asılmaq sözü azərbaycan dilində

asılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • asılmaq • 86.7925%
  • Asılmaq • 13.2075%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

asılmaq sözünün leksik mənası və izahı

  • 1 1. t-siz. Bir yerə ilişib, yaxud bir yerdən tutub sallanmaq. Budaqdan asılmaq. – …Bir dəstə gül olaydım; Asılaydım yaxandan. (Bayatı). 2. məch. Bir yerə ilişdirilərək, keçirilərək, bir yerə bənd edilərək asılı vəziyyətə salınmaq. Bayram günü hər tərəfdə bayraqlar asılır. Ət qənarədən asılmışdır. – Məşədi Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev var, qapısının üstündə elektrik fənəri asılıbdır. S.M.Qənizadə. Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. M.Hüseyn. 3. məch. Dar ağacına çəkilməklə edam edilmək. Boğazdan asılmaq. Asılmaq cəzası. – Rəhim bəy keçmiş günlərdən, qaçaq Əbdülkərimin “Sultanbud” təpəsinin üstündə asıldığından, “Qaraçuxa oğlunun” öldürülməsindən və bu gunə keyfiyyətlərindən nağıl edirdi. Ə.Haqverdiyev. [Əmiraslan] bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. S.S.Axundov. O gün məlun cinayətkar; Asılacaq boğazından. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / asılmaq
  • 2 məch. Bişmək üçün od üstünə qoyulmaq (xörək, qazan. və s.). Xörək çoxdan asılıbdır. – Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Mir Cəlal. Bir gün qabaq, həyətdə böyük ocaqlar qurulub, böyük qazanlar asılardı. H.Sarabski.

    Azərbaycan dilinin izahlı lüğəti / asılmaq

asılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. висеть, виснуть; 2. быть повешенным, казненным через повешение; 3. навязываться, настойчиво, неотступно просить, умолять;

    Azərbaycanca-rusca lüğət / asılmaq
  • 2 глаг. 1. висеть. Budaqdan asılmaq висеть на ветке, tavandan asılmaq висеть на потолке 2. вывешиваться, быть вывешенным 3. вешаться, быть повешенным, быть казнённым через повешение 4. ставиться, быть поставленным на огонь (о кастрюле и др.). Qazanlar asıldı котлы поставлены на огонь

    Azərbaycanca-rusca lüğət / asılmaq

asılmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to hang*; to be* hanging, to be* suspended; (başı üstə) to overhung*; havadan ~ to be* in the air; tükdən ~ to hang* by a thread; telefondan ~ d.d. to hang* on the phone; 2. to be* hanged out; (elan) to be* posted up, to be* put up; 3. (öldürülmək) to be* hanged; 4. (qazan və s.) to be* put on the stove / fire

    Azərbaycanca-ingiliscə lüğət / asılmaq

asılmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) pendre vi (ê) ; être suspendu, -e ; budaqdan ~ pendre d’une branche ; tavandan ~ être suspendu,-e du plafond ; 2) surplomber vt ; 3) être affiché, -e ; 4) pendre vi ; tükdən ~ ne tenir qu’à un cheveu ; onun həyatı bir tükdən asılıdır sa vie est suspendue à un fil ; havadan ~ être en l’air ; rester vi (ê)(və ya être) en suspens

    Azərbaycanca-fransızca lüğət / asılmaq

asılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 məch. чурун патал цӀал эцигнаваз хьун, къулал эцигнаваз хьун (къажгъан, къафун ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / asılmaq
  • 2 1. гл. куьрс хьун, куьрсар хьун, куд хьун; budaqdan asılmaq хилекай куьрс хьун; 2. məch. куьрснаваз хьун; куьрс хьайи гьалда аваз (галаз, алаз) хьун; 3. məch. куднаваз хьун; кудун, кудна рекьин; asılmaq cəzası кудунин жаза.

    Azərbaycanca-ləzgicə lüğəti / asılmaq

Oxşar sözlər

#asılmaq nədir? #asılmaq sözünün mənası #asılmaq nə deməkdir? #asılmaq sözünün izahı #asılmaq sözünün yazılışı #asılmaq necə yazılır? #asılmaq sözünün düzgün yazılışı #asılmaq leksik mənası #asılmaq sözünün sinonimi #asılmaq sözünün yaxın mənalı sözlər #asılmaq sözünün əks mənası #asılmaq sözünün etimologiyası #asılmaq sözünün orfoqrafiyası #asılmaq rusca #asılmaq inglisça #asılmaq fransızca #asılmaq sözünün istifadəsi #sözlük