alışmaq sözü azərbaycan dilində

alışmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • alışmaq • 87.5000%
  • Alışmaq • 8.5526%
  • ALIŞMAQ • 3.9474%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2006 ••••••• 0.23
2009 •••••••••••••• 0.48
2010 •••••••• 0.27
2013 ••••••••••••• 0.44
2014 •••••••••••••••••••• 0.69
2015 •••••••••• 0.34
2018 •••••••••••••• 0.45
2019 ••••••••• 0.28
2020 •••••••• 0.27

alışmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Öyrəşmək, vərdiş etmək, adət etmək. Soyuğa alışmaq. Papirosa alışmaq. Zəhmətə alışmaq. – Ata hər gün gedər işə, çalışar; Nə qədər zəhmət olsa da alışar. M.Ə.Sabir. [Əzim dayının] daima qapalı və incə dodaqları ancaq ən mühüm fikirlərini anlatmaq üçün açılmağa alışmışdı. A.Şaiq. [İsfəndiyar] əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlığa alışmaq istədi. M.Hüseyn. // məc. Ünsiyyət bağlamaq, isinişmək, öyrəşmək. 2. Dadanmaq, öyrəşmək. Çaqqal toyuq damına alışıb, hər gecə bir toyuq aparır. İt qonşu həyətə alışıbdır. 3. Əhliləşmək, ələ öyrənmək, isinişmək. Nə qədər əlləşdilərsə də, tülkünün balası evə alışmadı.

    Azərbaycan dilinin izahlı lüğəti / alışmaq
  • 2 f. Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı. // Məc. mənada. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani. Canım üzülür əldəki qalxanına baxcaq; Qəlbim alışır beldəki patronunu görcək. M.Ə.Sabir. Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma. Ə.Haqverdiyev. □ Alışıb yanmaq – 1) od tutub yanmaq, şiddətlə yanmaq, alovlanmaq. Küləş alışıb yandı. – Belə bir isti torpağa saldı; Alışıb yanmağa çöl az qaldı. A.Səhhət; // Məc. mənada. [Ağca xanımın] gözü İzzətin yatağına sataşanda ürəyi alışıb yanırdı. Mir Cəlal; 2) alov rəngində parlamaq, alov kimi al-qırmızı rəngə çalıb parıldamaq. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək, alışıb yanır. S.Rüstəm; 3) məc. qızarmaq. Yanaqları çiçək kimi alışıb yanır.

    Azərbaycan dilinin izahlı lüğəti / alışmaq

alışmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

alışmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ALIŞMAQ – SÖNMƏK Ümid onun gözündə; Gah alışır, gah da sönür (B.Vahabzadə). ALIŞMAQ – TƏRGİTMƏK Gülsənəm ilə Maro bir-birinə alışırdılar (S.Rəhimov); Trubkanı görmürəm, yoxsa çəkməyi tərgitmisən? (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / alışmaq

alışmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ALIŞMAQ I f. Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Alışsa yerlər də, yansa göylər də; Ölümdən qorxmarıq sən olan yerdə (S.Vurğun). ALIŞMAQ II f. Öyrəşmək, vərdiş etmək, adət etmək. Gözləri alaqaranlığa alışandan sonra Orxan baxıb gördü ki, daxmada ondan savayı heç kim yoxdu (İ.Məlikzadə).

    Azərbaycan dilinin omonimlər lüğəti / alışmaq

alışmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. загораться, запылать, воспламеняться; 2. привыкать, привыкнуть, приучиться, приучаться, свыкаться, свыкнуться, освоиться;

    Azərbaycanca-rusca lüğət / alışmaq
  • 2 1 глаг. 1. воспламеняться, воспламениться, зажечься, загореться. Neft və benzin tez alışır нефть и бензин легко воспламеняются, ocaq alışdı костёр загорелся, pəncərələrdə işıqlar alışdı загорелись огни в окнах 2. вспыхивать, вспыхнуть: 1) внезапно разгореться ярким пламенем 2) внезапно сильно покраснеть 2 глаг. kimə, nəyə: 1. привыкать, привыкнуть. Gərək buna alışasan нужно к этому привыкнуть, soyuğa alışmaq привыкать к холоду 2. свыкаться, свыкнуться. Uzun müddət bu fikrə alışa bilmirdim я долго не мог свыкнуться с этой мыслью 3. сживаться, сжиться, уживаться, ужиться. Qonşulara alışmaq ужиться с соседями 4. обжиться. Kəndə alışmaq обжиться в деревне 5. вживаться, вжиться. Öz roluna alışmaq вжиться в свою роль

    Azərbaycanca-rusca lüğət / alışmaq

alışmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. 1. (yanmaq) to take* / to catch* fire; to blaze up; 2. məc. to take* fire, to flare up; 3. to kindle; asan ~ to kindle easily; Biz odunu alışdırmağa çalışdıq, lakin o, asanlıqla alışmadı We tried to kindle the wood but it didn’t kindle easily II. f. 1. (uyğunlaşmaq) to be* used (to d.) / accustomed (to d.), to get* accustomed / used (to, to ger.) to get* into the way (of ger.); kənd / şəhər həyatına ~ to be* used / accustomed to country / city life; tezdən durmağa / qalxmağa ~ to be* accustomed to getting up early, to be* used to rising early; ağır işləməyə ~ to be* used to work hard; soyuğa / istiyə ~ to be* used to cold / to heat; Siz tezliklə buna alışacaqsınız You’ll soon get used to it; O, səhər tezdən durmağa / qalxmağa alışıb He / She is accustomed to getting up early; Uşaq tezliklə nənəsinə alışdı The child soon got accustomed to his grandmother, Mən buna alışmamışam I’m not accustomed to it; 2. (rahatlaşmaq) to make* oneself at home, to grow* roots, to feel* at home

    Azərbaycanca-ingiliscə lüğət / alışmaq

alışmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) allumer (s’) ; enflammer (s’) ; attiser (s’) ; embraser (s’) ; passionner (se) ; 2) accoutumer (s’) ; habituer (s’) ; familiariser (se) avec qch acclimatiser (s’)

    Azərbaycanca-fransızca lüğət / alışmaq

alışmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. куькӀуьнун, куькӀуьн, цӀай кьун, цӀай кьуна ккун; ocaq alışdı къул куькӀуьнна; * alışıb yanmaq а) цӀай кьуна ккун, ккун; б) ялавдин рангуна аваз нур гун, ялавдин хьтин яру тав акъатна цӀарцӀар гун (мес. безегри); в) пер. цӀай къачун, яру хьун (мес. хъвехъ).

    Azərbaycanca-ləzgicə lüğəti / alışmaq
  • 2 сущ. 1. вердиш хьун; адет авун, куткун, акатун (мес. хъуник, пӀапӀрусдик); // пер. авсиятда хьун, гуьр хьун, вердиш хьун; 2. куткун, даданмиш хьун, акатун (мес. сикӀ верчерик); 3. гъилив вердиш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / alışmaq

alışmaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Alıb-vermək. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#alışmaq nədir? #alışmaq sözünün mənası #alışmaq nə deməkdir? #alışmaq sözünün izahı #alışmaq sözünün yazılışı #alışmaq necə yazılır? #alışmaq sözünün düzgün yazılışı #alışmaq leksik mənası #alışmaq sözünün sinonimi #alışmaq sözünün yaxın mənalı sözlər #alışmaq sözünün əks mənası #alışmaq sözünün etimologiyası #alışmaq sözünün orfoqrafiyası #alışmaq rusca #alışmaq inglisça #alışmaq fransızca #alışmaq sözünün istifadəsi #sözlük