* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. dan. Qaldırmaq. [Oruc:] Bəli, tüfəngin çaxmağın yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə. Dilmanc əlindəki kağızı yuxarı qovzayıb başladı oxumağa. C.Məmmədquluzadə. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibildən savayı bir şey görmədim. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / qovzamaq1 Əsli ağzamaq olub. Ağ “yuxarı, yuxarı qalxmaq” mənalarında işlədilib (yüksək, yoxuş sözləri də ağ zəminində yaranıb), təhrif nəticəsində qovzamaq şəklinə düşüb. Qalxmaq sözü də ehtimal ki, ağmaq əsasında əmələ gəlib, çünki qaldırmaq kəlməsinin yerinə mənbələrdə ağdırmaq sözünə rast olmuşam. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qovzamaq