* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Göynəmək, ağrımaq, gicişmək, qıcıqlanmaq. İsmayılzadə dodaqları arasındakı papirosun tüstüsündən acışan gözünü qıyıb, o biri gözü ilə altdan yuxarı Fikrətə baxırdı. M.Hüseyn. Professor bu dəfə də dəsmalı ilə acışan gözlərini sildi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / acışmaq1 “Yaram acışıb” deyirik, acışmaq kəlməsinin mənası rus dilində “обостряться, печалиться” kimi verilib. Halına acımaq ifadəsindəki acıma kəlməsi də bununla bağlıdır; “halı məni qəmgin edir (acılayır)” deməkdir. Acı sözünün yeni məna kəsb etməsi, onun omonimə çevrilməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / acışmaq1 гл. ккун, тӀал къачун, куцӀур гун, квал акатун, квал къачун.
Azərbaycanca-ləzgicə lüğəti / acışmaq