açılmaq sözü azərbaycan dilində

açılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • açılmaq • 87.6923%
  • AÇILMAQ • 9.2308%
  • Açılmaq • 3.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

açılmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. Qutu açıldı. Qazanın qapağı açıldı. Damın üstü açıldı. Şüşənin ağzı açıldı. Qıfıl açıldı. 2. Aradakı maneə götürülmək, yaxud yox olmaq. Qarlar əridi, dağ kəndlərinə yol açıldı. // Tayları, layları açıq hala gəlmək. Küləkdən pəncərələr açıldı. – Dalanda ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı. Mir Cəlal. 3. Qatlanmış, bükülmüş, düyünlənmiş, bağlanmış şeyin qatları, bükükləri, qırışıqları düzəltmək, düyünü, bağı açıq hala gəlmək. Çətirin düyməsini basan kimi açıldı. Bağlama yerə düşüb açıldı. Örpəyi açılıb başından düşdü. Gəminin yelkənləri açıldı. Belindən qayış açıldı. Boğazından qalstuk açılıb düşdü. Lent açıldı. Ayaqqabıların qaytanı açıldı. 4. Qoşqudan azad edilmək (olmaq). Atlar arabadan açıldı. Öküzlər kotandan açılıb otlayırlar. 5. Aralanmaq, seyrəklənmək, arada məsafə əmələ gəlmək. Səflər açıldı. 6. Aralanmaq (qapalı, yumulu şey). Gözləri açılmaq. Ağzı açılmaq. – Ah, o gözlər ki, nigahilə dilü didələrim; Açılırdı, daha bir də məni şad etməyəcək. A.Səhhət. 7. Başlanmaq. İşə başlamaq. İclas saat üçdə açıldı. Məruzədən sonra müzakirə açıldı. İdarələr yayda saat 8-də açılır. Məktəblərin açılmasına lap az qalmışdır. 8. Təsis olunmaq, əsası qoyulmaq; tətbiqə, işləməyə başlamaq. Son illər ölkəmizdə çox sayda yeni məktəblər açılmışdır. Yeni dəmiryol xətti açıldı. 9. Yaranmaq, əmələ gəlmək, mümkün olmaq. Yeni mədən yataqlarının tapılması nəticəsində bu yerlərin inkişafı üçün böyük imkanlar açılmışdır. Azərbaycan incəsənəti qarşısında böyük perspektivlər açılmışdır. 10. İfşa edilmək, meydana çıxarılmaq. Cinayətin üstü açıldı. – [Divanbəyi:] Quldurların izi açılıbdır. Mən onları tutmağa çarə taparam… M.F.Axundzadə. // Aydın olmaq, aşkar olmaq, bəlli olmaq, məlum olmaq. [Bayram:] Yox, çuğulluq peşəsini üstümə götürmərəm, iş özü özbaşına açılar. M.F.Axundzadə. [Piri baba:] Siz, Həcər xanım, tez gedin, burada olmağınız açılmasın. S.S.Axundov. // Üzə çıxmaq, büruzə vermək, görünmək (xəstəlik və s.). 11. Tədqiqat, araşdırma və s. nəticəsində kəşf olunmaq, müəyyən edilmək. Maqnit hadisələrinin mahiyyəti ancaq XIX əsrin əvvəllərində açıla bilmişdir. 12. Çiçəklənmək, yarpaqlanmaq; görünmək, zahir olmaq. Yaz gəldi, güllər açıldı. – Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül. Q.Zakir. Açılmış güllər, göy, sarı zanbaqlar; Bir cənnətdir bu gülşən hər tərəfli. A.Səhhət. Seyrəltmədən və kultivasiyadan sonra … pambıq daha yaxşı boy atmağa başladı və bitkilərdə altıncı yarpaq açıldı. 13. Deşilmək, dəlinmək, qazılmaq. Divardan pəncərə açılmışdır. Dağların altından uzun tunel açılmışdır. 14. Baxmaq, çıxmaq. Künc otağa yalnız bir qapı açılırdı. S.Rəhimov. Cənuba baxan uzun, göy eyvana iki otaq açılırdı. Mir Cəlal. Evciyəzlərin qərbə açılan pəncərələrində şüşələr od tutub sarı bir alovla yanırdı. Ə.Məmmədxanlı. 15. Qopmaq, sökülmək. Köynəyin bütün tikişləri açılmışdır. 16. Genişləndirilmək, vüsətləndirilmək, böyüdülmək, genəldilmək, uzadılmaq (sahə). Otağın arası açılsa, genişlik olar. Paltosunun dalı açıldıqdan sonra genəlmişdir. 17. Cilalanmaq, pardaqlanmaq, təmizlənmək, sürtülüb ağardılmaq; parıldamaq, işıldamaq. Mis qablar qumla sürtüldükdə açılar. Şüşə silindikdən sonra açıldı. Dəri pardaqlanıb açıldı. 18. Ortalığa atılmaq, irəli sürülmək, başlanmaq. Söhbət açıldı. Bəhs açıldı. İndi ki söz açıldı, söyləməliyəm. 19. Buluddan azad olmaq, aydınlaşmaq, ayazımaq. Yağış kəsilən kimi hava açıldı. Göyün üzü açıldı. – Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı. Çəmənzəminli. Hava açıldıqda ata oğlunun əlindən tutub geniş düzənliyə çıxırdı. S.Rəhimov. Günəş qırpınanda açıldı hava; Dayandı ordular, durdu üz-üzə. S.Vurğun. 20. İşıqlaşmaq, işıqlanmaq, işıqlanmağa başlamaq. Səhər açılmaq. Dan yeri açılmaq. – Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə şəm? S.Ə.Şirvani. Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə. 21. Atılmaq, partlamaq. Atılan bombaların heç biri açılmadı. Güllə açılmaq. – Açıldıqda atəş edərdim güman; Ki, göydən yerə od yağır nagəhan. M.Ə.Sabir. Güllə açıldıqda köpək yerə sərildi. S.S.Axundov. Güllə açılanda Əhməd gördü ki, daha bura qaçmaq yeri deyil; təslim olmağı qət etdi. B.Talıblı. 22. Boşalmaq, boş qalmaq, boş yer əmələ gəlmək. Yer açılan kimi səni oraya düzəldərik. 23. Sağalmamaq, qovuşmamaq, bitişməmək, üstü açılmaq (yara haqqında). 24. Görünməyə başlamaq, zahir olmaq. Gözlərim önündə gözəl bir mənzərə açıldı. Qarşımızda müharibənin dəhşətli bir səhnəsi açılmışdı. – Yavaş-yavaş dumduru göy qabığının və geniş üfüqlərin əzəmətli mənzərəsi açılırdı. M.İbrahimov. Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. Mir Cəlal. 25. məc. Birdən-birə hirslənərək qışqırmaq, bərk danlamaq, acıqlanmaq (bəzən “üstünə, üstümə” sözü ilə). O, birdən üstümə açıldı. 26. Başlamaq, çatmaq, yetişmək. Yaz açılanda havalar qızmağa başlar. – Gül götürdü pərdə yüzündən, açıldı novbahar; Rövnəqi gəldi və nuri-bağü bustanın yenə. Nəsimi. Gəlsin bahar fəsli, açılsın yazlar; Göylərə tökülsün ağ quşlar, qazlar. Qurbani. 27. Baş vermək, üz vermək. Amma təhlükə özgə tərəfdən açıldı. M.F.Axundzadə. 28. Axmağa başlamaq. Borudan su açılmaq. Yaradan qan açılmaq. 29. Hazırlanmaq, salınmaq, düzəldilmək. Yemək otağında təntənəli şam süfrəsi açıldığını gördüm. M.S.Ordubadi. Sübhanverdizadə birtəhər … dəhlizə girdi, süfrə açıldı, əvvəlcə toyuq qızartması, sonra rəngli çay verildi. S.Rəhimov. 30. dan. Rədd olmaq, əl çəkmək, getmək. Nayıbov Lətifin üstünə qışqırdı: – Açıl başımdan! Mir Cəlal. 31. məc. Həll edilmək. Ömür ipək kələf deyil, açılmayan düyünləri var. R.Rza. 32. məc. Könlü xoş olmaq, məmnun olmaq, üzü gülmək, fərəhlənmək, sevinmək, şad olmaq. Fərəhdən qönçənin gülgün yanağı güldü, açıldı. Nəsimi. [Xavər] uzun iztirablardan … sonra Kərim xanın qayıtması ilə açılmağa başlamışdı. M.İbrahimov. 33. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: könlü açılmaq, dili açılmaq, ürəyi açılmaq, aynası açılmaq, kefi açılmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / açılmaq

açılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

açılmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AÇILMAQ – BƏRKİMƏK Bərkidi ayağı, açıldı əli; Yüyürdü həyətə, atıldı çaya (H.Hüseynzadə). AÇILMAQ – BÜZÜŞMƏK İsti dəydikcə donları açılırdı. Soyuqdan büzüşmüşdülər (“Ulduz”). AÇILMAQ – QAPANMAQ Bir şey aydın idi ki, o zaman bulanlıq selə düşüb hara getdiyini bilməyən adam kimi gözləri qapanmışdı (M.İbrahimov); Hər kimə vurub, yapış desən, yapışar, açıl desən açılar (A.Şaiq). AÇILMAQ – ÖRTÜLMƏK Dalanda ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı (Mir Cəlal); Qapı uşaqların üzünə örtüldü (İ.Şıxlı). AÇILMAQ – SOLMAQ Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül (Q.Zakir); Həyətdəki güllər soldu (“Ulduz”). AÇILMAQ – TUTULMAQ Ürəyim, ciyərim xarab, mədəm xarab, dilim də gah tutulur, gah açılır (S.S.Axundov). AÇILMAQ – YIĞILMAQ Qarmon kimi gah yığılır, gah açılır dağ yolları (T.Şahdağlı). AÇILMAQ – YUMULMAQ Açıldı, yumuldu qatı duman, sis; Buz salxımsalxımdır, qar yumaq-yumaq (H.Hüseynzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / açılmaq

açılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. открываться, отворяться; 2. раскрываться, обнаруживаться; 3. развязываться, распутаться; 4. расстегиваться; 5. отпрягаться; 6. отцепляться; 7. раскутываться; 8. раскручиваться, разматываться; 9. разжиматься; 10. распускаться, расцвести; 11. рассеяться, проясняться, просветлеть (о погоде); 12. раскатываться (тесто); 13. открыться (о вакансии); 14. раздаваться (о выстреле);

    Azərbaycanca-rusca lüğət / açılmaq
  • 2 глаг. 1. открываться, открыться: 1) распахиваться, распахнуться. Qapı açıldı дверь открылась 2) размыкаться, разомкнуться. Gözləri açıldı глаза открылись 3) начинать действовать, функционировать. Məktəb açıldı открылась школа, qurultay açıldı съезд открылся 4) начинаться с чего-л. Kitab maraqlı məkələ ilə açılır книга открывается интересной статьёй 5) оказываться в поле зрения. Qarşımızda qəribə mənzərə açıldı перед нами открылась удивительная картина 6) становиться досягаемым. Böyük imkanlar açılır открываются большие возможности, yeni perspektivlər açılır открываются новые перспективы 2. раскрываться, раскрыться: 1) открываться широко, полностью. Kitab açıldı книга раскрылась 2) освобождаться от упаковки. Bağlama açıldı свёрток раскрылся 3) перен. обнаруживаться, становиться известным. Cinayət açıldı преступление раскрылось 4) распускаться, распуститься. Pambıq qozaları açıldı раскрылись хлопковые коробочки 3. отцепляться, отцепиться. Vagon qatardan açıldı вагон отцепился от поезда 4. распрягаться, распрячься. Atlar arabadan açıldı лошади распряглись 5. отвязываться, отвязаться, развязываться, развязаться: 1) развязавшись, отделиться. Kanat açıldı канат отвязался 2) освобождаться от привязи, становиться свободным. İt açıldı собака отвязалась 6. разматываться, размотаться. Şərf açıldı шарф размотался, yumaq açıldı клубок размотался 7. расплетаться, расплестись. Hörüyü açıldı kimin коса расплелась у кого 8. отвинчиваться, отвинтиться. Gayka açıldı гайка отвинтилась 9. расстегиваться, расстегнуться. Qayış açıldı ремень расстегнулся, düymə açıldı пуговица расстегнулась 10. разворачиваться, развернуться 11. обнажаться, обнажиться: 1) становиться голым, ничем не прикрытым. Döşü açıldı грудь обнажилась 2) воен. стать беззащитным, открытым для врага. Cinah açıldı фланг обнажился 12. проясняться, проясниться. Hava açıldı погода прояснилась 13. наступать, наступить. Yaz açıldı наступила весна, səhər açıldı наступило утро 14. выходить куда (о чём-л.). Pəncərələr qərbə açılır окна выходят на запад, eyvan dənizə açılır веранда открывается на море 15. открываться, быть открытым кем-л. 16. раскрываться, быть раскрытым кем-л. (о тайне, о преступлении и т.п.) 17. отцепляться, быть отцеплённым кем-л. (о вагоне, составе и т.п.) 18. отпираться, быть отпертым кем-л. 19. отвязываться, быть отвязанным, развязываться, быть развязанным кем-л. (о канате, узле, о собаке, лошади и т.п.) 20. разматываться, быть размотанным кем-л. (о шарфе, клубочке, нитках и т.п.) 21. отвинчиваться, быть отвинченным (о гайке, винте и т.п.) 22. расстёгиваться, быть расстёгнутым (о ремне, пуговице и т.п.); пробиваться, быть пробитым (об отверстии, дыре и т.п.) 23. прорубаться, быть прорубленным (о проходе, туннеле и т.п.) 24. вскрываться, быть вскрытым (о письме, конверте) 25. откупориваться, быть откупоренным (о бутылке, бочке и т.п.); tüfəng açıldı винтовка выстрелила, bomba açılmadı бомба не взорвалась, qan açıldı открылось кровотечение, səsi açıldı kimin открылся голос у кого; gözləri açılmaq прозревать, прозреть ◊ könlü açılmaq, ürəyi açılmaq приходить, прийти в хорошее настроение; aynası açıldı, kefi açıldı kimin см. könlü açıldı; bəxti açıldı улыбнулось счастье; dərdi açıldı вспомнилось горе; dili açıldı kimin язык развязался у кого; ağzı açılmaq: 1. kimin давать, дать волю языку; 2. kimin, nəyin течь потоком, валить, повалить валом, лавиной; açıl başımdan! с глаз долой, вон отсюда!; başım açıldı (я) освободился, избавился от хлопот, kələfin ucu açıldı клубок распутался

    Azərbaycanca-rusca lüğət / açılmaq

açılmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to open, to be* open; Qapı açıldı. The door opened; The door was opened; Dükan saat 10-da açılır. The shop opens at ten; Otaqlar bir-birinə açılır. The rooms open into each other; 2. to be* declared open; İclas açıldı. The meeting was declared open; 3. (aşkar olmaq) to come* out, to come* to light, to be* revealed; Onun sirri açıldı. His / Her secret came out; 4. (yara) to open; Yara açıldı The wound opened; 5. (gül, çiçək) to open, to blossom out; Tumurcuqlar / Qönçələr açılır The buds are opening; 6. (düymə), to come* undone / unfastened / unclasped; (qarmaq) to come* unhooked; 7. (dəmir yolu) to come* uncou pled; 8. (hava) to clear; Hava açılır The weather is clearing; 9. (düyün) to untwist, to come* untwisted; Düyün açıldı The knot untwisted / came untwisted; 10. (süjet) to unwind, to uncoil; Süjet yavaş-yavaş açılır The narrative unwinds slowly; 11. (saç) to come* unplaited; 12. (qayka) to come* unscrewed; 13. (sinəsi, döşü) to become* naked / uncovered; 14. (səhər, yaz və s.) to come*; Səhər açıldı Morning came; 15. (pəncərə, qapı) to open (on), to look out (on); Pəncərə dənizə açılır The window opens on the sea; 16. (bomba) to burst*; Bomba açılmadı The bomb didn’t burst; 17. (tüfəng) to fire; Tüfəng açıldı The rifle fired, A rifle shot was heard; gözü açılmaq 1) to recover one’s sight; 2) məc. to begin* to see clearly, to be* enlightened, Beləliklə, onun gözü açıldı So he / she was enlight ened; ürəyi / qəlbi açılmaq to be* glad / happy, to rejoice; Mən sizi görəndə ürəyim açılır I am glad to see you; f. Adamın ürəyi açılır One’s heart fills with joy

    Azərbaycanca-ingiliscə lüğət / açılmaq

açılmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. ouvrir (s’) ; découvrir (se)(üstü ~) ; décrocher (se), détacher (se)(vaqon və s haqq.) débâcler (se)(çay haqq.) dérouler (se) ; donner vi (sur) ; éclore vi, épanouir (s’)(gül haqq.) ; être dételé,-e (minik və s haqq.) ; dénouer (se), défaire (se)(düyün, hörük və s haqq.) ; déboutonner (se)(düymə haqq.) ; mettre (se) à nu (sinə, döş haqq.) ; éclaircir (s’), mettre se au beau (hava haqq.) ; arriver vi (ê), venir vi (ê)(sabah, səhər haqq.) ; dévisser (se), déserrer (se) (vint, qayka haqq.) ; être débouché, -e (butılka və s haqq.) ; açıl başımdan! décampez! fam, foutez-moi le camp (kobud), va-t-en, que je ne te vois plus! ; bu pəncərə həyətə açılır (baxır) cette fenêtre donne sur la cour ◊ qaş-qabağı ~ épanouir (s’) ; qapı açıldı la porte s’est ouverte ; atlar arabadan açıldı les chevaux ont été dételés ; gözləri ~ voir clair, commencer à voir clair

    Azərbaycanca-fransızca lüğət / açılmaq

açılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ахъа хьун; 2. экуь хьун; 3. пер. хъел атун, гьараяр гун, ахмурун; сив ахъа хьун; 4. рах. алатун, гъил чӀугун, ред хьун, фин; açıl başımdan алат залай; 5. кватун, авалун; söz açılmaq гаф кватун; 6. акъатун, пад хьун; güllə açıldı гуьлле акъатна; ** könlü açılmaq рикӀ ахъа хьун, рикӀ алахьун, рикӀ шад хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / açılmaq

"açılmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#açılmaq nədir? #açılmaq sözünün mənası #açılmaq nə deməkdir? #açılmaq sözünün izahı #açılmaq sözünün yazılışı #açılmaq necə yazılır? #açılmaq sözünün düzgün yazılışı #açılmaq leksik mənası #açılmaq sözünün sinonimi #açılmaq sözünün yaxın mənalı sözlər #açılmaq sözünün əks mənası #açılmaq sözünün etimologiyası #açılmaq sözünün orfoqrafiyası #açılmaq rusca #açılmaq inglisça #açılmaq fransızca #açılmaq sözünün istifadəsi #sözlük