* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Yuxudan oyanmaq, yuxudan durmaq. Gün dağlara yayıldı; Hər bir yatan ayıldı. A.Səhhət. Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli. 2. Bayğınlığı, sərxoşluğu keçmək, özünə gəlmək; huşa gəlmək, gözlərini açmaq. Sitarə xəyalatdan ayıldı. Yengələr ona gəlin otağında “təlim” verirdilər. Çəmənzəminli. [Salmanov] çaxır boçkası kimi doldurub qarnını, üç günə ayılmaz. S.Rəhman. 3. məc. Gözü açılmaq, fəaliyyətə gəlmək, hərəkətə gəlmək, qəflət yuxusundan ayılmaq, canlanmaq. Hamı bu on ilin müddətində lazımınca ayılıbdır. Ə.Haqverdiyev. Çərxin əcəba seyri də min babət olurmuş; Millət ayılıb talibi-hürriyyət olurmuş! M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / ayılmaq1 Sözün kökü indi müstəqil işlədilməyən ay (пробуждаться) feilidir, -ıl qayıdış növün şəkilçisidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ayılmaq3 1. AYILMAQ Gülsüm qarı yuxudan gülə-gülə ayılıb, yatağının üstə oturdu (Çəmənzəminli); DURMAQ [Gülbadam:] Cəbi! Anan sənə qurban, Cəbi! Oyan, dur, gedək (N.Nərimanov); OYANMAQ Rübabə yatmışdı, qalxdı əkizlər də oyandılar (H.Abbaszadə). 2. AYILMAQ, AĞLI BAŞINA GƏLMƏK, HUŞA GƏLMƏK, ÖZÜNƏ GƏLMƏK
Azərbaycan dilinin sinonimlər lüğəti / ayılmaq1 AYILMAQ – BAYILMAQ Gün dağlara yayıldı; Hər bir yatan ayıldı (A.Səhhət); Get onu içəri gətir. Tafta, sən də get, deyəsən bayılmışdır, ya da bəlkə ölmüşdür (C.Cabbarlı). AYILMAQ – DƏMLƏNMƏK Yeja bu dəhşətli xəbərdən ayıldı (Ə.Vəliyev); Bir stəkan şirin çaxır içən kimi dəmləndi.
Azərbaycan dilinin antonimlər lüğəti / ayılmaq1 1. просыпаться, проснуться, очнуться, пробуждаться, пробудиться; 2. отрезвляться, отрезвиться, опохмелиться; 3. опомниться, прийти в себя; 4. улучшиться (о состоянии больного);
Azərbaycanca-rusca lüğət / ayılmaq2 глаг. 1. просыпаться, проснуться: 1) пробуждаться, пробудиться ото сна. Körpə ayıldı ребёнок проснулся, səsdən ayılmaq проснуться от шума, erkən ayılmaq проснуться рано, qəfildən ayılmaq неожиданно проснуться 2) перен. становиться активным, деятельным 2. очнуться (приходить, прийти в сознание). Bayğınlıqdan ayılmaq очнуться от обморока 3. отрезвляться, отрезвиться ◊ başı ayılmaq nədən освобождаться, освободиться от хлопот, от забот.
Azərbaycanca-rusca lüğət / ayılmaq1 f. 1. (yuxudan) to wake* up; (həm də məc.) to awake*; erkən (yuxudan) ~ to wake* up early; 2. (spirtli içkilərdən) to sober up; Onu tək buraxın, ayılsın; Leave him alone to sober up; 3. (özünə gəlmək) to come* to one’s sense; to become* sober; 4. (xəstəlikdən) to become* / to get* better, to take* a turn for the better
Azərbaycanca-ingiliscə lüğət / ayılmaq1 f. 1) réveiller (se) ; éveiller (s’) ; 2) dégriser (se) ; boire un coup pour faire passer la gueule de bois ; revenir vi (ê) à soi ; reprendre ses sens ; 3) reprendre connaissance
Azərbaycanca-fransızca lüğət / ayılmaq1 гл. 1. ахварай аватун, уях хьун; 2. аюх хьун, кефливал (пиянвал, бейгьушвал) алахьун, кьил-кьилел хтун; вич-вичел хтун, вилер ахъаюн; 3. пер. авагъун, вилер ахъа хьун, уях хьун, гьерекатдиз атун, ахварай аватун (авамвилин).
Azərbaycanca-ləzgicə lüğəti / ayılmaq