ayrılmaq sözü azərbaycan dilində

ayrılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ayrılmaq • 96.2348%
  • Ayrılmaq • 2.7685%
  • AYRILMAQ • 0.9967%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.00 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 17.13
2003 •• 1.18
2004 0.67
2005 0.67
2006 •• 1.35
2007 0.42
2008 •• 0.97
2009 •••••• 4.64
2010 ••••••• 5.72
2011 ••••• 3.77
2012 •••• 3.36
2013 •••••••• 6.56
2014 •••••••• 6.18
2015 •• 1.70
2016 •• 1.04
2017 •• 0.98
2018 •• 1.65
2019 ••• 1.81
2020 ••• 1.86

ayrılmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ayrı düşmək, aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq. Gülnaz bir neçə addım anasından ayrılıb, özünü qabaqda gedən üç nəfərə çatdırdı. M.İbrahimov. Ayna ilə Ayaz küçədə bir-birindən ayrıldılar. Ə.Məmmədxanlı. // Xudahafizləşmək, vidalaşmaq. Turxan bəydən ayrıldığımız gecə gözəl bir mahtab var idi. H.Cavid. // Daha görüşməmək, əlaqəni kəsmək. Səndən ayrılandan, ey gülbədənim; Həqq bilir, qalmışam sel arasında. Q.Zakir. Fəda olum sənə mən, səndən ayrıla bilməm. X.Natəvan. [Sitarə:] Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram. C.Cabbarlı. 2. Xəyalından çıxarmaq, fikrindən çıxarmaq, fikrən uzaqlaşmaq, tərk etmək. [Ağca xanım] qorxunc təsəvvürlərdən ayrılmaq üçün özünə güc verib gözlərini açdı. Mir Cəlal. Laçın meşəyə girəndə öz xatirələrindən ayrıldı. M.Hüseyn. 3. Qopmaq, aralanmaq. Çaydanın qulpu ayrıldı. Ağacın budağı gövdəsindən ayrıldı. 4. Çəkilmək, yerini tərk etmək. Dəstədən ayrılmaq. Atlı darvazadan ayrılıb yola düşdü. // Kənara çəkilmək, bir yerdən uzaqlaşmaq. Kərim babanın … bir iti vardı. Gecəgündüz bizim qapımızdan ayrılmazdı. A.Şaiq. 5. Bölünmək. Oyunçular iki yerə ayrıldılar. Çay iki qola ayrılmışdır. 6. Bir yerdə ikən aralanıb müstəqil yaşamağa başlamaq. Qızlar ərə getdilər, oğlanlar isə ataları öləndən sonra ayrıldılar. Şəriklər ayrıldılar. – Öküz öldü, ortaq ayrıldı. (Ata. sözü). 7. Aralarındakı ər-arvadlıq əlaqəsini ləğv etmək, bir-birini tərk etmək. Ərindən ayrılmaq. Arvadından ayrılmaq. 8. Hər hansı bir xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlənmək, seçilmək. Qardaşlar bir-birindən çox ayrılırlar. O, yoldaşlarından heç ayrılmır. – Sözün heç ayrılmaz mənim sözümdən; Odlara yanmışam özüm-özümdən. M.P.Vaqif. 9. Təxsis edilmək, ayrılıb saxlanmaq. İnşaat üçün külli miqdarda pul ayrılmışdır. Bu kitablar kimin üçün ayrılmışdır? ◊ Ayrıla qalmaq – aralanmaq, açıq qalmaq. Abbas … gördü ki, gözləri yumuludur. Amma dodaqları ayrıla qalmışdı. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / ayrılmaq

ayrılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ayrılmaq sözünün antonimləri (əks mənalı sözlər)

ayrılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. расставаться, расстаться, разлучаться, разъединяться, разъединиться; 2. расчленяться, расчлениться, разобщаться, разобщиться, разниматься, разняться; 3. разграничиваться, разграничиться, размежеваться, отделяться, отделиться, обособляться, обособиться; 4. выделяться, отличаться, разниться; 5. развестись, расторнуть брак; 6. откладываться, отложиться; 7. разлагаться (химически);

    Azərbaycanca-rusca lüğət / ayrılmaq
  • 2 глаг. kimdən, nədən: 1. расставаться, расстаться, разлучаться, разлучиться. Onlar həmişəlik ayrıldılar они расстались навсегда 2. расходиться, разойтись. Yolları ayrıldı разошлись их пути 3. члениться, расчлениться 4. отделяться, отделиться 5. разъединяться, разъединиться 6. отрываться, оторваться 7. разграничиваться, разграничиться, дифференцироваться 8. выделяться, выделиться 9. разделяться, разделиться 10. обособляться, обособиться 11. разлагаться, разложиться, разделиться (на составные части) 12. размежёвываться, размежеваться 13. разводиться, развестись (расторгнуть брак) 14. отводиться, быть отведённым 15. отрываться, оторваться. Kitabdan ayrılmaq olmur невозможно оторваться от книги 16. прощаться, попрощаться, распрощаться. Ayrılarkən ona dedim прощаясь, я сказал ему 17. разобщаться, разобщиться 18. отличаться, отличиться 19. разниматься, разняться 20. расстыковываться, расстыковаться

    Azərbaycanca-rusca lüğət / ayrılmaq

ayrılmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to part (with); bir kəsdən ~ to part with smb.; fikirdən ~ to put* the thought out of one’s head, to give* up the thought; Gəlin dost kimi ayrılaq Let’s part friends; 2. to be* separated, to become* disconnected, to get* demarcated / delimited; 3. (boşanmaq) to be* divorced (from); ərindən / arvadından ~ to be* divorced from one’s husband / wife; Mənim dayım arvadından keçən il ayrıldı My uncle was divorced from his wife last year; 4. kim. to decompose; Su oksigenə və hidrogenə ayrılır Water decomposes into oxygen and hydrogen; 5. (kitabdan) to tear* oneself away (from); Mən bu kitabdan ayrıla bilmirəm I can’t tear myself away from this book; 6. (əlaqəni itirmək) to lose* touch (with); reallıqdan ~ to lose* touch with reality; kütlədən ~ to lose* contact with the masses

    Azərbaycanca-ingiliscə lüğət / ayrılmaq

ayrılmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) séparer (se) de ; quitter (se) ; détacher (se) ; 2) démembrer vt ; dépécer vt ; diviser vt ; 3) délimiter vt ; détacher vt ; 4) divorcer vi ; rompre (dissoudre, annuler) un mariage ; 5) dégager (se)

    Azərbaycanca-fransızca lüğət / ayrılmaq

ayrılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ччара хьун; ərindən ayrılmaq гъуьлуькай ччара хьун (хкечӀун); 2. къакъатун, аралу хьун, яргъаз хьун; алакъа атӀун; 3. алатун; галатун; хкатун (мес. чайдандин тум); 4. хкечӀун, хкатун; къакъучӀун; südlü qoyun sürüdən ayrılmaz. Ata. sözü нек квай лапаг суьруьдикай хкечlдач; 5. пай хьун, ччара хьун (мес. десте кьве патахъ); 6. тафаватлу хьун, фаркьлу хьун, тафаватлу яз акун (ухшарвилиз, еридиз ва мс.); 7. ччара авунваз хьун, ччара авуна хвенваз хьун (са кар авун патал пул ва мс.); ** ayrıla qalmaq аралу хьун, ахъа хьун, ахъаз амукьун (мес. пӀузарар).

    Azərbaycanca-ləzgicə lüğəti / ayrılmaq

"ayrılmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ayrılmaq nədir? #ayrılmaq sözünün mənası #ayrılmaq nə deməkdir? #ayrılmaq sözünün izahı #ayrılmaq sözünün yazılışı #ayrılmaq necə yazılır? #ayrılmaq sözünün düzgün yazılışı #ayrılmaq leksik mənası #ayrılmaq sözünün sinonimi #ayrılmaq sözünün yaxın mənalı sözlər #ayrılmaq sözünün əks mənası #ayrılmaq sözünün etimologiyası #ayrılmaq sözünün orfoqrafiyası #ayrılmaq rusca #ayrılmaq inglisça #ayrılmaq fransızca #ayrılmaq sözünün istifadəsi #sözlük