qovrulmaq sözü azərbaycan dilində

qovrulmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qovrulmaq • 93.7500%
  • Qovrulmaq • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qovrulmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Susuz olaraq yalxı və ya yağda od üstündə bişib qızarmaq. [Xudayar bəy:] Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir. C.Məmmədquluzadə. 2. məc. Yanmaq. Gündə qovrulmaq. – …Yaz ki, mən Əzim oğlu Qədim pambığıma su istəyirəm, torpağım qovrulur. S.Rəhimov. Gün altında qovrulan böyük, quru çöldə təndirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bürüyürdü. Mir Cəlal. 3. məc. Əzab çəkmək, acıq çəkmək, iztirab və işgəncə içində olmaq (bəzən “qovrulub-yanmaq” şəklində işlənir). O bütün gecəni acığından qovrulurdu. Həsrətdən qovrulmaq. – Sanki mən bədbəxt bu düşüncələr və bu kədərlərin içində qovrulmaq üçün doğuldum. M.S.Ordubadi. Fəridə bütün gecəni qovrula-qovrula (z.) qaldı. A.Şaiq. Bir ağrı başladı, qovrulub-yandım; Ağrıyır deməyə bəzən utandım. Ə.Cavad.

    Azərbaycan dilinin izahlı lüğəti / qovrulmaq

qovrulmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. жариться; 2. корчиться; 3. перен. сильно беспокоиться;

    Azərbaycanca-rusca lüğət / qovrulmaq
  • 2 глаг. 1. жариться: 1) подвергаться жарению, обжариться, быть обжаренным. Ət qovrulur мясо жарится 2) разогреться (на солнце); находиться в жарком месте. Günəşin altında qovrulmaq жариться на солнце 2. перен. корчиться, изгибаться в корчах, судорогах. Ağrıdan qovrulmaq корчиться от боли 3. перен. сильно беспокоиться, глубоко переживать

    Azərbaycanca-rusca lüğət / qovrulmaq

qovrulmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to be* fried / roasted / broiled; to fry, to roast, to broil; 2. məc. writhe, squirm; to be* writhed / squirmed; ağrıdan ~ to writhe with pain; günəşdə ~məc. to bask in the sun, to roast oneself

    Azərbaycanca-ingiliscə lüğət / qovrulmaq

qovrulmaq sözünün fransız dilinə tərcüməsi

qovrulmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чурун, хъукъун, чрана яру хьун, къавурмиш хьун (яд галачиз, цӀал ва я гъеридал); 2. пер. алугун; ккун (мес. ракъиник ва я кьурагьвиляй); 3. пер. ккун, алугун (мес. хъиляй, дердинай ва мс.), азаб чӀугун, азабдик хьун, кузни-хъукъваз амукьун; 4. пер. акӀаж хьун, агаж жез ахьа хьун (тӀалдик, тӀарвилик).

    Azərbaycanca-ləzgicə lüğəti / qovrulmaq

Oxşar sözlər

#qovrulmaq nədir? #qovrulmaq sözünün mənası #qovrulmaq nə deməkdir? #qovrulmaq sözünün izahı #qovrulmaq sözünün yazılışı #qovrulmaq necə yazılır? #qovrulmaq sözünün düzgün yazılışı #qovrulmaq leksik mənası #qovrulmaq sözünün sinonimi #qovrulmaq sözünün yaxın mənalı sözlər #qovrulmaq sözünün əks mənası #qovrulmaq sözünün etimologiyası #qovrulmaq sözünün orfoqrafiyası #qovrulmaq rusca #qovrulmaq inglisça #qovrulmaq fransızca #qovrulmaq sözünün istifadəsi #sözlük