qurulmaq sözü azərbaycan dilində

qurulmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qurulmaq • 90.7692%
  • Qurulmaq • 6.1538%
  • QURULMAQ • 3.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.43
2013 •••••••••••••••••••• 0.44
2015 •••••••• 0.17
2019 ••••••••••••• 0.28

qurulmaq sözünün leksik mənası və izahı

  • 1 məch. 1. Yaradılmaq, təşkil edilmək, meydana gətirilmək. – [Almaz:] Bu gözəl çəmənləri, çiçəkləri, bu sərin suları, bu yeni qurulan aləmi qoyub ölmək olar? C.Cabbarlı. // Tikilmək, bina edilmək, inşa edilmək, təsis edilmək. Sədd qurulmaq. Səngər qurulmaq. Zavod qurulmaq. – Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sahil lampaları alışacaq çıraq-çıraq. S.Vurğun. 2. Əsaslandırılmaq. Planlar həqiqi imkanlar əsasında qurulmuşdur. Roman həyatdan alınma hadisələr üzərində qurulmuşdur. 3. Düzəldilmək, tərtib edilmək, hazırlanmaq, təşkil edilmək. Danabaş kəndində üç yerdə matəm qurulubdur. C.Məmmədquluzadə. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli. Bir yay axşamında Rübabəgilin böyük zalında toy məclisi qurulmuşdu. Mir Cəlal. 4. Yayı, mexanizmi burularaq işə salınmaq. Saat axşamdan qurulmamışdır. – Hacı Ağa, bağışlayasız, mənim alafranqa saatım günortadan-günortaya qurulur. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qurulmaq

qurulmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qurulmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QURULMAQ – DAĞILMAQ Nuxada yeni fabriklər, zavodlar qurulmuşdu (İ.Əfəndiyev); Ağlım başımda olmadığından dəzgahda qəzaya yol vermişdim, hər şeyi sınıb dağılmışdı (S.Qədirzadə). QURULMAQ – SÖKÜLMƏK Yeni axar çaylar üzrə dəmir körpü qurulacaq; Yeni sahil lampaları alışacaq çıraq-çıraq (S.Vurğun); Köhnə, uçuq körpülər söküldü.

    Azərbaycan dilinin antonimlər lüğəti / qurulmaq

qurulmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. строиться, сооружаться; 2. быть заведенным (о механизме часов);

    Azərbaycanca-rusca lüğət / qurulmaq
  • 2 глаг. 1. строиться, быть построенным, сооружаться, быть сооружённым 2. заводиться, быть заведённым (о механизме часов). Saat nə vaxt qurulub? когда заведены часы? 3. устанавливаться, быть установленным; yenidən qurulmaq реконструироваться, быть реконструированным; перестраиваться, быть перестроенным

    Azərbaycanca-rusca lüğət / qurulmaq

qurulmaq sözünün inglis dilinə tərcüməsi

qurulmaq sözünün fransız dilinə tərcüməsi

qurulmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 məch. 1. яратмишнаваз хьун; туькӀуьрнаваз (эцигнаваз, арадал гъанваз, тешкил авунваз, гьазурнаваз, авунваз) хьун; 2. бинеламиш хьанваз хьун; 3. къурмишнаваз хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qurulmaq

"qurulmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurulmaq nədir? #qurulmaq sözünün mənası #qurulmaq nə deməkdir? #qurulmaq sözünün izahı #qurulmaq sözünün yazılışı #qurulmaq necə yazılır? #qurulmaq sözünün düzgün yazılışı #qurulmaq leksik mənası #qurulmaq sözünün sinonimi #qurulmaq sözünün yaxın mənalı sözlər #qurulmaq sözünün əks mənası #qurulmaq sözünün etimologiyası #qurulmaq sözünün orfoqrafiyası #qurulmaq rusca #qurulmaq inglisça #qurulmaq fransızca #qurulmaq sözünün istifadəsi #sözlük