qovuşmaq sözü azərbaycan dilində

qovuşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qovuşmaq • 97.3154%
  • Qovuşmaq • 1.5660%
  • QOVUŞMAQ • 1.1186%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.40 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••••••• 2.36
2004 •••••••••••••• 2.36
2005 •••• 0.67
2006 •• 0.23
2007 ••••• 0.85
2008 ••••••••• 1.46
2009 ••••••••••••• 2.08
2010 •••••••••• 1.54
2011 •••••••••• 1.63
2012 •••••••• 1.29
2013 ••••••••••••• 2.19
2014 •••••••••• 1.54
2015 •••••• 1.02
2016 ••••••••• 1.39
2017 ••••••••• 1.46
2018 ••••••• 1.20
2019 •••• 0.56
2020 ••••••• 1.19

qovuşmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Birləşmək, bitişmək. İki yolun qovuşduğu nöqtə. Çayın qolları kəndin yanında qovuşur. Çayların suyu birbirinə qovuşub axırda dənizə tökülür. – Turşsu çayların içi ilə Araza axır, Kürə qovuşur. S.Rəhimov. 2. məc. Bir şeylə birləşərək onun içində yox olub getmək. Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükdə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn. Sabahın zülməti hər tərəfi qaplamışdı. Qarşıda görünən gündüzkü dağlar indi belə qaynayıb qaranlığa qovuşmuşdu. S.Rəhimov. Qara buludlu göy də, işıqsız yer də hər ikisi bir-birinə qovuşmuşdu. Ə.Məmmədxanlı. // Bir-birinə lap yaxınlaşmaq, birbiri ilə birləşmək, aralarındakı məsafə, sərhəd yox olub getmək, birləşərək bir bütöv şəklini almaq, bitişmək. Yaranın ağzı qovuşub. – Bəzi vaxtda çatlaq zəlzələdən sonra da qalır. Amma bəzi vaxtda onun qıraqları genə gəlib qovuşur. H.Zərdabi. 3. Görüşmək, ayrılıq və hicrandan sonra vüsala çatmaq, birləşmək. [Heydər bəy:] …Biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətini çəkirdik. M.F.Axundzadə. Yaxında hərbi vəzifəni bitirər, yenə də sevimli ailənə qovuşarsan. M.S.Ordubadi. [Qurban] yolda yeriyərək düşünürdü: xoşbəxt adam kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq. // Çatmaq, yetişmək, nail olmaq. Həsrətinə qovuşmuş heyvancıqlar ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq. İllər gəlib keçir, dövran xoş gəlir; Ağ günə qovuşur yenə də vətən. S.Vurğun. Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı. 4. Sağalmaq, ağzı örtülmək, dərisi birləşmək, bitişmək (yara haqqında). Yara sağalıb qovuşmuşdur. 5. Bəzi isimlərin yanına gətirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: qaranlıq qovuşmaq, toran qovuşmaq, əbədiyyətə qovuşmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qovuşmaq
  • 2 qarş. 1. Bir-birini qovmaq, biri digərinin ardınca yüyürmək, bərk qaçmaqda yarışmaq. Uşaqlar həyətdə qaçıb qovuşurlar. 2. At yarışında bir-birini keçməyə, ötməyə, arxada qoymağa çalışmaq. At qovuşmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qovuşmaq

qovuşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qovuşmaq sözünün antonimləri (əks mənalı sözlər)

qovuşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 сходиться, соединиться, примыкать, сливаться

    Azərbaycanca-rusca lüğət / qovuşmaq
  • 2 1 глаг. kimlə, nə ilə 1. сходиться, сойтись, соединяться, соединиться с кем, с ч ем 2. примыкать, примкнуть к чему. Bağ evə qovuşur к дому примыкает сад 3. сливаться, слиться с чем. Çay çaya qovuşur реки сливаются, Araz Kürlə qovuşur Араз сливается с Курой 4. связываться, связаться с кем 5. тех. сопрягаться (скрепляться по способу сопряжения, при котором одна из деталей входит в другую) ◊ qaranlıq qovuşur смеркается, начинает темнеть; əbədiyyətə qovuşmaq отойти в вечность; обрести бессмертие 2 глаг. гнаться друг за другом, перегонять друг друга

    Azərbaycanca-rusca lüğət / qovuşmaq

qovuşmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to join, to unite, to come* together; 2. to join (in marriage), to marry, to meet* again after a long absence; 3. (çay və s.) to interflow, to flow together, to join; ◊ Qaranlıq qovuşur It’s getting dark, Night is drawing on, Night is falling

    Azərbaycanca-ingiliscə lüğət / qovuşmaq

qovuşmaq sözünün fransız dilinə tərcüməsi

qovuşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кукӀун, галкӀун, сад хьун, акахьун (мес. кьве рехъ, кьве вацӀ); 2. сад хьун, (мураддихъ, сад-садахъ) агакьун, санал хьун (мес. кӀанибур); 3. сагъ хъхьун, галкӀун, кухкӀун, сив кӀев хъхьун (хирен); 4. хьун, алукьун; qaranlıq qovuşmaq мичӀи хьун, мичӀ алукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qovuşmaq
  • 2 qarş. 1. сад-садахъ галтугун, сада-садан гуьгъуьниз зверун, сад-садан гуьгъуьниз катун, зверунал (катунал) акъажунар авун; 2. балкӀанар гьалун, балкӀанрал чамарар авун, сада-садлай алудиз, сада-сад гуьгъуьна таз алахъун.

    Azərbaycanca-ləzgicə lüğəti / qovuşmaq

qovuşmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#qovuşmaq nədir? #qovuşmaq sözünün mənası #qovuşmaq nə deməkdir? #qovuşmaq sözünün izahı #qovuşmaq sözünün yazılışı #qovuşmaq necə yazılır? #qovuşmaq sözünün düzgün yazılışı #qovuşmaq leksik mənası #qovuşmaq sözünün sinonimi #qovuşmaq sözünün yaxın mənalı sözlər #qovuşmaq sözünün əks mənası #qovuşmaq sözünün etimologiyası #qovuşmaq sözünün orfoqrafiyası #qovuşmaq rusca #qovuşmaq inglisça #qovuşmaq fransızca #qovuşmaq sözünün istifadəsi #sözlük