qıvrılmaq sözü azərbaycan dilində

qıvrılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qıvrılmaq • 84.6154%
  • QIVRILMAQ • 7.6923%
  • Qıvrılmaq • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qıvrılmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Qıvrıq hala gəlmək, qıvrıq şəkil almaq; burulmaq, buruq-buruq olmaq. Saçları qıvrılmaq. – Onun … bir tutumluq ağ saqqalı ətsiz çənəsi üzərindən boğazına doğru qıvrılaraq uzanmışdı. A.Şaiq. [Tutubəyimin] iri hörüyü ilan kimi ağ yastığın üstündə qıvrıldı. Çəmənzəminli. // Təşbehlərdə. Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm; Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm. S.Ə.Şirvani. 2. Halqa şəklində burulmaq, bükülmək, büzüşmək, yaxud bir tərəfdən o biri tərəfə əyilmək. İlan qıvrılıb yatmışdı. – Hüseynqulu ağa dal tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. S.S.Axundov. 3. Qatlanmaq, bükülmək, bürüşmək, büzüşmək. Soyuqdan yarpaqlar qıvrılmışdır. 4. Ağrıdan, sancıdan, hirsdən və s.-dən əyilib bükülmək, yığılmaq, büzüşmək (bədən haqqında). Xəstə dəhşətli ağrıdan qıvrılırdı. – İki cəngavər, ilan vurmuş kimi, yerində qıvrılan yasavulbaşını … sicimlə çinarın gövdəsinə sarıdılar. M.Rzaquluzadə. // məc. Əziyyət çəkmək, əzab çəkmək, iztirab çəkmək. Fəxrəddin bu qədər əzici fikirlərin təsirindən qıvrıldığı zaman, oxuyan qız da … qəzəlləri oxumağa başladı. M.S.Ordubadi. 5. Düz olmayan, əyri-üyrü, dalğavari şəkildə uzanıb gedən şey haqqında. Qəhrəman … şəhərə girən yolun ağzına çıxır, uzaqdan qıvrılıb gələn yola tamaşa edirdi. S.Rəhimov. Ayağımız altında ilan-ilan qıvrılan çaylar var. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / qıvrılmaq

qıvrılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qıvrılmaq sözünün antonimləri (əks mənalı sözlər)

qıvrılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. корчиться, съеживаться, свертываться; 2. извиваться; 3. завиваться;

    Azərbaycanca-rusca lüğət / qıvrılmaq
  • 2 глаг. 1. виться, завиваться, завиться, кудрявиться, курчавиться, кучерявиться. Onun saçları qıvrılırdı волосы у него завивались 2. извиваться, извиться (принимать, принять кольцеобразное положение). İlan kimi qıvrılmaq извиваться змеей (как змея) 3. свёртываться, сворачиваться (ложиться, укладываться, согнувшись кольцом, кружком), свернуться. Qıvrılıb yatmaq свернуться кренделем 4. съёживаться, съежиться, стягиваться, стянуться, сжиматься, сжаться, морщиться, сморщиться. Yarpaqlar qıvrılıb листья съёжились 5. корчиться (судорожно искривляться, изгибаться в корчах), скорчиться. Ağrıdan qıvrılmaq корчиться от боли

    Azərbaycanca-rusca lüğət / qıvrılmaq

qıvrılmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (ilan və s.) to snake, to twist, to coil, to roll; İlan qıvrıldı The snake coiled up; Kirpi qıvrıldı The hedgehog rolled itself into a ball; 2. (ağrıdan) to writhe, to be* doubled; ağrıdan ~ to writhe with pain, to be* doubled up 3. (saç) to curl, to get / to become* curled; 4. (yol, çay) to wind, to twist, to meander; Yol qıvrılır The road winds

    Azərbaycanca-ingiliscə lüğət / qıvrılmaq

qıvrılmaq sözünün fransız dilinə tərcüməsi

qıvrılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. бурма хьун, элкъвей гьалдиз атун, элкъуьн (мес. чӀарар); 2. алчуд хьун, алчуд хьана кӀватӀ хьун (мес. гъуьлягъ); 3. агаж хьун, кӀватӀ хьун, алчуд хьун, шуьткьуьн (мес. пешер); 4. акӀаж хьун, кӀватӀ жез ахъа хьун (тӀалдик, хъиляй ва мс.); 5. пер. азаб чӀугун, азият чӀугун; 6. дуьз тушир, къекъвеяр авай, кутӀам затӀунин (мес. вацӀ, рехъ ва мс.) гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / qıvrılmaq

qıvrılmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#qıvrılmaq nədir? #qıvrılmaq sözünün mənası #qıvrılmaq nə deməkdir? #qıvrılmaq sözünün izahı #qıvrılmaq sözünün yazılışı #qıvrılmaq necə yazılır? #qıvrılmaq sözünün düzgün yazılışı #qıvrılmaq leksik mənası #qıvrılmaq sözünün sinonimi #qıvrılmaq sözünün yaxın mənalı sözlər #qıvrılmaq sözünün əks mənası #qıvrılmaq sözünün etimologiyası #qıvrılmaq sözünün orfoqrafiyası #qıvrılmaq rusca #qıvrılmaq inglisça #qıvrılmaq fransızca #qıvrılmaq sözünün istifadəsi #sözlük