qırılmaq sözü azərbaycan dilində

qırılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırılmaq • 88.0597%
  • Qırılmaq • 8.9552%
  • QIRILMAQ • 2.9851%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qırılmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Kəsilmək, kəsilib ayrılmaq, qopmaq, qopub düşmək. İp qırıldı. Düymə qırılıb düşdü. – …Taxılın sünbülləri ayaq üstə durduğu yerdə bilmirsən nədənsə qırılıb düşür yerə. C.Məmmədquluzadə. 2. Birdən kəsilmək, əlaqə kəsilmək. Söhbət ortada qırıldı. Əlaqə qırıldı. 3. Sınmaq, parçalanmaq, tikə-tikə olmaq. Pəncərənin şüşəsi qırıldı. Qablar əlindən düşüb qırıldı. Saat düşüb qırıldı. – İnək qoca idi. Bir buynuzu da dibindən qırılmışdı. C.Məmmədquluzadə. Qılıncı qırılmış, papağı itmiş polis nəfərləri tələdən qurtulmuş tülkü kimi qaçırdılar. M.S.Ordubadi. 4. məc. İncimək, sınmaq, xatirinə dəymək. Qəlbi qırılmaq. Könlü qırılmaq. 5. Kütləvi surətdə tələf olmaq, məhv olmaq, ölmək. Quşlar soyuqdan qırıldı. Görülən tədbirlər nəticəsində siçanların hamısı qırıldı. – [Üçüncü kəndli:] Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi, nə qədər adam qırıldı. Ə.Haqverdiyev. [Pirqulu:] Onsuz da ki acından ölürük, qoy birdəfəlik qırılaq. C.Cabbarlı. 6. Ağrımaq; sümüklərdə ağrı, sızı, əzginlik hiss etmək. Bədənim bütün qırılır. – Onun sümükləri qırılırdı. Bir qədər də yorğana büründü, titrəməyə düşdü. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / qırılmaq

qırılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qırılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. ломаться, разбиваться; 2. оборваться; 3. вымирать, передохнуть, падать, пасть, истребляться, погибнуть (поголовно или во множестве); 4. вырубаться (о лесе);

    Azərbaycanca-rusca lüğət / qırılmaq
  • 2 глаг. 1. ломаться, сломаться. Buz qırıldı лёд сломался, paslı mismar qırıldı ржавый гвоздь сломался 2. разбиваться, разбиться, раскалываться, расколоться, раздрабливаться, раздробиться на куски. Butulka qırıldı бутылка разбилась 3. разрываться, разорваться, обрываться, оборваться. Kanat qırıldı канат оборвался 4. вырубаться, быть вырубленным. Meşə qırılır лес вырубается 5. болеть, безл. ломить. Sümüklərim qırılır кости ломит 6. вымирать, вымереть. Qəbilə qırılıb племя вымерло 7. дохнуть, передохнуть, издохнуть. Milçəklər qırılır мухи дохнут 8. гибнуть, погибнуть, погибать, быть убитым. Düşmənlə döyüşdə qırılmaq погибнуть в бою с врагом (о множестве убитых) ◊ qəlbi (könlü) qırılmaq kimdən обидеться на кого

    Azərbaycanca-rusca lüğət / qırılmaq

qırılmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to get* / to be* broken; 2. to be* breakable: Bu vallar tez qırılandır These records are breakable; 3. to die out, to be* killed: döyüşdə / vuruşmada ~ to be* killed in battle; Bütün heyvanlar qırıldı All the animals died out; 4. (meşə və s.) to be* cut down, to be* felled, acından ~ to be* starved, to die from starvation: ◊ gülməkdən ~ to have* one’s sides ache / split with laughter; Bədənim qırılır I am not feeling up to much; Sizi qırılın! A murrian on you!

    Azərbaycanca-ingiliscə lüğət / qırılmaq

qırılmaq sözünün fransız dilinə tərcüməsi

qırılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. атӀун, кӀар хьун, кьатӀ хьун; sap qırıldı гъал атӀана; sap üzülən yerdən qırılar. Ata. sözü еб шуькlуь чкадилай кьатl жеда; 2. атӀун, алакъа атӀун; 3. хун; кӀус-кӀус хьун; 4. пер. хун, бейкеф хьун, хатурда акьун; qəlbi qırılmaq рикӀ хун; 5. кьин, телеф хьун, кӀармаш хьун, къирмиш хьун (гзаф инсанар, къушар ва мс. санал); 6. тӀа хьун, тӀал гьатун, тӀал къачун, зуз къачун, кӀарабра тӀал, зуз, гьалсузвал гьисс авун.

    Azərbaycanca-ləzgicə lüğəti / qırılmaq

Oxşar sözlər

#qırılmaq nədir? #qırılmaq sözünün mənası #qırılmaq nə deməkdir? #qırılmaq sözünün izahı #qırılmaq sözünün yazılışı #qırılmaq necə yazılır? #qırılmaq sözünün düzgün yazılışı #qırılmaq leksik mənası #qırılmaq sözünün sinonimi #qırılmaq sözünün yaxın mənalı sözlər #qırılmaq sözünün əks mənası #qırılmaq sözünün etimologiyası #qırılmaq sözünün orfoqrafiyası #qırılmaq rusca #qırılmaq inglisça #qırılmaq fransızca #qırılmaq sözünün istifadəsi #sözlük