindən ibarətdir. Bərk-i-mək modeli üzrə al-ı feli düzəlib, sonra həmin söz qayıdış şəklində (al-ı-ın-maq) işlədilib. Allanmaq(al, qırmızı boyanmaq) sözü də alınmaq kəlməsi ilə kökdaşdır. “Filankəsin sifəti allandı” (qızardı) cümləsində də allanmaq “qırmızı” mənası ilə bağlıdır. Rus dilində işlədilən алый sifəti də buradan törəyib.
Azərbaycan dilinin etimologiya lüğəti / alınmaq1 ALINMAQ I f. Almaq, tutmaq, həbs etmək. Nə üçün susdu natiqlər; Alındı həbsə sadiqlər? (M.Ə.Sabir). ALINMAQ II f. İncimək, pərt olmaq, mütəəssir olmaq. Bu xəbərdən Nəbinin qardaşları çox alındı (“Qaçaq Nəbi”).
Azərbaycan dilinin omonimlər lüğəti / alınmaq1 1. быть купленным, покупаться; 2. быть взятым отобранным, полученным, получаться; 3. заимствоваться; 4. быть завоеванным;
Azərbaycanca-rusca lüğət / alınmaq2 глаг. 1. браться, быть взятым, покупаться, быть купленным, получаться быть полученным; (zorla) əlindən alınmaq отниматься, быть отнятым 2. получаться, получиться в результате чего-л. Necə alınır? как получается? reaksiya nəticəsində nə alındı? что получилось в результате реакции? 3. перен. обижаться, обидеться. O, bu sözlərdən alındı он обиделся на эти слова
Azərbaycanca-rusca lüğət / alınmaq1 f. 1. to be* bought, to be* received 2. (borc alınmaq) to be* loaned / borrowed; 3. (incimək) to be* offended; 4. (meydana çıxmaq) to turn out; Nəticə əla alındı The result turned out brilliant
Azərbaycanca-ingiliscə lüğət / alınmaq1 f. 1) être acheté,-e ; acheter (s’) (pulla) ; 2) être pris,-e (götürülmək) ; être saisi,-e (əmlakı əlindən ~) ; 3) être reçu,-e (poçt və s ilə ~) ; être emprunté,-e (borc pul, söz və s haqq.) ; 5) être conquis, -e (istila yolu ilə ~)
Azərbaycanca-fransızca lüğət / alınmaq1 гл. нугъ. лагьай са гаф вичиз кьуна перт хьун, бейкеф хьун, экя хьун, гафуни кьун.
Azərbaycanca-ləzgicə lüğəti / alınmaq2 məch. 1. къачунваз (къачузваз) хьун; neftdən benzin alınır нафтӀадикай бензин къачузва; 2. кьунваз хьун (мес. есирар).
Azərbaycanca-ləzgicə lüğəti / alınmaq