* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Xilas olmaq, azad olmaq, nicat tapmaq; canını xilas etmək. Can nə quşdur ki, qurtula deyəsən; Ənbərin zülfünün duzağından. Nəsimi. [Əvvəlinci ərizəçi:] …Bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. M.F.Axundzadə. Qızılquş pəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik, qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq. [Qorxmaz:] Biz bu ərəb yırtıcılarından, bu vəhşi elbəyilərdən qurtulmalıyıq. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / qurtulmaq1 QURTULMAQ [Təpəgöz:] Oğlan, qurtuldunmu? – dedi (Anar); AZAD OLMAQ Arif çalışır ki, millət azad olsun.. (M.Ə.Sabir); CANINI QURTARMAQ ..Aslan kişi mətləbə dəxli olmayan müxtəsər bir cavabla canını qurtarmaq istədi (Ə.Vəliyev); XİLAS OLMAQ Veysəl tələdən nə cür xilas olmaq haqqında düşünərkən, qaranlıqdan kimsə soruşdu (Ə.Vəliyev); QURTARMAQ Torpağa sürtmüşdü üzün, həm gözün; Qurtara bilməzdi ölümdən özün (A.Səhhət); NİCAT TAPMAQ.
Azərbaycan dilinin sinonimlər lüğəti / qurtulmaq1 QURTULMAQ – TUTULMAQ Biz bu ərəb yırtıcılarından, bu vəhşi əlbəyilərdən qurtulmalıyıq (C.Cabbarlı); Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu işin səbəbini bilmək istəyirdilər (İ.Şıxlı).
Azərbaycan dilinin antonimlər lüğəti / qurtulmaq1 f. 1. to become* free, to free oneself; 2. to save oneself, to run* away, to escape; Biz zorla / güclə qurtulduq We had a narrow escape
Azərbaycanca-ingiliscə lüğət / qurtulmaq1 f. sauver (se), échapper vi à ; délivrer (se), débarrasser (se)
Azərbaycanca-fransızca lüğət / qurtulmaq1 гл. хилас хьун, азад хьун, хкатун; ччан хилас авун, вич хкудун.
Azərbaycanca-ləzgicə lüğəti / qurtulmaq