tovlamaq sözü azərbaycan dilində

tovlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tovlamaq • 93.8776%
  • Tovlamaq • 4.0816%
  • TOVLAMAQ • 2.0408%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 0.15

tovlamaq sözünün leksik mənası və izahı

  • 1 f. Tərpətmək, hərəkət etdirmək. [Zamanov] qol-qılçasını tovlayıb boz atı yortdururdu. S.Rəhimov. Hacı istehza ilə əlini tovladı. Mir Cəlal. // Oynatmaq. [Dəli Həsən:] Misri qılınclar tovladıq; Dərin dəryalar boyladıq. “Koroğlu”. Oğlan dedi əzəmətlə: – Mənim də qüvvətim var; Cəbhələrdə at çaparaq qılıncını tovladı. N.Xəzri.

    Azərbaycan dilinin izahlı lüğəti / tovlamaq
  • 2 f. Dilə tutmaq; aldatmaq, başdan çıxarmaq, yoldan çıxarmaq. [Süleyman bəy:] Məni tovlayan çörəkçi Qulunun uşaqları oldular… Ə.Haqverdiyev. Nə qədər müəllim [Tapdığı] tovladı, müəllimin arvadı onu dilə tutdusa da, heç kəsə qulaq asmadı. Ə.Vəliyev. ◊ Başını tovlamaq – bax baş.

    Azərbaycan dilinin izahlı lüğəti / tovlamaq

tovlamaq sözünün etimologiyası

  • 1 1. Ədəbi dilimizdə 2 əsas mənası var: 1.1 “Hərəkət etdirmək”.  1.2 “dilə tut­maq, aldatmaq”. Dialektlərdə (Qazax, Şamaxı..) sözün “eşmək”, “burmaq” mə­na­sı da var. Mənbələrdə “мешалка” anlamını verən tuğlavıc “вертеть” mə­nasında işlədilən tuqlandırqa sözləri vardır. Deməli, sözün hərəkət və eşməklə bağlı mənaları, əslində, dolamaq kəlməsi ilə əlaqədardır. Dolamaq təhrif nəticəsində tovlamaq şəklinə düşüb. Mənbələrdə “yalan”, “hiylə” mənasını verən tev sözü də qeydə alınıb, tovlamaq (əsli: tevləmək) sözü “hiylə yolu ilə qarşıdakını özünə tabe etmək” deməkdir. 2. Ərəb dilində tov sözü var, “könüllü hərəkət” deməkdir, tovlamaq işi könüllü görmə­yə cəlb etmək kimi də anlaşıla bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tovlamaq

tovlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 yellətmək — tərpətmək — oynatmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / tovlamaq
  • 3 TOVLAMAQ [Ağa Mərdan:] Gərək mən onları bura gətirib tovlayam ki, xilaf şəhadət etsinlər (M.F.Axundzadə); DİLƏ TUTMAQ Hacı: Sən get dilə tut, boynuna qoy (M.İbrahimov); XOŞ DİLƏ GƏTİRMƏK Anaxanım: Dörd-beş ildir onun qonşuluğunda oluram, ildə neçə qız tovlar, xoş dilə gətirər, sonra incidər, qaçırar, yenisini gətirər (Çəmənzəminli); QILIĞINA GİRMƏK Və heç vaxt heç kimin qılığına girməməyə çalışmışdı... (Anar); TOVLAŞDIRMAQ Göyərçin: Hamısını öyrən, hamısını bil, onu tovlaşdır, çıx gəl (S.Rəhimov); BAŞINI BİŞİRMƏK (fr.v.), ALDATMAQ (bax), QILIQLAMAQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / tovlamaq

tovlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. обмануть, прельстить, сманить; 2. махать, размахивать, качать;

    Azərbaycanca-rusca lüğət / tovlamaq
  • 2 1 глаг. 1. махать, размахивать (делать движения, взмахи по воздуху). Qılınc tovlamaq махать мечом, qamçını tovlamaq размахивать кнутом; əlini tovlamaq размахивать рукой 2. мотать, качать (производить колебательные движения чем-л.), покачать. Atlar burunlarını tovlayırdılar лошади мотали мордами 2 глаг. 1. уговаривать, уговорить (убедить словами, заставить согласиться, склонив к чему-л.; уламывать, уломать кого-л.). Tovlayıb var-dövlətini mənimsəmək kimin уговорив, присвоить чье-л. богатство 2. манить, заманивать, заманить, сманивать, сманить (соблазнить, подбить сделать что-л.) ◊ başını tovlamaq kimin уговорить кого (убедив, склонить к чему-л.)

    Azərbaycanca-rusca lüğət / tovlamaq

tovlamaq sözünün inglis dilinə tərcüməsi

tovlamaq sözünün fransız dilinə tərcüməsi

tovlamaq sözünün ləzgi dilinə tərcüməsi

tovlamaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#tovlamaq nədir? #tovlamaq sözünün mənası #tovlamaq nə deməkdir? #tovlamaq sözünün izahı #tovlamaq sözünün yazılışı #tovlamaq necə yazılır? #tovlamaq sözünün düzgün yazılışı #tovlamaq leksik mənası #tovlamaq sözünün sinonimi #tovlamaq sözünün yaxın mənalı sözlər #tovlamaq sözünün əks mənası #tovlamaq sözünün etimologiyası #tovlamaq sözünün orfoqrafiyası #tovlamaq rusca #tovlamaq inglisça #tovlamaq fransızca #tovlamaq sözünün istifadəsi #sözlük