qoyulmaq sözü azərbaycan dilində

qoyulmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qoyulmaq • 96.9925%
  • Qoyulmaq • 2.2556%
  • QOYULMAQ • 0.7519%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qoyulmaq sözünün leksik mənası və izahı

  • 1 məch. 1. Bir yerə yerləşdirilmək; düzülmək. Kitabların hamısı şkafa qoyuldu. – Bir azdan sonra stol üzərinə qələm, kağız və mürəkkəb qoyuldu. M.S.Ordubadi. Sürahilər şərbət və şərablarla doldurulub, sərin bulaqlara qoyulmuş(du). M.Rzaquluzadə. 2. Əmanət verilmək, saxlanmaq üçün verilmək. Pullar əmanət kassasına qoyulmuşdur. 3. İcazə verilmək, müsaidə edilmək, rüsxət verilmək, imkan verilmək, buraxılmaq. Heç kəs içəri qoyulmur. Zala adam qoyulmur. 4. Oxumaq, işləmək və s. üçün bir yerə göndərilmək, verilmək, düzəldilmək. Uşaqların üçü də məktəbə qoyulmuşdur. 5. Saxlanmaq, təxirə salınmaq, ləngidilmək, keçirilmək. İclas sabaha qoyulmuşdur. 6. Tapşırılmaq, həvalə edilmək. Üzərimizə çox məsul vəzifələr qoyulmuşdur. Siyahını tutmaq onun öhdəsinə qoyulmuşdur. 7. Yüklənmək, vurulmaq. Arabalara ağır yük qoyulmuşdur. 8. Təsis edilmək, tikilmək, qurulmaq. Dənizin içində çoxlu buruq qoyulmuşdur. Dünən klub binasının özülü qoyuldu. – Qoyuldu özüllər, boylandı tağlar. M.Müşfiq. 9. Geyilmək, keçirilmək. Başa papaq qoyulmaq. 10. Sərf edilmək, işlənmək. Bu işə çoxlu zəhmət qoyulmuşdur. 11. Bir şeyin üstünə, yaxud arasına yerləşdirilmək, salınmaq, döşənmək. Kompres qoyulmaq. Quyunun ağzına böyük bir daş qoyulmuşdur. 12. Təyin edilmək. Məsul işə qoyulmaq. Növbətçi qoyulmaq. – Kəndin ətrafına qarovul qoyuldu. M.Hüseyn. 13. Həll edilmək, yerinə yetirilmək, yaxud müzakirə üçün irəli sürülmək, təklif edilmək. Məsələ ciddi qoyulmuşdur. 14. Yazılmaq, işarə edilmək. Durğu işarələri düzgün qoyulmamışdır. 15. Düzəldilmək, təşkil edilmək, tərtib edilmək. Bu gecə səhnədə hansı pyes qoyulacaqdır? Təcrübə qoyulmaq. 16. Müəyyən edilmək, qərarlaşdırılmaq, lap ibtidadan verilmək. İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur. M.F.Axundzadə. 17. Saxlanılmaq. Axşama heç bir şey qoyulmayıbdır.

    Azərbaycan dilinin izahlı lüğəti / qoyulmaq
  • 2 Basqın etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Azərbaycan dastanlarının leksikası / qoyulmaq

qoyulmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. становиться, класться, быть поставленным, положенным; 2. допускаться, быть пущенным, допущенным, пропущенным, отпущенным;

    Azərbaycanca-rusca lüğət / qoyulmaq
  • 2 глаг. 1. ставиться, быть поставленным 2. класться, быть положенным 3. оставляться, быть оставленным 4. устанавливаться, быть установленным. Yeni dəzgahlar qoyulur устанавливаются новые станки 5. расставляться, быть расставленным

    Azərbaycanca-rusca lüğət / qoyulmaq

qoyulmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to be* put / placed / set; Kitab rəfə qoyuldu The book was put on the shelf; 2. to be* staged / put on the stage; Bu pyes keçən il səhnəyə qoyuldu This play was put on the stage last year; 3. to be* fixed / set; Qiymət qoyuldu The price was fixed

    Azərbaycanca-ingiliscə lüğət / qoyulmaq

qoyulmaq sözünün fransız dilinə tərcüməsi

qoyulmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 məch. 1. эцигнаваз хьун (мес. пулар кассада); 2. ттунваз хьун, эцигнаваз хьун (мес. улубар шкафда); 3. тунваз хьун, тазваз хьун; heç kəs içəri qoyulmur къенез садни тазвач (ахъайзавач); 4. вегьенваз хьун (мес. ижлас пакамал); 5. тунваз хьун, хвенваз хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qoyulmaq

"qoyulmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qoyulmaq nədir? #qoyulmaq sözünün mənası #qoyulmaq nə deməkdir? #qoyulmaq sözünün izahı #qoyulmaq sözünün yazılışı #qoyulmaq necə yazılır? #qoyulmaq sözünün düzgün yazılışı #qoyulmaq leksik mənası #qoyulmaq sözünün sinonimi #qoyulmaq sözünün yaxın mənalı sözlər #qoyulmaq sözünün əks mənası #qoyulmaq sözünün etimologiyası #qoyulmaq sözünün orfoqrafiyası #qoyulmaq rusca #qoyulmaq inglisça #qoyulmaq fransızca #qoyulmaq sözünün istifadəsi #sözlük