vurulmaq sözü azərbaycan dilində

vurulmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vurulmaq • 94.2446%
  • Vurulmaq • 4.6763%
  • VURULMAQ • 1.0791%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2003 ••••••••••••• 0.79
2006 ••••••••••••••• 0.90
2007 •••••••••••••••••••• 1.27
2009 •••••• 0.32
2010 ••••••••••••• 0.82
2011 •••••• 0.34
2012 ••• 0.17
2013 ••••••• 0.44
2015 ••• 0.17

vurulmaq sözünün leksik mənası və izahı

  • 1 məch. 1. Zərbə endirilmək. Ağac ilə vurulmaq. // Döyülmək, kötəklənmək. 2. Çalınmaq, qaxılmaq, soxulmaq. Paya vurulmaq. Taxtaya iki mıx vurulmuşdur. 3. Güllə ilə vurulub öldürülmək. Ovda ikicə quş vuruldu. – Üzvlərdən Hacı Mirzə Həsən vuruldu. M.S.Ordubadi. Kəndxuda çox qorxaq adamdı. Uryadnikin vurulmağı onu büsbütün haldan çıxarmışdı. M.Hüseyn. // Güllə ilə və ya başqa bir şeylə vurulub yaralanmaq. Ceyran ayağından vurulmuşdur. 4. Dayadılmaq, qoyulmaq, dirədilmək. Dəstək vurulmaq. Dayaq vurulmaq. 5. Taxılmaq, keçirilmək, bağlanmaq. Cidar vurulmaq. Buxov vurulmaq. 6. Sərrast atılaraq toxundurulmaq, dəydirilmək. Hədəf vurulmuşdur. // Güllə və s. ilə zədələnmək. Vurulan təyyarə qudurmuş it kimi ulaya-ulaya yerə getdi. Ə.Vəliyev. 7. Yüklənmək, yığılmaq, qoyulmaq, doldurulmaq. Vaqonlara yük vurulub qurtardı. Maşına iki ton yük vurulmuşdur. Anbarlara on tonlarla buğda vurulub. 8. Taqqıldadılmaq, döyülmək. Səhər çay içərkən qapı vuruldu. M.S.Ordubadi. 9. Çalınmaq, eşidilmək. Zəng vuruldu. Bir neçə dəqiqə sonra qulluqçu Rüstəmbəyin yanına qonaq gəldiyini xəbər verdi. Çəmənzəminli. Üçüncü zəng vurulurdu. Camaat tamaşa zalına axışdı. S.Rəhman. 10. Sürtülmək, çəkilmək, yaxılmaq. Qapıya təzə rəng vurulmalıdır. 11. Yapışdırılmaq, asılmaq, bənd edilmək. Divarlara elan vurulmuşdur. – Kinoların qabağına nümayiş etdirilən filmlərin şəkilləri vurulmuşdu. M.İbrahimov. Qəhvəyi telefon qutusu Miçurinin portretinin düz altından divara vurulmuşdu. M.Hüseyn. 12. riyaz. Artırılmaq, zərb edilmək. İki beşə neçə dəfə vurulmuşdur? İyirmi ikiyə vurulanda qırx alınır. 13. Calanmaq, aşılanmaq. Calaq vurulmaq. Qələm vurulmaq. Aşı vurulmaq. 14. Kəsilmək, kəsilib gödəldilmək, qısaldılmaq. Paltonun ətəkləri bir qədər vurulmalıdır. 15. Cihaz və s. vasitəsilə yeridilmək (maye, hava, qaz və s.). Balona hava vurulmaq. Nasosla su vurulmaq. İynə vurulmaq. 16. dan. Bir vahid əsas götürülərək hesablanmaq. [Soltan:] Hədiyyələri hesabladım. Qızıla vurulsa, beş yüz min dinar qiyməti var. M.Hüseyn. 17. Bir sıra isimlərin yanına gətirilərək ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: yamaq vurulmaq (yamaqlanmaq), nal vurulmaq (nallanmaq), əl vurulmaq (toxunulmaq).

    Azərbaycan dilinin izahlı lüğəti / vurulmaq
  • 2 f. Bənd olmaq, aşiq olmaq, məftun olmaq, həddindən artıq sevmək. Qazamat qulluqçularından birisi Həcərə vurulur. “Qaçaq Nəbi”. [Əsgər] isə Züleyxanın sərv qamətinə vurulmuşdu. C.Cabbarlı. Can, usta, mən bir çəlik yay kimi qurulmuşam; Ürəkdən ahugözlü bir qıza vurulmuşam. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / vurulmaq

vurulmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

vurulmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 VURULMAQ I f. Zərbə endirilmək, çalınmaq, güllə ilə vurulub öldürülmək və s. Üzvlərdən Hacı Mirzə Həsən vuruldu (M.S.Ordubadi). VURULMAQ II f. Bənd olmaq, aşiq olmaq, məftun olmaq. Can, usta, mən bir çəlik yay kimi qurulmuşam; Ürəkdən ahugözlü bir qıza vurulmuşam (M.Müşfiq).

    Azərbaycan dilinin omonimlər lüğəti / vurulmaq

vurulmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. быть раненным или убитым; 2. подвергаться ударам; 3. мат. умножаться; 4. влюбиться, плениться;

    Azərbaycanca-rusca lüğət / vurulmaq
  • 2 1 глаг. 1. подвергатся ударам, быть побитым 2. забиваться, быть забитым. Taxtaya mıx vuruldu в доску забит гвоздь 3. быть убитым, сражённым. Güllə ilə vuruldu он сражён пулей 4. сбиваться, быть сбитым. Düşmən təyyarəsi vuruldu вражеский самолёт сбит 5. поражаться, быть поражённым. Hədəf vuruldu цель поражена 6. ставиться, быть поставленным. Dayaq vuruldu поставлена подпорка 7. вывешиваться, быть вывешенным, (выставляться, быть выставленным). Afişalar vuruldu вывешены афиши, siyahı vuruldu список вывешен 8. мат. множиться, быть умноженным 2 глаг. влюбляться, быть влюблённым, влюбиться. Qəlbdən vuruldu он всей душой влюбился

    Azərbaycanca-rusca lüğət / vurulmaq

vurulmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (öldürülmək) to be* killed; 2. (hədəf) to be* hit; 3. (sevmək) to fall* in love (with), to lose* one’s heart (to); 4. riyaz. to be* multiplied

    Azərbaycanca-ingiliscə lüğət / vurulmaq

vurulmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) être tué, -e (və ya frappé, -e, atteint, -e)(öldürülmək) ; 2) être atteint, -e (və ya terrassé, -e) ; être visé, -e (hədəf) ; 3) éprendre (s’) de qn/qch, coiffer (se) de qn, devenir vi (ê)(və ya tomber vi (ê) amoureu//x, -se de qn ; amouracher (s’), toquer (se) de qn fam(sevmək) ; ilk baxışdan ~ avoir le coup de foudre 4) riyaz. être multiplié, -e

    Azərbaycanca-fransızca lüğət / vurulmaq

vurulmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 məch. 1. янваз хьун; ягъун; 2. гатанваз хьун; гатун; 3. мат. зарб авунваз хьун, артухарнаваз хьун; 4. илигнаваз хьун, илигун (кӀалам, тӀур); 5. атӀана куьруь авун (авунваз хьун), атӀун.

    Azərbaycanca-ləzgicə lüğəti / vurulmaq
  • 2 гл. кӀан хьун, ашукь хьун, бенд хьун, кьару хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / vurulmaq

"vurulmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vurulmaq nədir? #vurulmaq sözünün mənası #vurulmaq nə deməkdir? #vurulmaq sözünün izahı #vurulmaq sözünün yazılışı #vurulmaq necə yazılır? #vurulmaq sözünün düzgün yazılışı #vurulmaq leksik mənası #vurulmaq sözünün sinonimi #vurulmaq sözünün yaxın mənalı sözlər #vurulmaq sözünün əks mənası #vurulmaq sözünün etimologiyası #vurulmaq sözünün orfoqrafiyası #vurulmaq rusca #vurulmaq inglisça #vurulmaq fransızca #vurulmaq sözünün istifadəsi #sözlük