qurtarmaq sözü azərbaycan dilində

qurtarmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qurtarmaq • 99.1888%
  • Qurtarmaq • 0.5408%
  • QURTARMAQ • 0.2704%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.93 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 •••••••••••••••••••• 11.42
2004 •••••••••••• 6.74
2005 ••••••••• 4.72
2006 ••••••••••••• 7.21
2007 •••••• 3.38
2008 •••••• 3.17
2009 •••••••••••• 6.72
2010 •••••••••••••• 7.53
2011 •••••••••• 5.58
2012 •••••••••••••••••• 10.07
2013 •••••••••••••••• 8.90
2014 •••••••••••••••• 8.75
2015 ••••••• 3.74
2016 •••••••••• 5.55
2017 ••••• 2.76
2018 •••• 2.10
2019 ••••• 2.50
2020 ••••••• 3.98

qurtarmaq sözünün leksik mənası və izahı

  • 1 1. t-li. Bitirmək, axıra çatdırmaq, tamamlamaq. İşini görüb qurtarmaq. Məktəbi qurtarmaq. Söhbəti qurtarmaq. – Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı. M.İbrahimov. 2. t-siz. Bitmək, tamamlanmaq, axıra çatmaq. İvanov mənə dedi ki, Kərbəlayı, … yaxşısı budur ki, sənə taxtapuşda yer salaq, orada dava qurtarınca yat. Çəmənzəminli. İclas axşam saat 9-da qurtardı. Ə.Vəliyev. 3. t-siz. Tükənmək. Köhnə taxıl qurtarmışdır. Pullar xərclənib qurtarmışdır. 4. t-li. Xilas etmək, azad etmək, nicat vermək. Dənizdə boğulanı qurtarmaq. O, yoldaşını ölümdən qurtardı. – Mey götür, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadən tövbəkarəm, doğrusu. Kişvəri. Dünyada elə sular var ki, insanı ölümdən qurtarar, məsələn, Qafqazda mədən suları. C.Məmmədquluzadə. [Ağa:] Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar. Ə.Haqverdiyev. // t-li. Ağır, çətin, pis, çıxılmaz vəziyyətdən çıxarmaq. [Odunçu oğlu:] O qız xeylağı ki burda əsirdir, baba onu da qurtarmaq üçün mənə kömək eləsəydin… Ə.Məmmədxanlı. 5. t-siz. Xilas olmaq, özünü xilas etmək, qurtulmaq, nicat tapmaq. İran şahları və başqaları … düşməndən qaçıb qurtarmaq məqsədi ilə bu əcaib ölkəsi olan Qafqaza pənah gətirirdilər. A.Bakıxanov. Kürəkçilər bu ağır əzabdan, bu ömürlük zindandan … qurtarmaq üçün yeganə bir çarə tapmışdılar. M.Rzaquluzadə. Bir nəfərin zindandan qurtarması … [Firidunu] sevindirdi. M.İbrahimov. 6. t-siz. Ölmək, keçinmək. Xəstə artıq qurtardı. – Amma anam onların köçməyini eşitcək, qurtaracaq, yəqin bil ki, haman dəqiqə keçinəcək. C.Məmmədquluzadə. ◊ Qurtardı getdi! – vəssalam! [Mirzə Səməndər:] Bu məktəbin ixtiyarı məndədir, yox? Çıxart bu saat bu maşınları buradan, qurtardı getdi! C.Cabbarlı. Sözün qurtaranı – deyilənlərə yekun vurmaq üçün işlənir – xülasə, müxtəsər, bir sözlə. Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qurtarmaq

qurtarmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 4 1. QURTARMAQ ..Qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı (M.İbrahimov); AXIRA ÇATDIRMAQ [Azər:] Çünki sən, axı, başqasının işini axıra çatdırmısan (Ə.Kərim); BAŞA VURMAQ ..yenicə başa vurduğu elmi əsərin taleyini xəbər aldı (Ə.Babayeva); BİTİRMƏK Hacı.. yeməyini bitirdikdən sonra yenə öz otağına çəkilər, qapını içəridən bağlardı (A.Şaiq); TAMAM ETMƏK Nurəddin nağılı tamam edib Rəhimdən təvəqqe elədi ki, evlərinə, Baharın yanına göndərsin (S.S.Axundov); TAMAMLAMAQ Kosaoğlu səsini uzadıb sözünü mənalı bir tərzdə tamamladı (İ.Şıxlı); SONA YETİRMƏK (ÇATDIRMAQ) Hər kəs öz işini sona yetirdi; Kimsə bu dünyada arzu qoymadı (M.Müşfiq); YEKUN VURMAQ Bəxtiyar ..söhbətinə yekun vurdu (A.Şaiq). 2. QURTARMAQ [Qulu:] ..dəxi işin qurtardı; bəxtin çəkdi.. (N.Vəzirov); BAŞA ÇATMAQ Mühəndis Haqverdizadənin bütün hazırlıq işləri başa çatmışdı (S.Rəhimov); BİTMƏK Orucluq müvəffəqiyyətlə bitmişdi) (S.Hüseyn); SONA YETMƏK Məclis sona yetdi (B.Bayramov); BİTİRİLMƏK, SONA YETİRİLMƏK, TAMAM OLMAQ, TAMAMLANMAQ. 3. qurtarmaq bax qurtulmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / qurtarmaq

qurtarmaq sözünün antonimləri (əks mənalı sözlər)

qurtarmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. кончить, кончать, окончить, закончить; 2. завершить, завершать; 3. избавлять, освобождать, избавиться, освободиться; 4. выручать, выручить; 5. спасать, спастись;

    Azərbaycanca-rusca lüğət / qurtarmaq
  • 2 глаг. 1. кончать, кончить, оканчивать, окончить, заканчивать, закончить, завершать, завершить. Təmiri qurtarmaq закончить ремонт, işləri qurtarmaq кончить дела, universiteti qurtarmaq окончить университет 2. кончаться, кончиться, оканчиваться, окончиться, заканчиваться, закончиться, завершаться, завершиться. Yoxlama qurtardı проверка закончилась, dərs qurtardı урок кончился 3. иссякать, иссякнуть. Pul qurtardı иссякли (кончились) деньги 4. kiminədən избавлять, избавить, спасать, спасти, освобождать, освободить кого от чего 5. выручать, выручить кого, помочь к ому в трудных обстоятельствах. Dostunu qurtarmaq выручить друга 6. избавляться, избавиться, освобождаться, освободиться, спасаться, спастись. Ölümdən qurtarmaq спастись от смерти 7. перен. разг. умереть, скончаться (обычно о тяжело больных). Xəstə qurtardı больной скончался 8. родить, освободиться от бремени ◊ qurtardı getdi и всё, и точка

    Azərbaycanca-rusca lüğət / qurtarmaq

qurtarmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to finish (d.), to end (d.), to put* an end (to d.); (ali məktəbi) to graduate (from); məktəb ~ to finish school, to leave* school; universitet ~ to graduate from the university; məktubu ~ to end one’s letter; 2. (xilas etmək) to save, to rescue (d. from); bir kəsi ölümdən / təhlükədən ~ to save smb. from death / danger; bir adamı boğulmaqdan ~ to rescue a man from drowning; 3. (tamamlıqsız) to get* / to become* free; to be* over, to end; Məclis geçəyarı qurtardı The party ended at midnight; Dərs qurtardı The lesson is over

    Azərbaycanca-ingiliscə lüğət / qurtarmaq

qurtarmaq sözünün fransız dilinə tərcüməsi

qurtarmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. куьтягьун, тамамарун, акьалтӀарун (мес. школа, ихтилат); 2. куьтягь хьун (мес. пул, техил); тамам хьун, акьалтӀун (мес. дяве, ижлас); 3. хкудун, хилас авун (мес. рекьиникай); // залан, пис, четин везиятдай акъудун; 4. хилас хьун, вичи-вич хилас авун, хкатун; 5. куьтягь хьун, кьин; ** qurtardı getdi! куьтягь хьана феъ!(фена!), вассалам; sözün qurtaranı куьрелди, са гафуналди.

    Azərbaycanca-ləzgicə lüğəti / qurtarmaq

qurtarmaq sözünün türk dilinə tərcüməsi

"qurtarmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurtarmaq nədir? #qurtarmaq sözünün mənası #qurtarmaq nə deməkdir? #qurtarmaq sözünün izahı #qurtarmaq sözünün yazılışı #qurtarmaq necə yazılır? #qurtarmaq sözünün düzgün yazılışı #qurtarmaq leksik mənası #qurtarmaq sözünün sinonimi #qurtarmaq sözünün yaxın mənalı sözlər #qurtarmaq sözünün əks mənası #qurtarmaq sözünün etimologiyası #qurtarmaq sözünün orfoqrafiyası #qurtarmaq rusca #qurtarmaq inglisça #qurtarmaq fransızca #qurtarmaq sözünün istifadəsi #sözlük